Braziliyalı əfsanə Ronaldinyo ilə bağlı gündəmə damğa vurulacaq bir iddia ortaya atılıb.
gundemxeber.com xəbər verir ki, futbolçu eyni vaxtda 2 qadınla birdən evlənmək fikrindədir. Məlumata əsasən, toy hazırlıqları artıq başlayıb və Ronaldinyo avqust ayında Prissilla Koelho və Beatriz Souza ilə nikah masasına oturacaq.
O da qeyd olunur ki, futbolçunun bacısı Deise qardaşının bu hərəkətinə qarşıdır və o, toyda iştirak etməyəcək.
Qeyd edək ki, idmançı Beatriz ile 2016-cı ildən, Prissilla ilə isə daha öncədən tanışdır. Bildirilir ki, Ronaldinyo sonuncu dəfə hər iki sevgilisi ilə səyahətə çıxmış və hər ikisinə eyni parfüm hədiyyə etmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?