GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Hormonlar şüurumuza necə təsir göstərə bilər?

Hormonlar şüurumuza necə təsir göstərə bilər?

Tarix: 24-11-2025, 21:33 Bölmə :Maraqlı / Ölkə / Cəmiyyət Baxış: 5

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Hormonlar orqanizmin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır. Bununla belə, onlar bəzən əhvalımıza və zehni sağlamlığımıza güclü, hətta mənfi təsir göstərə bilirlər.

Hamımız düşünürük ki, hisslərimizə və emosiyalarımıza özümüz nəzarət edirik. Amma doğrudanmı belədir?

Alimlər çoxdan bilirlər ki, neyromediator adlanan kimyəvi vasitələr beynimizə güclü təsir göstərir.Lakin elmi araşdırmalar dərinləşdikcə məlum olur ki, hormonlar da bəzən gözlənilməz şəkildə zehnimizin fəaliyyətinə müdaxilə edə bilirlər. Hazırda bəzi tədqiqatçılar bu biliklərdən depressiya və narahatlıq kimi vəziyyətlərin yeni müalicə üsullarını tapmaq üçün istifadə etməyə çalışırlar

Hormonların görünməz nəzarəti

Alimlər bu günə qədər insan bədənində 50-dən çox hormon aşkar ediblər. Onlar birlikdə orqanizmdə yüzlərlə prosesi - böyümə və inkişafı, cinsi funksiyaları, reproduksiyanı, yuxu və oyanıqlıq dövrlərini və ən əsası, psixoloji rifahı tənzimləyirlər.

Hormonlar əhvalımıza və emosiyalarımıza mühüm təsir göstərir", - Ottava Universitetinin psixologiya professoru Nəfissə İsmail deyir.

O əlavə edir: "Onlar bunu beynin müəyyən sahələrində istehsal olunan və ifraz edilən neyromediatorlarla qarşılıqlı təsir göstərərək, həmçinin hüceyrə ölümü və ya neyrogenez (yeni neyronların yaranması) kimi proseslərə təsir etməklə həyata keçirirlər."

Depressiya, narahatlıq və posttravmatik stress pozuntusu (PTSP) kimi zehni pozğunluqların yayılması hormon səviyyəsində ciddi dəyişikliklərin baş verdiyi dövrlərdə daha yüksək olur. Bu, xüsusilə qadınlar üçün səciyyəvidir.

Uşaqlıq dövründə depressiya, ümumilikdə, oğlan və qız uşaqlarında eyni tezlikdə müşahidə olunur, lakin tədqiqatlar göstərir ki, yeniyetməlik dövründə qızlar depressiyadan iki dəfə çox əziyyət çəkirlər və bu fərq həyatın sonrakı mərhələlərində də qalır.

Bəs, hormonlar günahkar ola bilərmi? Çoxları üçün qadınlarda cinsi hormonların əhval-ruhiyyəyə ciddi təsir göstərməsi xəbəri təəccüblü olmaz.

Menstruasiyadan bir neçə gün və ya həftə əvvəl estrogen və proqesteron səviyyəsi aşağı düşür — Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin məlumatına görə, bəzi qadınlarda bu hal əsəbilik, yorğunluq, kədər və narahatlıqla müşayiət olunur.

Mütəxəssislərin sözlərinə görə, bəzi qadınlar premenstrual disforik pozuntu (PMDP) adlanan ağır hormon asılı əhval pozğunluğu ilə üzləşə bilərlər. Bu vəziyyət menstruasiyadan iki həftə əvvəl yaranır və kəskin əhval dəyişiklikləri, narahatlıq, depressiya, bəzən isə intihar düşüncələri ilə xarakterizə olunur.

"PMDP-dən əziyyət çəkən bir çox qadın üçün bu, hər ay təkrarlanan xroniki bir problemdir və onların həyatına çox ciddi təsir göstərə bilər," – deyə Con Hopkins Universitetinin Tibb Məktəbinin Psixiatriya və Davranış Elmləri kafedrasının dosenti Liisa Hantsu bildirir.

Doğuşdan dərhal sonra qadınlarda proqesteron və estrogen hormonlarının səviyyəsi kəskin şəkildə aşağı düşür.

Eyni zamanda, ovulyasiyadan bir qədər əvvəl estrogen səviyyəsinin yüksək olması xoşbəxtlik və rifah hissi ilə əlaqələndirilir.

Proqesteronun parçalanma məhsulu olan allopregnanolon isə sakitləşdirici təsiri ilə tanınır. "Əgər insana allopregnanolon inyeksiyası etsəniz, o, rahatlayacaq," – deyə professor Hantsu qeyd edir.

Qadınlar təkcə "o günlərdə" deyil, həm də hamiləlik, perimenopauza və menopauza dövrlərində də ciddi hormonal dəyişikliklərlə üzləşirlər ki, bu da psixoloji sağlamlığa ciddi təsir göstərə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, doğuşdan sonra qadınların təxminən 13 faizi postnatal depressiya yaşayır.

Bəs bu niyə baş verir?

Doğuşdan dərhal sonra qadınlarda proqesteron və estrogen səviyyəsi kəskin şəkildə azalır. Perimenopauza dövründə də qadınlarda yumurtalıqlar tərəfindən ifraz olunan hormonların səviyyəsində kəskin dəyişikliklər müşahidə oluna bilər.

Toronto Universitetinin psixiatriya professoru Liisa Qalea bu barədə belə deyir:

"Yəqin ki, məsələ hormonların müəyyən bir səviyyəsində deyil, daha çox onların birdən-birə aşağıdan yuxarıya və ya yuxarıdan aşağıya dəyişdiyi dövrlərdədir".

"Ola bilsin ki, bəzi insanlar bu dəyişikliklərə daha həssasdır. Digərləri isə menopauzanı heç bir simptom olmadan keçirir", – deyə o əlavə edir.

Bu, yalnız qadınlara aid deyil. Kişilərdə də yaş artdıqca testosteron səviyyəsi azalır, lakin bu dəyişikliklər qadınlarda olduğu qədər kəskin və nəzərə çarpan olmur.

Bununla belə, bəzi məlumatlara əsasən, hətta belə xırda dəyişikliklər də bəzi kişilərdə əhval-ruhiyyə dəyişikliklərinə səbəb ola bilər.

"Biz doğrudan da bəzi kişilərdə testosteron səviyyəsinin dəyişməsi ilə birlikdə əhvalındakı dəyişiklikləri müşahidə edirik və bu, şübhəsiz ki, kifayət qədər diqqət yetirilməyən bir mövzudur", – deyə professor Nəfissə İsmail bildirir.

Cinsi hormonların əhval-ruhiyyəyə təsir göstərmə yollarından biri – beyində serotonin və dopamin adlı neyrotransmitterlərin səviyyəsini artırmaqdır.

Serotonin səviyyəsinin aşağı olması uzun müddətdir ki, depressiyanın səbəblərindən biri hesab olunur və müasir antidepressantların əksəriyyəti onun səviyyəsini yüksəltməyə yönəlib.

Araşdırmalara görə, estrogenin bəzi formaları serotonin reseptorlarının həssaslığını artıra və beyində dopamin reseptorlarının sayını çoxalda bilər.

Başqa bir nəzəriyyəyə əsasən, estrogen neyronları zədələrdən qoruyur və hətta beynin hippokamp adlanan hissəsində yeni neyronların böyüməsini stimullaşdıra bilər.

Bu beyin sahəsi emosiyaların formalaşmasında və qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsində mühüm rol oynayır.

Məlumdur ki, depressiya və Alzheimer xəstəliyindən əziyyət çəkən insanlarda hippocampusda neyron itkisi baş verir.

Eyni zamanda, antidepressantlar və əhvalı yüksəldən psixodelik maddələr, məsələn, halüsinasiyaya səbəb olan göbələklərdə rast gəlinən psilosibin bu bölgədə yeni neyronların böyüməsinə kömək edir.

"Estrogen neyronları qoruyan xüsusiyyətlərə malikdir, buna görə də neyrogenezə (yeni neyronların yaranmasına) kömək edir", – deyə professor Nəfissə İsmail izah edir.

"Ona görə də menopauza dövründə qadınlarda sanki sinir hüceyrələrinin əvvəlki dövrlərdəki kimi çoxsaylı budaqları və əlaqələri azalır", – o əlavə edir.

Məhz buna görə də menopauza dövründə qadınlar tez-tez yaddaş zəifləməsi və "zehni dumanlıq" hissi ilə qarşılaşırlar.

Bədənimizin stress reaksiyası pozulduqda

Hippokampusda neyronların sayının azalması bədənin stressə reaksiyasını tənzimləyən hipotalamo-hipofizar-böyrəküstü vəzi (HPA) adlı başqa bir hormonal sistemin fəaliyyətinə təsir göstərə bilər.

Biz narahatlıq hiss etdikdə, beynin əksər hormonların ifrazını idarə edən hissəsi olan hipotalamus hipofizə siqnal göndərir ki, o, adrenokortikotrop hormon (AKTH) adlı maddəni ifraz etsin.

Sonra AKTH böyrəküstü vəziləri kortizol – yəni stress hormonu – istehsal etməyə stimullaşdırır.

Kortizol orqanizmə qan dövranına şəkər (qlükoza) buraxmaq barədə siqnal verir, bu da beynə və bədənə fövqəladə vəziyyətlərdə hərəkət üçün lazım olan enerjini təmin edir.

"HPA" (hipotalamo-hipofizar-böyrəküstü vəzi) insan stress yaşadıqda aktivləşir və qısamüddətli dövrdə bu, adaptiv bir prosesdir, çünki orqanizmə stresslə mübarizə aparmağa kömək edir,– deyə professor Hantsu izah edir. – Ancaq uzunmüddətli dövrdə bu zərərli ola bilər".

Adətən, bədənə kortizol daxil olduqda, o, beynə sakitləşmək zərurətini bildirən mexanizmi işə salır. Hippokampus hipotalamusa hipofizlə əlaqəni dayandırmaq əmri verir və bununla da stress reaksiyası tamamlanır.

Lakin insan xroniki stress (məsələn, təhlükə, zorakılıq və ya pis rəftar nəticəsində) yaşadıqda bu mexanizm pozulur və beyin, demək olar ki, kortizolla "boğulur".

Bu, təhlükəlidir, çünki zamanla kortizol beyində iltihab yaradır, hippocampusdakı neyronları məhv edir və onun həmin "dayan" siqnalını göndərməsinə mane olur.

Üstəlik, kortizol təkcə hippocampusda deyil, həm də beynin digər hissələrində — amigdala (bademşəkilli cisim) və prefrontal qabıqda — neyronları zədələyə bilər. Bu da yaddaşa, diqqətə və əhval-ruhiyyəyə mənfi təsir göstərir.

"Amigdala emosiyalarımızı idarə etməyə kömək edən beyin hissəsidir və onun həcminin azalması artmış emosionallıq, əsəbilik və mənfi emosiyaları idarə etməkdə çətinliklərlə əlaqələndirilir", – deyə professor Nəfissə İsmail bildirir.

"Prefrontal qabığın atrofiyası (zədələnməsi) diqqəti toplamaq və düzgün qərarlar qəbul etməkdə çətinliklərə, hippocampusun atrofiyası isə məlumatı yadda saxlamaqda problemlərə səbəb olur", – o əlavə edir.

Kortizol bizdə stress yarada bilər, oksitosin isə tam əks təsir göstərir.

O, istilik, rahatlıq və müsbət münasibət hissi doğurmaq qabiliyyəti ilə tanınır.

Bu hormon doğuş zamanı, körpəni əmizdirmə və orqazm zamanı ifraz olunur və həm heyvanlarda, həm də insanlarda bağlılıq hissinin formalaşmasında rol oynadığı düşünülür.

"Oksitosin yaxınlıq və etibarlı emosional bağlılıq hissi ilə əlaqələndirilir və əlbəttə ki, bu, stressin nəticələri ilə mübarizədə kömək edir", – deyə professor Nəfissə İsmail izah edir.

"Özümüzü təhlükəsiz hiss etdikdə və ətrafımızda dəstək gördükdə, bu, həqiqətən də stress nəticəsində yüksələ bilən kortizol səviyyəsini azaldır", – o dəqiqləşdirir.

Aparılan araşdırmalara görə, oksitosin tərkibli burun spreyi insanlarda səxavət, əməkdaşlıq və empatiya hisslərini gücləndirir, həmçinin yad insanlara qarşı inam səviyyəsini artırır.

Lakin bu fikirlə razılaşmayanlar da var. Məsələn, hələlik oksitosinin qan-beyin baryerini keçə bildiyini qəti şəkildə sübut edən elmi dəlil yoxdur.

Daha geniş qəbul edilmiş başqa bir nəzəriyyə isə belədir: qalxanabənzər vəzi tərəfindən istehsal olunan iki əsas hormonun - triiodtironin (T3) və tiroksin (T4) — balansının pozulması depressiya və narahatlığa səbəb ola bilər.

Bu hormonlar ürək döyüntüsünü və bədən temperaturunu tənzimləməyə kömək edir.

Əgər bu hormonların səviyyəsi çox yüksək olarsa (məsələn, qalxanabənzər vəzin hiperaktivliyi zamanı), bu, narahatlıq yarada bilər. Əksinə, hormon səviyyəsi aşağı olduqda isə çox vaxt depressiya müşahidə olunur.

Yaxşı xəbər odur ki, hormonal balans düzəldildikdə bu simptomlar, adətən, aradan qalxır.

"Pasiyentlər həkimə əhval-ruhuiyyə dəyişiklikləri ilə bağlı şikayət etdikdə, həkim ilk növbədə hormonal fonu yoxlayır. Çünki çox zaman hormon səviyyəsini normallaşdırmaqla əhval-ruhiyyəni də sabitləşdirmək mümkündür," – deyə professor Nəfissə İsmail bildirir.

Qalxanabənzər vəzi hormonlarının əhval-ruhiyyəyə təsirinin səbəbi tam məlum olmasa da, bir nəzəriyyəyə görə T3 hormonu beyində serotonin və dopamin səviyyəsini artırır və ya bu neyrotransmitterlərə qarşı reseptorların həssaslığını gücləndirir.

Bundan əlavə, qalxanabənzər vəzi hormonlarının reseptorları beyində əhval və duyğuların idarə olunmasında iştirak edən sahələrdə geniş şəkildə yayılmışdır.

Yeni müalicə üsulları

Alimlər ümid edirlər ki, hormonlar və onların əhval-ruhiyyəyə təsiri haqqında əldə olunan yeni biliklər gələcəkdə yeni müalicə üsullarının yaranmasına gətirib çıxaracaq.

Artıq bu istiqamətdə müəyyən nailiyyətlər də var. Məsələn, allopregnanolon hormonunu təqlid edən "Brexanolon" adlı dərmanın doğuşdan sonrakı depressiyanın müalicəsində çox təsirli olduğu sübut edilmişdir.

Bundan başqa, testosteron səviyyəsi aşağı olan şəxslərdə testosteron əlavələrinin bəzi antidepressantlarla birlikdə qəbul edilməsi onların təsirini artıra bilər.

Tədqiqatlar həmçinin göstərir ki, estrogen terapiyası, o cümlədən hormon əvəzedici terapiya (HƏT) peri və menopauza dövründə bəzi qadınların əhvalını yaxşılaşdıra bilər, baxmayaraq ki, bu, hamıya eyni dərəcədə kömək etmir.

Eyni zamanda, hormonal kontraseptivlər bəzi qadınlarda premenstrual disforik pozuntunun (PMDP) simptomlarını yüngülləşdirə bilər, lakin digərlərində bu simptomları daha da gücləndirə bilər.

Bu fakt bir daha göstərir ki, yeni müalicə yanaşmalarının inkişafı çətindir, çünki hələ də tam anlamırıq – nəyə görə bəzi insanlar hormonal dəyişikliklərə qarşı çox həssasdır, bəziləri isə yox.

"Biz bilirik ki, hormonlar əhval-ruhiyyəyə və zehni sağlamlığa təsir göstərir, lakin müvafiq müalicə üsulları hazırlamadan öncə bunun necə baş verdiyini tam anlamalıyıq", – deyə professor Nəfissə İsmail vurğulayır.

"Biz həmçinin bilirik ki, serotonin səviyyəsini tənzimləyən müasir antidepressantlar hər kəsdə eyni dərəcədə təsirli olmur. Bəzi araşdırmalar göstərir ki, bu dərmanlar yeniyetmələrdə daha az təsir göstərir. Buna görə də biz anlamalıyıq ki, həmin yaş qrupunda, beyin inkişafının o mərhələsində nələr baş verir ki, onlar müalicəyə daha az həssas olurlar", – deyə o yekunlaşdırır.

Gundemxeber.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Üç məşhur ədviyyatın bilinməyən ZƏRƏRLƏRİ - Ölümlə də nəticələnir…

    Üç məşhur ədviyyatın bilinməyən ZƏRƏRLƏRİ - ...

    19-05-2025, 14:56

  • 
  • Xroniki yuxusuzluğun fəsadları hansılardır?

    Xroniki yuxusuzluğun fəsadları hansılardır? ...

    21-03-2017, 17:28

  • 
  • Xəyanət təkcə qəlb sındırmır: Alimlər aldatmanın orqanizmdə yaratdığı xəstəlikləri sadaladılar

    Xəyanət təkcə qəlb sındırmır: Alimlər aldatmanın ...

    26-09-2024, 19:13

  • 
  • Alimlər koronavirusun beyinə necə təsir etdiyini müəyyənləşdirib

    Alimlər koronavirusun beyinə necə təsir etdiyini ...

    21-04-2021, 16:02

  • 
  • COVID-19 zamanı stress necə idarə edilməlidir?

    COVID-19 zamanı stress necə idarə edilməlidir? ...

    20-07-2020, 10:59


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu