GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Əlimdə kifayət qədər faktlar var, bunu tribunadan deyəcəyəm

Əlimdə kifayət qədər faktlar var, bunu tribunadan deyəcəyəm

Tarix: 13-02-2013, 10:47 Bölmə :Müsahibə Baxış: 1 136
Əlimdə kifayət qədər faktlar var, bunu tribunadan deyəcəyəm

İqbal Ağazadə:
“Milyarderlər ittifaqı” hadisələrin kiçik halqasıdır ...”


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə son günlərin aktual hadisələri ilə bağlı sualları cavablandırıb.

- Yeni il başlanandan Azərbaycanda siyasi mənzərənin gərginləşməsini nə ilə izah edərdiniz?
- İlk növbədə ölkədə baş verənlərin səbəbini idarəetmədə buraxılan səhvlərdə, əhalinin sosial-ictimai durumunda, narazılıqların pik həddə çatmasında axtarmaq lazımdır. Ölkədə çox ciddi problemlər var və xüsusilə də sosial vəziyyət ağırdır, məmur-vətəndaş münasibətləri olduqca gərgindir, açıq siyasət yoxdur, məmurlar ölkəni kifayət qədər qapalı şəkildə idarə edirlər. Bu da nəticə etibarilə şikayətləri olan narazı vətəndaşların kütləvi etirazına səbəb olur. Digər tərəfdən isə region uğrunda Qərbin və Rusiyanın şiddətli mübarizəsi amilini də nəzərdən qaçırmaq olmaz.
- Hesab edirsiniz ki, baş verənlərdə hansısa kənar qüvvənin əli var?
- Baş verənlərin bilavasitə xarici təsirlə üzə çıxdığı iddiasını ortaya qoymaq üçün mənim o qədər informasiyam yoxdur. İnformasiyam olmadığından da məntiqlə onu izah edə bilmərəm, amma bu faktoru da istisna etmək olmaz. Rusiya sonuncu qalasına sığınıb - Cənubi Qafqaz, Orta Asiya onun sonuncu qalasıdır. Ərəb ölkələrindən, sosialist düşərgəsindən - Şərqi Avropadan, Əfqanıstandan, Vyetnamdan çıxarılan, içərilərinə doğru sıxışdırılan bir Rusiya var və Kreml SSRİ-nin bərpası strategiyasını başqa adla ortaya qoyub. “Avrasiya İttifaqı”nı reallaşdırmaqla keçmiş sovet dövlətlərinin hamısını bu ittifaqda cəmləyib, dünyadakı hegemon rolunu yenidən bərpa etmək niyyətindədir.
- Rusiya səfirinin şimal səfərini etnik-milli zəmində konfliktlərin qızışdırılmasına doğru atılan addım hesab etmək olarmı?
- Rusiya Cənubi Qafqaz siyasətini bütövlükdə konfliktlər üzərində qurub. İstər Osetiya, istər Abxaziya, istərsə də Dağlıq Qarabağ münaqişələrini yaradan, onları bu həddə gətirib çıxaran, separatçılıq əməllərindən dövlətlərin əziyyət çəkməsini təşkil edən birmənalı olaraq Rusiyadır. Bu gün Azərbaycan-Ermənistan düşmənçiliyinin kökündə dayanan tək səbəb Rusiyanın Cənubi Qafqazdakı maraqlarıdır. 200 minlik Abxaziya, 140 minlik Osetiya 130 minlik Dağlıq Qarabağ aborigen xalqlar və dövlətlərlə bu şəkildə nə danışa, nə torpaq işğal edə, nə də belə bir iddiada ola bilərdilər. Bu iddia Rusiyanın iddiasıdır, onların arxasında dayanan da, onların separatçı əməllərini şiddətləndirib bu şəkildə düşməsinə səbəbkar da bu ölkədir.
- Amma Dağlıq Qarabağ probleminin həllində vasitəçi dövlətlərdən biri də elə həmin Rusiyadır...
- Əslində proses Rusiyasız da mümkün deyil, çünki bu dövlət maraqlı tərəflərdən biridir. Fikir verirsinizmi ABŞ, Rusiya, Avropa münaqişənin çözümündə vasitəçilik missiyasındadırlar ki, bu da onların maraqlı tərəflər olduğunu göstərir.
- Sizcə “Milyarderlər İttifaqı”nın ortaya çıxmasını Azərbaycanın Rusiyadan imtina meylinin qarşısını almaq cəhdi kimi qəbul etmək olarmı?
- “Milyarderlər İttifaqı” hadisələrin kiçik halqasıdır və məsələnin başqa tərəfi ondadır ki, Azərbaycan siyasəti məsafəcə Rusiyadan xeyli uzaq, Qərbə isə xeyli yaxındır. Bu da Rusiyanı alternativlər fikirləşməyə vadar edir. “Milyarderlər İttifaqı” o zaman Rusiyanın planlarının icraçısına çevriləcək ki, Kreml Azərbaycanda daxili vəziyyətin gərginləşməsinə, hakimiyyət dəyişikliyinə qərar verəcək. Həmin an Azərbaycanı sevənlər, dərdinə-sərinə sahib çıxanlar, onu özününkü bilənlər ya o birlikdən çıxacaqlar, ya da Rusiyanın yanında qalıb prosesi davam etdirəcəklər. Bu gün hələlik “Milyarderlər İttifaqı” Azərbaycan əleyhinə fəaliyyət göstərməyən, amma Rusiyanın siyasi dairələrində bunun üçün nəzərdə tutulan bir qurumdur. Konkret hərəkət olanda hər şey bəlli olacaq və bəlkə adamlar həqiqətən də Rusiyanın siyasi dairələrinin planını, bu məsələnin hara kimi gedəcəyini təxmin edə bilmirlər? Məsələ ondadır ki, biz siyasətçilər, prezidentliyə namizədlər, liderlər, partiya sədrləri kimi baş verənlərin alt yapısını görürük. Amma adamlar siyasətin içərisində olmadıqları üçün bunu bilməyə bilərlər və hesab edə bilərlər ki, Azərbaycanın milli maraqlarına xidmət edən bir diaspor təşkilatıdır. Hakimiyyət də onun alt yapısını, siyasi tərəfini, “Milyarderlər İttifaqı”nın hansı məqsədlə yaradıldığını bildiyi üçün belə reaksiya verir.
- Bəlkə, həmin qurumdan kimisə hakimiyyətə hazırlamaq planı var...
- Hakimiyyətə iddia hər bir kəsin içində ola bilər, xüsusilə də ictimai-siyasi statusu, imkanları olanların. Amma bu iddia nə dərəcədə realdır, o artıq ağılın ölçüsü, məntiqin göstəricisidir. Adamlar ağılla, məntiqlə düşünsələr, “bu mənim imkanlarım daxilindədirmi?” sualına cavab tapa bilərlər.
- İsmayıllı hadisələrinə görə hakimiyyətin həyata keçirdiyi cəza tədbirlərinə münasibətiniz necədir?
- İqtidar idarəetmədə yol verdiyi qüsurlarla yox, onun doğurduğu nəticələrlə mübarizə aparır. Ona görə yerlərdə özbaşınalıq edən məmurları, etiraz edənləri cəzalandırır. Əgər bu piramida şəklində yuxarılara doğru getməsəydi, məsələ bu həddə çatmazdı. Tutaq ki, məmur olaraq bir yerdə qanunu pozur, onun hərəkətlərimə qarşı etiraz edirlərsə, həmin məmuru həbs etsələr, o səhvlərinə görə cinayət məsuliyyətinə cəlb oluna biləcəyindən qorxar.
Səlahiyyətli dövlət qurumlarının, İsmayıllıda rəhbərlikdə olanlarla bağlı əlimdə kifayət qədər arqumentlər var və adlarını da parlament tribunasından çəkəcəm. Həmin adamların yaxınları və doğmaları daşatma prosesində iştirak ediblər, onlar kimin sifarişini həyata keçirirdilər, niyə istintaq bunu araşdırmır? Bu faktlarla kimlər nələri gizlətməyə cəhd edir və s. Bunların hamısı araşdırılmalıdır.
- Hakimiyyət niyə insanların ona qarşı qalxmasında maraqlı olsun ki? Burada müəyyən hakim qruplaşmaların rolu nə qədər ola bilər?
- Hakimiyyət iğtişaşlarda maraqlı deyil, ola bilsin, başqa oyunlar oynanılır. Mümkündür ki, kimsə kiminsə, hansısa xarici dövlətin sifarişini yerinə yetirir. Mən hakimiyyətdaxili qruplaşma anlayışını ümumi ictimai-siyasi hadisələr fonunda görmürəm. O daxildədi, yəni kim prezidentə daha yaxın olacaq. Onların heç biri bu istəyi kənara çıxara, ümumi siyasətə daşıya bilməz, ona gücləri də çatmaz.
- Bəs, Əkrəm Əylislinin “Daş yuxular” əsərinin bu dərəcədə ümumxalq müzakirələrinə çıxarılmasına, yazıçının fəxri təqaüddən, “Xalq yazıçı” adından məhrum edilməsinə münasibətiniz necədir?
- Mən ümumiyyətlə, adların əleyhinəyəm. Bu sovet dövründə həvəsləndirici bir metod idi. Dünyanın heç bir yerində, normal ölkəsində belə bir şey yoxdur.
Amma hər kəsin onu tənqid etmək, “bu formada azərbaycanlı obrazı cıza bilməzsən” demək hüququ var. Hətta Əkrəm Əylisliyə hər bir kəsin salam verməmək, onu görəndə üzünü çevirmək haqqı da var. Lakin “qulağını kəsəcəm”, “Azərbaycandan çıx get” deməyə kimsənin haqqı yoxdur.
- Siz “Daş yuxular”ı oxumusunuzmu?
- İki dəfə oxumuşam. Təəssüf edirəm ki, azərbaycanlı obrazı Əkrəm Əylislinin romanında çox pis cızılıb, o, cızılan obraz bizim deyil. Bu birmənalıdır ki, tarixdə üç dəfə deportasiya edilən, Xocalı faciəsini yaşayan, bu qədər torpaqları işğal olunan, əzab-əziyyətlərə, haqsızlığa uğrayan azərbaycanlının obrazı bu ola bilməz. Əkrəm müəllim iki şeyi qarışdırır: müharibənin törətdiyi amansızlıq, qəddarlıq dünyanın heç bir yerində mahiyyəti kimi qəbul olunmur. Amma dinc dövrdə Xocalıda qətliamının törədilməsi amansızlıqdır, bunu ki, mən törətməmişəm, erməni törədib. Bunlar ayrı-ayrı şeylərdir. Yazıçının izah etdiyi rakursdan da fikirləri doğru deyil, belə olmur. Həqiqət doğru-dürüst deyilməyəndə heç bir kəs eybini qanmır. Sən bir güzgü yaratmısan və bilərəkdən ona elə maddələr qatmısan ki, mən orda özümü çox eybəcər görürəm.
- Seçki ilində müxalifət düşərgəsində gedən proseslərlə bağlı sizin düşüncələrinizi bilmək maraqlı olardı...
- Mən Azərbaycan müxalifətini bir tam hesab edirəm. Müxalifət dağınıq deyil, baxmayaraq ki, namizədləri olan təşkilatlar ola bilər, amma düşüncə, fikir, proseslərə baxış etibarilə onlar eynidir. İstənilən hadisəyə Azərbaycan müxalifəti olaraq bir yerdə münasibət bildirə bilirik. Ciddi dəyişikliyə nail olmaq üçün də hamının bir yerdə olması vacib deyil. Ən ideal formada vahid namizəd, vahid cəbhə olsa, bu, çox gözəl, amma bu yoxdursa, daha çox namizədin olması da ən yaxşı variantlardan biridir. Mənim düşüncəmə görə mənim görmək istədiyim Azərbaycan və yaxud mənim təsəvvür etdiyim demokratikləşmə prosesini digərləri mənim kimi apara bilməzlər. Bəlkə də mən səhv edirəm, yanılıram, amma mən belə düşünürəm ki, mən prosesi onlardan daha yaxşı apara, daha yaxşı idarə edə bilərəm. Bu da çox təbiidir, bu bizi düşmənə çevirməməlidir. Ümumiyyətlə, xüsusilə 2013-cü ildə siyasi münasibətləri yeni bir mərhələyə gətirmək lazımdır. Bunu edə bilməsək, Azərbaycan dövləti olaraq çox şeyi itirəcəyik. Heç bir halda danışmaq, bir masa arxasında oturmaq, Azərbaycan naminə bir birimizə əl uzatmaq imkanlarını tükətmək olmaz. Düşmənçilik olacaqsa, region uğrunda aparılan mübarizədə, içimizdəki bu parçalanmadan, antoqanist mübarizədən Azərbaycanda maraqlı olan dövlətlər, xüsusilə də Rusiya, İran çox ciddi şəkildə istifadə edəcək. Buna isə yol vermək olmaz.
- Eyni tələbləri hakimiyyətdə təmsil olunanlara da şamil etmək olar?
- Təəssüf ki, hakimiyyətin içərisində Rusiya və İranın şinelinə bürünmüş və Rusiya və İranın maraqlarını Azərbaycan marağından öndə tutanlar var. Bu mənzərə davam etdikcə də siyasi müxalifətlə münasibətlər daha sərt və kəskin olacaq. Əbədi hakimiyyətlər yoxdur, istənilən bir hakimiyyətin sonu var, amma bir şeyi bilmək lazımdır ki, hakimiyyəti uzatmaq Azərbaycana pozitiv nəsə verəcəkmi? Bunu hesablamaq lazımdır və əgər pozitivliyin faizi yüksəkdirsə, mən də gedim durum yanlarında. Mən görürəm ki, o pozitivlik əhali arasında 2007, 2008, 2009-cu illərlə müqayisədə indi olduqca azdır. Bunu görürsənsə ən azı məni yox, heç Azərbaycanı da düşünmə, özün üçün düşün.
- Ümid partiyası artıq özünün namizədini elan etməyə hazırdır, yoxsa hələ tələsmir?
- Bu barədə partiyanın ümumrespublika müşavirəsində niyyət olub, amma bunu rəsmiləşdirəcək qurumlar var. Ali Məclis bunu qurultaya həvalə etməli, qurultay da onu rəsmiləşdirməlidir. Biz ADP ilə birlikdə “Qarabağ bloku”nda təmsil olunuruq, müttəfiqimizin də rəyi və mövqeyi bizim üçün önəmlidir. Onlarla məsləhətləşmədən sonra yekun qərarımızı açıqlayacağıq.
Gültəkin Qəhrəmanlı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İqbal Ağazadə həbslərdən danışdı: “Mən nəyi müdafiə edim?”

    İqbal Ağazadə həbslərdən danışdı: “Mən nəyi ...

    15-08-2014, 14:05

  • 
  • Azərbaycanda hansı müxalifət partiyasının sədri 85 min manata maşın aldı?

    Azərbaycanda hansı müxalifət partiyasının sədri ...

    3-12-2013, 13:00

  • 
  • MSK İqbal Ağazadənin dairəsinin nəticələrini sıfırladı

    MSK İqbal Ağazadənin dairəsinin nəticələrini ...

    6-11-2015, 01:11

  • 
  • İqbal Ağazadənin dairəsində şok gəlişmə - Nəticələr dəyişir

    İqbal Ağazadənin dairəsində şok gəlişmə - ...

    2-11-2015, 15:24

  • 
  • Oktay Əsədov millət vəkilinə" get, şikayət et məndən".

    Oktay Əsədov millət vəkilinə" get, şikayət ...

    21-06-2013, 13:52


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu