Gundemxeber.az » Maqazin » Anna Hakopyan: "TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOŞANIN KİTABINI BİTİRDİM"
Bu barədə Anna Hakopyan öz "Facebook" səhifəsində yazıb:
-"Mən onu elmi kitablarımla yanaşı oxuyurdum, ona görə də bir az vaxt apardı. Əminəm ki, Ermənistanda mütəxəssislər onu çapdan dərhal sonra oxuyacaqlar və beynəlxalq münasibətlərə aid maraqları kitabdan kənar olanlar üçün, həqiqətən də, qonşu dövlətimizin prezidentinin nə yazdığını bilmələrini istərdim.
Kitab BMT-nin strukturunun dəyişdirilməsi, Təhlükəsizlik Şurasının daimi üzvlərinin hüquqlarına cavab verilməsi, BMT-nin daimi üzvlərinin hüquqlarına cavab verilməsi, təhlükəsizlik məsələlərinin həlli ilə bağlı məsələlərdən bəhs edir. Zəmanəmizin çağırışlarına görə, dünya BMT Təhlükəsizlik Şurasının BEŞ daimi üzvünün istəkləri ilə qala bilməz. Ona görə ki,-“Dünya beşdən böyükdür”.
Kitabda bəşəriyyətin vəziyyəti, məsələn, dünyada 820 milyon insanın aclıq şəraitində yaşadığı, 260 milyon miqrantın, 80 milyondan çox məcburi köçkün və 25 milyona yaxın qaçqının olduğu barədə məlumatlar da xüsusi yer alır və ona görə də kitabın başlığı belədir: - «A fairer world is possible», yəni -"Daha ədalətli dünya mümkündür”.
Erməni mətbuatına istinadən...
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru.
Gundemxeber.az
11-09-2018, 12:22
9-06-2018, 11:15
9-12-2017, 18:16
30-07-2013, 23:12
14-04-2018, 20:44
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?