GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Ölməz Mixaylo - Fotolar

Ölməz Mixaylo - Fotolar

Tarix: 20-10-2017, 15:47 Bölmə :Maraqlı Baxış: 731
Ölməz Mixaylo - Fotolar


Keşməkeşli həyat yaşamış Nodar Şaşıqoğlu “son nəğməsi”ni də soykökü ilə bağlı olduğu Azərbaycanda oxumuşdu

Həm teatr səhnəsində, həm də kinoda oynadığı rollar tamaşaçıların yaxşı yadındadır. Azərbaycan teatrında oynadığı rolların sayı barmaqla sayılsa da, çəkildiyi filmlər adını kino tariximizə yazıb. Elə təkcə əfsanəvi partizan Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən "Uzaq sahillərdə” filmini, bu ekran əsərinin baş qəhrəmanı Mixaylonu xatırlamaq kifayətdir. Xalq artisti, teatr və kino aktyoru Nodar Şaşıqoğlunun iki gün sonra Heydər Əliyev Mərkəzində qeyd ediləcək 90 illik yubileyi də aktyorun yaradıcılığına, həyat yoluna həsr olunacaq. Onu Azərbaycana bağlayan tellər isə çox dərindir. Nodar Şaşıqoğlunun soykökünün Azərbaycana bağlılığının maraqlı tarixçəsini aktyorun öz dilindən, "Kaspi”yə müsahibəsində eşitmişdik.

Ölməz Mixaylo - Fotolar

"Əcdadım türk olub”

Azərbaycanın və Rusiyanın xalq artisti Nodar Şaşıqoğlu Batumidə dünyaya gəlib. Babası Acarıstanda tanınmış zadəganlardan, atası isə çar zabiti olub. Görkəmli aktyor Ülvi Rəcəb onun əmisi idi. O, 1937-ci ildə repressiyaya məruz qalanda, Nodarın 10 yaşı vardı. Ülvı Rəcəbin həyat yoldaşı Mərziyə Davudova da Azərbaycan teatr tarixində özünəməxsus iz qoyan aktrisalardan olub. "Aktyorluq bizim ailəyə xas bir sənətdir”- deyə N.Şaşıqoğlu uşaqlığını xatırlayırdı: "Əslimiz acarıstanlı olsa da, Tiflisdə yaşamışıq. Qanımda çox qarışıqlar var - türk, Azərbaycan, rus. Anam isə gürcüdür. Mən Türkiyə ilə sərhəd olan Acarıstanda doğulmuşam. Acarıstandakılar elə türklərdir. Onların dili də türk dilidir. Amma o vaxt türkləri düşmən sayırdılar. Atam yarı türk, yarı azərbaycanlı idi. İndi anlayıblar ki, onlar eyni millətdir”. N.Şaşıqoğlu Batumidə orta məktəbi, daha sonra Moskvada Şukin adına Teatr İnstitutunu bitirib: "On yeddi yaşım olanda atam məni Moskvaya təhsil arxasınca göndərdi. "Get, hansı sənəti istəyirsən seç, oxu, yetər ki, seçdiyin sənəti mükəmməl bil”, - dedi. Mən də Şukin adına institutu bitirəndən sonra bir il Vaxtanqov adına teatrda işlədim. Moskva qısa zaman kəsiyində məni özünə cəlb etdi. Daha sonra 5-6 il Taqanka Teatrında çalışdım”.

N.Şaşıqoğlunun kinoda ilk rolu "Mosfilm”də Albaniya dövlətçiliyinin əsasını qoyan Georgi İsgəndərbəyov haqqında filmdə olur. O, filmdə türk imperiyasının əsasını qoyan Mehmet bəy Fateh obrazını oynayır. "Rejissor məndən "türk sultanının rolunda oynaya bilərsən?” deyə soruşanda, "mənim əcdadlarım türk olub” - deyə cavab verdim. Sonra Sergey Paracanovun ilk rejissor işi olan "Andrieş” filmində baş rola çəkildim. Film çəkilişlərindən sonra teatrdan məni kənarlaşdırdılar. O vaxt teatr aktyoru filmə çəkilməməli idi. Ancaq zaman keçdi və mən yenidən Taqankaya dəvət olundum. Daha sonra "Odessa” kinostudiyasında çalışmağa başladım”.

Ölməz Mixaylo - Fotolar

Mixaylonun uğuru

Nodar Şaşıqoğlu əslində teatr aktyoru idi. Ona teatrda çalışmaq kinoda çəkilməkdən daha çətin gəlirdi. "Teatr tamam başqa aləmdir. O qədər məşhur kino aktyorları var ki, onlar teatrda oynaya bilmirlər, ya səsləri çatmır, ya da açıq səhnədə təbii oynamağı bacarmırlar. Kinoda elə-belə rol oynamaq pul qazanmağın ən asan yoludur. Ancaq aktyora ciddi rol düşübsə, onda yaxşı filmin alınması üçün xeyli zəhmət çəkməli olursan” - deyirdi.

Kinoda onu daha çox sevdirən və Bakıya bağlayan əfsanəvi Mixaylo obrazı olub. "Bu film olmasaydı, yəqin ki, mənim heç vaxt Azərbaycanla əlaqəm olmayacaqdı” - deyə etiraf edirdi. "Yenidən teatra qayıtmağım məni kinoya daha sıx bağladı. Bir gün bizim məşqlərə rejissor Rəşid Atamalıbəyov (O, "Uzaq sahillərdə” filminin ikinci rejissoru olub) gəldi. Mehdi Hüseynzadə roluna aktyor axtarırdılar. Təsadüfən oynadığım tamaşaya baxdı. O vaxt adım afişalarda Nodar Şaşıq kimi yazılırdı. Atamalıbəyovla tanış olanda təsadüfən özümü belə təqdim etdim: Nodar Şaşıqoğlu. Elə o vaxtdan da bu soyad rəsmiləşdi. Atamalıbəyov dedi ki, elə bizə sən lazımsan: "Sınaq çəkilişinə gəlin, Tofiq Tağızadə sizinlə söhbət edər”.

Bu rola onlarca namizəd var idi. Məşhur aktyor Möhsün Sənani də sınaq çəkilişində iştirak edirdi. Ancaq Tofiq Tağızadə Nodar Şaşıqoğlu ilə tanışlıqdan və sınaq çəkilişlərində iştirakdan sonra onu Mixaylo roluna təsdiq edir. "Mən "Uzaq sahillərdə” filmində çox böyük zəhmət çəkmişdim. Bu film bir neçə nəsli tərbiyə edib. Özümü tərifləmirəm, cavan bir oğlanın ağır bir rolu peşəkarcasına necə oynadığına həmişə təəccüblənirdim. Bu film Azərbaycan kinosu tarixində tamamilə başqa səhifədir və artıq kulta çevrilib” - deyə qürurunu gizlətmirdi. "Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xasiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Rejissorla Mehdinin obrazını üç hissəyə bölmüşdük: Mixaylo kəşfiyyatçı-partizan, faşist və rəssam. Filmin premyerası "Nizami” kinoteatrında keçirildi. "Vətən”də göstəriləndə bilet almaq istəyənlərin növbəsi "Azneft”dən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar məni əhatə etdi. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardılar. İnanırsınız? Sonralar da Daşkəndə nə vaxt gedirdimsə, tamaşalarda adam əlindən yer olmurdu”.

Nodar Şaşıqoğlu "Uzaq sahillərdə” filmindən sonra dalbadal "Əsl dost”, "Mateo Falkone”, "Onun böyük ürəyi”, "Bizim küçə”, "Leyli və Məcnun” filmlərinə çəkilir. "Məcnun mənim ən sevimli rolumdur. Bu obrazı bir də ona görə sevirdim ki, film rus dilində də səsləndirildi və mən səsləndirmədə öz səsimlə danışdım. Təbii ki, aktyor özü ifa etdiyi rolu səsləndirəndə effekt daha yaxşı alınır. Yeri gəlmişkən, deyim ki, məni bütün digər filmlərdə səsləndirən gözəl aktyor Əli Zeynalovun işindən çox razı qalmışam” - deyə xatırlayırdı.

Ölməz Mixaylo - Fotolar


"Leyli və Məcnun” filminin Sankt-Peterburqdakı səsləndirilməsi zamanı Nodar Şaşıqoğlu möhtəşəm Aleksandrinsk Teatrında işə dəvət alır. Bu teatrın səhnəsində ilk rolu Don Juan olur. "Həyatda həmişə Don Juan olmuşam. Amma həyatda mənim kimi Don Juan kişilərin heç birinə arzu etmirəm ki, günlərin bir günü dönüb Məcnun olsunlar. Mən məcnunluğuma nələri qurban verdim? Bütünlüklə həyatımı, kino yaradıcılığımı məhəbbətimə qurban verməli oldum” - deyə aktyor gözəl qadınlara olan münasibətini etiraf edirdi. Bu onun yaralı yeri idi: "Düzdür, özümə qəti qadağa qoymuşdum - tərəf-müqabillərimlə heç bir əlaqəyə girməməliyəm. Demirəm ki, müqəddəs idim, amma bu, mənim üçün qanun idi. Karyeramda hansısa problemlərin yaranması nəyimə lazım idi? Düzdür, hər gün bir təzə qızla görüşürdüm, amma onların heç biri tərəf-müqabilim olmayıb. Qalmaqalsız daha yaxşı idi. Anjelika da qəşəng qız idi. Amma özümü saxladım. Hər tərəf gözəl qızla dolu idi”. Aktyor rəsmi olaraq üç dəfə evli olduğunu da gizlətməmişdi.

Ölməz Mixaylo - Fotolar

Qu quşunun son nəğməsi

"Daha Bakıya həmişəlik gəlmişəm. Sankt-Peterburqun "İmperator” Teatrındakı karyeramı bitirmişəm. 15 il o möhtəşəm teatrda çalışdım. İndi nəsillər dəyişib. Mənim səhnə yaşıdlarımın hamısı dünyadan köçüb. İndi ora tamam başqa teatrdır. Ölçülər dəyişib, yeni artistlər gəlib. İndi o artistlərdir ki, onların səsini heç üçüncü sırada da eşitmirlər. Onların səhnəyə münasibəti də başqadır. Adlarını da müasir aktyorlar qoyublar” - deyə gileylənmişdi. Daha kino planları yox idi. Kino artıq onu maraqlandırmırdı. Bilirdi ki, artıq bu yaşda heç bir rolu nə "Mixaylo”nu əvəz edəcək, nə də əvvəlki şöhrəti yaşadacaq: "Amma bekar oturmaq həvəsində də deyiləm. Onsuz da faktiki olaraq nə kino var, nə də kinoteatrlar işləyir. Olsa da gedib qəpik-quruş alacağam. Bir çəkiliş üçün 50 dollar verirlər. Halbuki mən bu sahənin peşəkarıyam. Tamaşada oynamaq lazımdır” – söyləyirdi.

Ölməz Mixaylo - Fotolar

O zaman Rus Dram Teatrında "Kral Lir” tamaşasında Kral Lirin məşqlərinə başlamaq arzusunda idi. "Azərbaycanda teatrda oynamaq ürəyimdə çoxdan yaşayan arzudur. Kral Liri oynamaq istəyirəm. Bu rolla Şekspir festivallarında iştirak etmək arzusundayam. Əslində, "Kral Lir” bir aktyorun teatrıdır. Mən belə düşünürəm ki, bu mənim qəhrəmanım, mənim obrazım, mənim rolumdur. Amma əsərə səhnə həyatı vermək vəsait tələb edir. Belə bir inamım var ki, mən doğma məmləkətdə - doğma səhnədə bu rolu yaradacağam...” Aktyor çoxdan ürəyində gəzdirdiyi arzusuna qovuşdu. Rus Dram Teatrının səhnəsi onun sonuncu yaradıcılıq ocağına çevrildi. "Kral Lir” Rus Dram Teatrında səhnəyə qoyuldu. Nodar Şaşıqoğlu da Kral Lir obrazı ilə səhnəyə çıxdı. Özünün dediyi kimi: bu, "Qu quşunun son nəğməsi” kimi onun vida tamaşası oldu.


Nodar Şaşıqoğlu heç nəyin həsrətini çəkmirdi. "Deyirlər ki, səhvlərdən öyrənirlər. Hamısı yalandır. Yenidən həyata gəlsəydim eyni səhvləri edərdim” – fikrində israrlı idi. Aktyora nostalji hisslər yad idi. Həyatı necə vardısa, elə də qəbul edirdi: "Mən doğulduğumdan bəri çox yerlərdə yaşadım. Müxtəlif şəhərlər, teatrlar, kinostudiyalar dəyişdim, ayrı-ayrı insanlarla qarşılaşdım. İstənilən adamı və yeri asanlıqla tərk etməyi, səadətə də, əzaba da tez öyrəşməyi öyrəndim. Heç nəyə görə nostalji hissləri keçirməyi sevmirəm. Ən pis anlarda yalnız fantaziyalarımın məni xilas edəcəyinə inanan bir insanam”.

Aktyor 2013-cü ildə Bakıda vəfat etdi. Soykökünün bağlı olduğu torpaqda da dəfn olundu. Yaddaşlarda isə oynadığı rollar qaldı./kaspi.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2013-də itirdiklərimiz...

    2013-də itirdiklərimiz... ...

    31-12-2013, 14:03

  • 
  • Xalq artisti: "O qadının aşiqi olmuşam"

    Xalq artisti: "O qadının aşiqi olmuşam" ...

    11-10-2015, 15:11

  • 
  • Xalq artisti iflic oldu

    Xalq artisti iflic oldu ...

    2-07-2013, 17:28

  • 
  • Xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq

    Xalq artisti İlham Əsgərov Masallıda dəfn olunacaq ...

    7-09-2015, 13:17

  • 
  • Xalq artistindən etiraf: "Anam erməni..."

    Xalq artistindən etiraf: "Anam ...

    27-04-2017, 18:08


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu