"Mən heç kim ilə küsülü deyiləm. Sadəcə olaraq mənim münasibətim olmadığı insanlar var. Gedib yanına, güclə əlindən tutub, yanıma gətirən deyiləm ki, gəl mənimlə münasibət qur".
gundemxeber.com big.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Abbas Bağırov "ATV maqazin onlarla" verilişində deyib. Müğənni Yaşar Cəlilov bir müddət əvvəl müsahibəsin A.Bağırovun ondan küsdüyünü bildirmişdi. Sənətçi buna da münasibət bildirib:
"Ciddi bir problem yoxdur, yalan nə deyim ki? Arada görüşürük də. Nə vaxtsa nəsə olub, amma yadıma gəlmir. Əgər yadıma düşmürsə, deməli, boş bir şey olub".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?