GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hakimiyyətiylə xalq arasında böyük uçurum yaranıb

Hakimiyyətiylə xalq arasında böyük uçurum yaranıb

Tarix: 17-02-2013, 12:40 Bölmə :Müsahibə Baxış: 973
Hakimiyyətiylə xalq arasında böyük uçurum yaranıb

Cəmil Həsənli:
“İnsanların içərisində böyük bir etiraz yığılıb qalıb”


Müsahibimiz görkəmli tarixçi alim və Ziyalılar Forumunun həmtəsisçisi Cəmil Həsənlidir. Cəmil bəylə söhbətimizin əsas qayəsi ölkədə baş verən proseslərlə bağlı oldu...

“Elm tarixində heç kəs akademiyanın üzvü olub-olmamağına görə qalmayıb”

- Cəmil bəy, ilk, bəlkə də yeganə Azərbaycan alimisiniz ki, üçüncü kitabınız ABŞ nüfuzlu tərəfindən çap olunur. Bununla belə Azərbaycan Milli Elmlər Akademiyasının üzvü deyilsiniz, hətta televiziyalarda və bəzi qəzetlərdə bəzi adamlar sizin ziyalılığınızı şübhə altına alır. Sizcə bu ittihamların, sizə qarşı bu deyilənlərin Azərbaycanda etdiyiniz siyasi fəaliyyətinizlə əlaqəsi varmı?
- Şübhəsiz var. Bu münasibət mənim üçün mühüm deyil. Gördsüyüm işin faydalılığına inanıramsa, bu yolu gedirəmsə Azərbaycan Milli Elmlər Akademiyasının üzvü olub-olmamaqaq heç nəyi dəyişmir. Kimsə akademik, yaxud akadmiyanın müxbir üzvi olduğuna görə əlavə aolaraq artmır. Düzdür, orada müəyyən qədər məvacib məsələsi var. Akademiyanın üzvlərinə əlavə məvaciblər verilir. Əgər bunu mənə vermək istəmirlərsə bunu faciə hesab etmirəm. Elm tarixində heç kəs akademiyanın üzvü olub-olmamağına görə qalmayıb. Elm tarixində qalanlar əsərlərinə, onların sanbalına görə qalıblar. Mən buna da can atmıram. Bunu özümə dərd hesab etmirəm. Bu şeylərə öyrəşmişəm. Gözləmirəm ki, sanki bir möcüzə baş verəcək. Gördüyüm işlər bir alim kimi zöümü üçün, vətənim üçün, Azərbaycan elminin tarixi üçün faydalı hesab edirəm.
- Cəmil bəy, siz Azərbaycanda ictimsi-siyasi çəkisi artan məcrada olan Ziyalılar Forumunun aparıcı üzvlərindən birisiniz. Bu forumun bir sıra üzvləri – Rüstəm İbrahimbəyov, Əkrəm Əylisli bir sıra təzyiqlərlə üzləşiblər. Sizcə bu təzyiqlərin araxsında hansı qüvvələr dayanır və onların məramları nədir?
- Azərbaycanda qüvvələr elə də çox yerə bölünmür. Əgər biz dəqiq ünvan göstərsək bu təzyiqlərin araxsında şübhəsiz ki, hakimiyyət dayanır. Hakimiyyətin yükəsk postlarında qərar tutan adamlar dayanır. Əlbəttə, burada obyektiv və subyektiv səbəblər də var. Bu, bir tərəfdən Ziyalılar Forumunun ictimai rəydəki yeri, roluyla bağlıdır, digər tərəfdən bu insanların atdığı addımlarla bağlıdır. Mən rüstəm İbrahimbəyova olan təzyiqlərlə Əkrəm Əylisliyə olan təzyiqləri eyniləşdirmək istəməzdim. Şübhəsiz ki, Rüstəm İbrahimbəyov Azərbaycan ictimai firkinin çox tanınmış bir nümayəndəsidir. Bu adamın əsərləri eyni vaxtda yüzə yaxın teatrda gedir. Bu çox böyük göstəricidir. Rüstəm İbarhimbəyovun çəkdiyi filmlər ideya istiqamətinə, modernizm qayəsinə, yenilik ruhuna görə diqqəti cəlb edir. Azərbaycan mədəniyyətinin göstəricilərindən biridir. Bu bütövlükdə Rüstəm İbarhimbəyov rus mədəniyyətinin, hətta mən deyərdim ki, dünya mədəniyyətinin bir nümayəndəsidir. Mədəniyyət tarixinin heç şübhəsiz ki, yaradıcılarından biridir.

“İnsanların mülkiyətinə heç bir təminat yoxdur”

- “Binə” ticarət mərkəzində, ismayıllı da baş verən üsyanı hökumət rəsmiləri kiçik insdentlər kimi təsvir edir. Siz necə düşürsünüz İsmayıllıda baş verən hadisələr Azərbaycan cəmiyyətində hansısa geniş tendensiyalardan xəbər verirmi?

- Təkcə yanvar ayını nəzərə alsaq bir-birinin ardınca hadsiələr baş verdi. Əsgərin vəfatıyla bağlı gənclərin şəhərin mərkəzində çox böyük bir aksiya oldu. Bunun ardınca Binə və ismayıllı hadisələri baş verdi. Sonra İsmayıllı olaylarına görə Bakıda həmrəylik mitinqi oldu. Azərbaycanda uzun illər sükunət olmuşdu, bir ay ərzində bu qədər hadisənin olması şübhəsiz diqqət çəkir. Bəzən çox primitiv şəkildə deyirlər ki, kimsə maşını qəzaya uğratdı, kimisi söydü. Biz tarixçiyik, tarixdə hər hansı bir hadisənin təzahür etməsi üçün hansısa bir qığılcım olur. Bu qığılcım həmin hadisələrin baş verməsi üçün yol açır. Burada da belə oldu. Bu təsadüfü baş vermiş hadisə insanların içində hakimiyyətə, əhaliylə hesablaşmaq istəməyən, ona yuxarıdan aşağı baxan, onu adam yerinə qoymayan hissəsinə çox böyük etiraz dalğası baş verdi. Məsələ burasındadır ki, real islahatlar getməsə, iqtisadi idarəçilikdə, siyasi idarəçilikdə ciddi dəyişikliklə baş verməsə bu tipli hadisələrin genişlənməsi lübüddür. Buna nə ad qoyurlarsa qoysunlar. İnsanların içərisində böyük bir etiraz yığılıb qalıb. Bu etiraz çörəyə görə deyil. Bizdə bir misal var. Deyirlər qarnım üçün deyiləm, qədrim üçünəm. İnsanlar hakimiyyət orqanlarında ədalət tapmır, polisində ədalət tapmır, məhkəməsində ədalət tapmır, çörək, iş tapmır. Üstəlik, həqarətli münasibətlərlə qarşılaşır. İnsanların mülkiyətinə heç bir təminat yoxdur. Mülkiyyət azadlığı olmayan yerdə siyasi azadlıq ola bilməz. Konstitutsiya işləmir. İnsanları antikonstitutsion yollarla necə tutmaq, mitinqləri dağıtmaq, insanları necə cəzalandırmaq bu kimi yollar axatrılır. Axı, Konstitusiyanın insalara çox geniş hüquqlar verən maddələri var. Bu maddələr işləmir və bütün bunlar problemlərin üst-üstə gəlməsinə, bunun partlamasına gətirib çıxarır. Mütləq mənada olmalıdır. Bunu istəmiriksə hakimiyyət addımlar atmalıdır. Bu gün Azərbaycan hakimiyyətiylə Azərbaycan xalqı arasında böyük bir məsafə yaranıb. Bu məsafə getdikcə dərinləşə-dərinləşə gedir. Bunu aradan götürmək istiqamətində addımlar atılmalıdır.

“Bakıdan kənar həyat yoxdur”

- Ötən il Qubada iğtişaşlar vüsət alanda siz ABŞ-da idiniz. Bu üsyanın xalq arasında mövcud olan ümumi narazılığın təzahürü kimi dəyərləndirmişdiniz. İsmayıllı hadisələrindən sonra ölkədə baş verə biləcək proseslərin gedişatını necə görürsünüz? Siz gözləyirsinizmi ki, ismayıllı hadisələrindən sonra hökumət nümayəndələri ölkədəki siyasi islahatların vacibliyini dərk etsinlər?

- Hesab etmirəm nə Quba, nə İsmayıllı sosial-iqtisai baxımından başqa rayonlardan daha pis vəziyyətdədirlər. Bu rayondan daha pis vəziyyətdə olan rayonlar var. Azərbaycan büdcəsinin formalşamasına diqqət yetirəndə hər şey aydın olur. Təsəvvür edin ki, büdcəyə daxil olmalarının 90%-i Bakınındır, 10%-i isə Bakıdan kənar bütün ölkənindir. Bu nəyin göstəricisidir? Bu onun göstəricisidir ki, Bakıdan kənar həyat yoxdur, iş yoxdur. Nəticə etibarı ilə bu bir tərəfdən əhalinin Bakıya, yaxud ölkənin tərk edilməsinə gətirib çıxarır, o biri tərəfdən yerlərdən narazılılqarı artırır. Seçkili orqanlar işləmir. Dünyada bir tendensiya var. Bütün dünyada belə bir meyil var ki, insanlar onları idarə edənləri özlərin seçməsini istəyirlər. Özləri müəyyən eləsinlər ki, onları kim idarə edir. Düzdür, ilk dövrdə burada bir yanlışlıq ola bilər. Ancaq bu insanlar real seçkiylə öz istədiklərini seçəndə o yaxşı işləməyəndə növbəti dəfə seçməzlər. Növbəti dəfə onlara dərs olar. Azərbaycanda getdikcəı seçkili orqanblar məhdudlaşdırılır, inzibati qayda da icra orqanların səlahiyyətləri genişləndirilir. Yəni, təyinatlı vəzifələrin hüquqları genişləndirilir. Bu da öz-özlüyündə zorakılıq meyillərinin artmasına, məmurun harınlığına, rayon daxilində məmurun əhalidən asılı olmamağına gətirib çıxarır. Məmur asılıdır “yuxarı”dan. “Yuxarı”da onu ora təyin edəndə qarşısına vəzifə qoymur ki, get rayonu inkişaf etdir. Qarşıya qoyulan vəzifə budur ki, sabitlik yarat. Azərbaycan hakimiyyəti üçün sabitlik əhalinin susudurulmasından keçir. Əhali daimi olaraq susa bilməz. Bu idarəçilik yanlışdır. Biz bu fikirdəyik ki, daha səmərəli idarəçilik formaları var. Bu idarəçilik formalarından istifadə olunmalıdır, insanların həyatına, canına, mülkünə təhülkəsiz bir münasibət olmalıdır. Nə qədər acınacaqlı olsa da, mən etiraf etməlyəm ki, bizim əhali hüquqi baxımdan Sovet dövründə daha yaxşı müdafiə olunurdu, nəinki müstəqil Azərbaycanda. Bu bir növ müstəqilliyin əhalinin gözündən düşməsinə gətirib çıxarır. Müstəqilliyin ki, bəhrəsini əhali görmür, müstəqillik adı altında bir qrup məmur ölkəni sökmək məqamına salıb ani olaraq vətəndaş düşünür bu müstəqillik ondan ötrü idi ki, məmur gəlib harınlıq eləsin? Müstəqillik milli diriliyin əsas təminatçısıdır, ancaq Azərbaycanı idarə edənlər bunları nəzərə almalıdırlar.
Vüsal Hüseynov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənli bu gün vahid namizəd olacaq

    Cəmil Həsənli bu gün vahid namizəd olacaq ...

    23-08-2013, 11:34

  • 
  • Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada təmsil olunub və olunacaq”

    Cəmil Həsənli: “Müsavat Partiyası Milli Şurada ...

    4-12-2013, 13:12

  • 
  • İslamçılar da Cəmil Həsənli dedi

    İslamçılar da Cəmil Həsənli dedi ...

    25-08-2013, 14:42

  • 
  • CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU

    CƏMİL HƏSƏNLİ VAHİD NAMİZƏD OLDU ...

    23-08-2013, 17:44

  • 
  • Cəmil Həsənli mühafizədən imtina etdi

    Cəmil Həsənli mühafizədən imtina etdi ...

    28-12-2013, 13:01


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu