Gundemxeber.az » Maraqlı » Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb
Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb.
Gundemxeber.org xəbər verir ki, bu barədə İtaliya Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu, son illərin ən vacib sualtı arxeoloji kəşflərindən biridir: “Mazara del Vallo kommunası yaxınlığında baş verən gəmi qəzası bizə Aralıq dənizini sivilizasiyaların kəsişməsinə çevirən insanlar, marşrutlar və mübadilələr haqqında məlumat verir. Tədqiqatlar həmin dövrün tarixini açmağa və cəmiyyətə çatdırmağa davam edəcək".
Yüzlərlə amfora (səhəngəbənzər saxsı qab) daşıyan gəmi iki qurğuşun lövbər və eyni materialdan hazırlanmış başqa bir konstruksiya ilə birlikdə 46 metr dərinlikdə tapılıb. Alimlərin fikrincə, tapıntılar eramızdan əvvəl II-I əsrlərə aiddir.
Gundemxeber.org
12-10-2013, 01:44
20-06-2017, 12:15
21-11-2019, 11:57
4-07-2019, 10:03
18-10-2015, 20:08
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?