GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Milli Məclisdə xalq tərəfindən seçilən deputat yoxdur, onları təyin ediblər

Milli Məclisdə xalq tərəfindən seçilən deputat yoxdur, onları təyin ediblər

Tarix: 21-02-2013, 10:04 Bölmə :Müsahibə Baxış: 1 028
Milli Məclisdə xalq tərəfindən seçilən deputat yoxdur, onları təyin ediblər

Elxan Mehdiyev:
“İlham Əliyev ilk olaraq qurduğu sistemə və
bu sistemin yaratdığı problemə diqqət etməlidir”


Suallarımıza politoloq Elxan Mehdiyev cavab verib. Xatırladaq ki, hazırda Elxan Mehdiyev ABŞ və Avropa universitetlərində çalışır, təhqiqat işləri həyata keçirir. Azərbaycana bir neçə gün öncə gələn politoloq ölkədə siyasi mühitlə bağlı danışıb, düşüncələrini açıqlayıb
- Elxan bəy, “Qrant haqqında” qanunun dəyişməsinə və bu yolla müstəqil QHT-lərə hökumətin nəzarətinin gücləndirilməsinə münasibətiniz necədir?
- Mən bu prosesi izləyə bilməmişəm. Amma bu haqda xəbərim var. Gəldiyim nəticə budur ki, Azərbaycanda diktatura və sülalə sistemini daimi etmək məqsədilə böyük addımlar atılır. Bu qanunun dəyişdirilməsi sülalə sisteminin daimi olması üçün atılan addımların tərkib hissəsidir. Rejim rəhbərləri bilirlər ki, QHT-lərdə əsasən sərbəst düşüncəli insanlar toplaşır və müstəqil QHT-lər heç də bu rejimi dəstəkləmir. Ona görə də rejim belə QHT-lərin kökünü kəsmək istəyir.
- Bizdə müstəqil QHT-lərin sayı o qədər çoxdur ki, rejim onların kökünü kəsmək niyyətinə düşsün?
- Müstəqil QHT nə deməkdir? O deməkdir ki, burada yaradıcı insanlar cəmləşir, yaradıcı ideyalar, təşəbbüslər irəli sürürlər və bu ideyanı da həyata keçirirlər. Bu ideyanı həyata keçirəndə isə nə hökumətdən, nə də hansısa partiyadan asılılıq olmur. Bu yaradıcı insanların təşəbbüsündən doğan ideya və fikirlərdir. Dünyanın hər yerində olduğu kimi QHT-lər həm öz ölkələrindən, həmdə xaricdəki fondlardan maliyyə alaraq onu reallaşdırırlar. Bu Avropada da, Türkiyədə də, elə Hindistanda da belədir. Dünyanın müxtəlif alimləri, təhqiqat mərkəzləri dünyanın müxtəlif fondlarından, iş mərkəzlərindən öz ideyalarına maliyyə dəstəyi alır və bunu həyata keçirirlər. Yəni burda qeyri-adi bir şey yoxdur. Azərbaycanda isə biznes, maliyyə rejimin əlində cəmləşir, onun nəzarətindədir. Rejim də bu cür yaradıcı insanların son dayaqlarını dağıdıb burada sadəcə olaraq diktatura sistemi qurmaq və sülalə sistemini daimi etmək məqsədi güdür.
- Sizdə QHT nümayəndəsisiniz. Bu dəyişiklik şəxsən sizin fəaliyyətinizə əngəl olacaqmı?
- Mən özümü düşünmürəm. Həmdə artıq neçə illərdir ki, QHT tərkibində hərəkət etmirəm. Çünki mə daha çox xaricdə oluram, ABŞ-da təhqiqat aparıram. Ona görə də, bu işlərə siz deyən QHT prizmasından diqqət etməmişəm. Mən daha çox müstəqil alim və ekspert kimi çalışıram. Ancaq bu qanunun dəyişməsinin mənə indi toxunmaması o demək deyil ki, bu mənim problemim deyil. Bu mənim tanıdığım yüzlərlə yaradıcı insanın fəaliyyətinə son qoymaq deməkdir. Tutaq ki, mən başqa sahədə çalışıram, Avropada iş görürəm. Axı digər yaradıcı insanların bu imkanları yoxdur. O baxımdan mən hesab edirəm ki, dəyişiklik ümumi siyasi qərarın nəticəsidir və məqsəd yaradıcı təşəbbüsləri susdurub beynləri yeyən rejimin kampaniyasını insanların beyninə yeritməkdir. Bu ümumi problemdir, Azərbaycan cəmiyyətinin, sərbəst düşüncənin, azad ideyaların qarşısını almaqdır.
- Bizdə QHT-lərə Dövlət Dəstəyi Şurası var. Siz bu qurumun fəaliyyətindən razısınızmı?
- Mən bu qurum haqqında danışa bilmərəm. Çünki onların fəaliyyətindən məlumatsızam. Mən QHT-lərə Dövlət Dəstəyi Şurası ilə heç bir əməkdaşlığım olmayıb. Ümumilikdə onlar haqqında qəzetlərdən eşitmişəm.
- Dövlətin QHT siyasətini həyata keçirən bir qrumun anti QHT qanununun qəbul etməsini dəstəkləməsi nə dərəcədə doğrudur?
- Bu çox normal haldır. Onu Milli Məclisə rejim təyin edib. O da, rejimin sözünü deməlidir. Bunun başqa izahı yoxdur. Milli Məclisdə xalq tərəfindən seçilən deputat yoxdur, əksinə onları təyin ediblər. Seçilməyiblər ki, müstəqil şəkildə fikirlərini bildirsinlər. Onların hamısı Gülər Əhmədovanın dediyi siyahı əsasında parlamentə düşüblər və onlara verilən təlimatı da həyata keçirirlər. Ora parlament deyil ki, icra orqanın qoludur.
- Uzun müddətdir ki, Azərbaycanda olmadığınızı deyirsiniz. Bəs xaricdə nə işlə məşğul olursunuz, hansı istiqamətdə işləyirsiniz?
- Mən xaricdə univeristetdə çalışıram, eləcədə konfranslarda çıxış edirəm. Daha çox ABŞ-da oluram.
- Siz Azərbaycanın siyasi mühitindən tamamilə kənarlaşmısınızmı?
- Kənarlaşmışam demək doğru olmazdı. Azərbaycanda baş verən prosesləri hər gün izləyirəm, mətbuatı oxuyuram. Amma on ildən çoxdur ki, Azərbaycanın televiziya kanallarına baxmıram. Demokratiyanı, soz və ifadə azadlığını dəstəkləyən qəzetləri isə internetdən oxuyuram.
- Siz Müsavat Partiyasının üzvü olaraq qalırsınızmı?
- Əlbəttə qalıram.
- Müsavat Partiyasının başqanı İsa Qəmbəri iki dəfə Lənkərana buraxmadılar. Sizcə, başqanınızı hansı səbəblərdən cənub bölgəsinə buraxmırlar?
- Çünki bu rejim erməni işğalından kənarda qalan bütün əraziləri özünün nəzarətində saxlayır və istəmir ki, Müsavat və ya AXCP başqanı gedib xalqla görüşərək rejimin mahiyyətini, çirkinliklərini onlara izah etsin. Azərbaycanda müxalifətin nə televiziya, nə də radioya çıxışı var. Eləcədə Müsavat kimi tarixi partiyaya yer verilmir ki, özünün qurultayını keçirsin. Eləcədə müxalifət liderlərinin insanlarla görüşünə hər vəhclə mane olunur. Rejim rəhbərləri bilirlər ki, Müsavat başqanı İsa Qəmbər Lənkərana getsə onun başına minlərlə insan toplaşacaq. İsa Qəmbərdə bu rejimin mahiyyətini açacaq fikirlər söyləyəcək. Rejimdə istəmir ki, xalq onun barəsində deyilənləri bilsin. Buna görə də, imkan verilmir və hər yerdə müxalifət liderlərinin insanlarla təmasının qarşısını alırlar. İsa Qəmbərin Lənkərana buraxılmamasının sadə izahı bundan ibarətdir.
- İsmayıllıda baş verən ixtişaşlar, buna görə REAL sədri İlqar Məmmədovun və Müsavat Partiyasının başqanı Tofiq Yaqublunun həbsini necə şərh edirsiniz?
- Mən İsmayıllıda nə baş verdiyini bilmirəm. Amma İlqar Məmmədovla Tofiq Yaqublunun həbsinin məqsədi prinsipcə məlumdur. Bu şəxslərin tutulması o deməkdir ki, iqtidar müxalifət düşərgəsini qorxutmaq və Azərbaycanı bürüyə biləcək etirazlardan müxalifəti ayırmaq, siyasi müxalifətin bu prosesdə iştirakının qarşısını almağı düşünür. Fikrimcə, rejim mənsubları ümumilikdə ölkədəki vəziyyəti yaxşı bilir və hesab edir ki, bütün ölkə ərazisi boyunca etirazların başlamasına bir qığılcım səbəb ola bilər. Burada məqsəd müxalifətin fəliyyətini məhdudlaşdırıb yerlərdə qalxa biləcək xalq kütlələrinin etirazını qarşısını amansızca almq və bu proseslərin siyasi çalarlardan kənarda saxlamaqdır.
- Sizcə, Azərbaycanın xalq hərəkatı, üsyan və etiraz aksiyalarının bürünməsi imkanı varmı, buna şərait yetişibmi?
- İndi Azərbaycanda mühit Misirdə baş verən inqilabdan bir ay öncəki siyasi mühitə oxşayır. Misirdə də, inqilabdan əvvəl situasiya elə Azərbaycandakı kimi idi. Hər yerdə passiv etiraz var idi, Hüsnü Mübarəki heç kim sevmirdi. Ancaq insanlarda qorxudan etiraz etmirdi. İnqilab başlayandan sonra isə ölkəni etirazlar bürüdü. Bir sözlə situasiya eynidir. Görürsünüz ki, bizdə harada insanlar ayağa qalxırsa onu amansızcasına yatırırlar. Amma nəzərə almırlar ki, bu təbii prosesdir və onun qarşısını almaq mümkün deyil. Hakimiyyət siyasi iqtidarı zorla əlində saxlamaq siyasəti aparır. Ən təhlükəli tendensiya da budur. Çünki xalq rejimin fəaliyyətindən narazıdır, onu istəmir. Amma güc strukturlarının əli ilə xalq qorxuzdurulur və onunla qul kimi davranılır. Bir qayda olaraq bu prosesin sonu inqilablar, kütləvi ixtişaşlar olur. Hakimiyyətin ağlı olsa bu mərhələdə siyasi islahatlara gedər. Ancaq belə rejimlər sona qədər sərt davranış tərzini dəyişmir və bu da ölkəni faciyəyə aparır. Amma Azərbaycanın vəziyyəti elə də yaxşı deyil. Məsələn, ərəb baharı kimi proseslər burada baş versə, pis nəticələr meydana çıxa bilər. Əgər daxildə zorakılıq olsa pusquda duran ermənilər bundan istifadə edərək işğal zonasını bir qədər də genişləndirə bilər. Bu baxımdan hər tərəf, xüsusilə rejim mənsubları bunu anlamalı və dərin islahatlara getməlidir ki, hakimiyyətin dəyişməsi mexanizmi normal prosedura ilə həyata keçirilsin. Əgər bu proses zorakılıq müstəvisinə geçsə ölkəni məhvə aparacaq. Odur ki, bunu heç kəs istəmir.
- Prezident İlham Əliyev müşavirədə təyin etdiyi icra başçılarını danladı, yüksək çinli məmur övladlarının qudurğanlıq etdiyini bəyan etdi və belə məmurlar haqqında ciddi ölçülər götürüləcəyini söylədi. Sizcə, İsmayıllıda baş verən hadisələrə qədər İlham Əliyevin təyin etdiyi məmurlardan, məmur övladlarının qudurğanlığından xəbəri yox idimi?
- İlham Əliyev bunu bizdən də yaxşı bilir. Bu rejimin mahiyyətindən doğur. Qudurublar, juliklər, alçaqlar kimi ifadələr sovet kommunist sistemi zamanı müşavirələrdə səsləndirilib və əslində bu heç nəyi həll etmir də. Çünki normalda qanun olmalı və hamı da qanun qarşısında bərabər olmalıdır. Amma indi qanun yoxdur, kimin harada adamı varsa, dədəsi vəzifədə işləyirsə, deməli bu qanundan yüksək statusdur. Problem budur. Ona görə də, İlham Əliyev ilk olaraq qurduğu sistemə və bu sistemin yaratdığı problemə diqqət etməlidir. Əks halda bu maşın qırılana qədər gedəcək.
- 2013-cü ildə prezident seçkiləri keçiriləcək. Sizin seçkilərlə bağlı gözləntiləriniz nədən ibarətdir?
- Vəziyyət bu cür davam etsə heç bir gözləntim olmayacaq. O zaman dəyişikliklər olacaq ki, real islahatlar getsin, müxalifətə bərabər şərait yaradılsın, seçki komissiyaları dəyişdirilsin. Bu zaman nəsə yenilik ola bilər. Amma indi baş verənlər göstərir ki, rejim dəyişikliklərə getmək niyyətində deyil. Çünki onlar milyardlarla pulu qanunsuz olaraq mənimsəyiblər, Azərbaycanda mülkiyyəti ələ keçiriblər və buna vida etmək haqqında düşünmürlər. Onların fikrincə, iqtidara açıq, şəffaf və demokratik hökumət gəlsə çirkli pullar, qanunsuz əmlaklar üzə çıxacaq. Odur ki, hakimiyyət dəyişikliyin tam əleyhinədir. Burada dava əsasən mülkiyyət üzərindədir. Respublikaya daxil olan 10 milyardlarla dollar kağız üzərində qeydiyyata alınır və sonra da mənimsənilir. Azərbaycan xalqı isə Rusiyaya üz tutur, torpaqlarımızda 20 ildir ki, erməni nəzarətindədir. Əliyevlərin son 20 illik hakimiyyəti Azərbaycana bunu gətirib. Ancaq incə bir məqam var. Ermənistanda siyasi proseslər tam fərqli şəkildə gedir.
- Nə mənada?
- Ermənistan yarı demokratik sürətdə irəliləyir. Onlarda normal seçki var. Son parlament seçkiləri saxtakarlıqla deyil, ortabab keçirilib. Nəticədə müxtəlif qruplar və partiyalar parlamentə düşdü. Prezident seçkiləri isə bir qədər fərqlidir. Həm xarici, həm də erməni müşahidəçilərinin dediyi kimi prezident seçkiləri açıq şəraitdə keçir. Hər kəsə normal şərait yaradılıb. Amma yerlərdə adminstrativ resurslar Azərbaycanda olduğu kimi öz rolunu oynayır. Orada seçkilərin nəticələrini saxtalaşdırmaq deyil, rəqiblərin pulla ələ alınması variantı seçilib. Seçki komissiyalarında da, maraqlı tərəflər təmsil olunur. Ermənilərin yarı demokratik seçkilər keçirməsi Azərbaycanla müqayisədə fərqli situasiya yaradır. Bu da Azərbaycana daha böyük faciələr gətirə bilər. Bu günə qədər Azərbaycanın əlində arqument var idi ki, Ermənistanda qeyri demokratikdir. Amma Ermənistanda vəziyyət dəyişir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QHT-lərə XƏBƏRDARLIQ

    QHT-lərə XƏBƏRDARLIQ ...

    19-01-2016, 15:27

  • 
  • Azərbaycanda azad olmayan biznes

    Azərbaycanda azad olmayan biznes ...

    17-01-2014, 10:29

  • 
  • Azərbaycanda azad olmayan biznes

    Azərbaycanda azad olmayan biznes ...

    17-01-2014, 11:02

  • 
  • Milli Məclis mürtəce qanunu qəbul etdi

    Milli Məclis mürtəce qanunu qəbul etdi ...

    17-02-2013, 12:53

  • 
  • HRW : “Azərbaycanda vətəndaş cəmiyyəti qanundan kənardır”

    HRW : “Azərbaycanda vətəndaş cəmiyyəti qanundan ...

    10-02-2014, 15:34


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu