GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Hakimiyyətin nəyin bahasına olursa-olsun saxlanılması qeyri-qanuni biznesin qorunmasına xidmət edir

Hakimiyyətin nəyin bahasına olursa-olsun saxlanılması qeyri-qanuni biznesin qorunmasına xidmət edir

Tarix: 7-04-2013, 12:44 Bölmə :Müsahibə Baxış: 894
Hakimiyyətin nəyin bahasına olursa-olsun saxlanılması qeyri-qanuni biznesin qorunmasına xidmət edir

Asəf Quliyev:
“Məqsədləri qarmaqarışıqlığın və kəskin qarşıdurmanın yaranmasıdır”


Müsahibimiz AXCP sədrinin təşkilati məsələlər üzrə müavini Asəf Quliyevdir. Müxalifət nümayəndəsi demokratik düşərgənin birliyi istiqamətində görülən işlərdən, vahid namizəd ideyasına olan münasibətdən, hakimiyyətin repressiv siyasətindən, AXCP funksioneri Fuad Qəhramanlının Vaşinqton səfərindən, prezident Əliyevin ailə üzvlərinin Virciniya adasında üzə çıxan şirkətlərindən və digər məsələlərdən danışıb.
- Asəf bəy, hazırda AXCP ilə Müsavat Partiyası arasında münasibətlər nədən ibarətdir, seçkilərlə bağlı ciddi fikir ayrılıqları varmı və vahid namizədlə seçkiyə gedib protest elektoratı özünüzə tərəf çəkə biləcəksinizmi?
- Bizim müttəfiqliyimiz davam edir. İndiki halda AXCP təkcə Müsavatla deyil, eləcədə Ziyalılar Forumu, EL Hərəkatı və digər partiyalarla da danışıqlara gedir. Əlbəttə ki, mən bu başdan bir söz deyə bilmərəm. Amma düşüncəmizdə birliyin əldə olunacağına inanırıq və ümid edirik ki, buna nail olunacaq.Sadəcə müəyyən məsələlərlə bağlı fikir ayrılığı ortalıqdadır. AXCP-nin mövqeyində heç bir dəyişiklik yoxdur. Biz ümumiyyətlə müxalifət cinahının bir arada olmasını, demokratik seçki şəraitinin yaradılmasını və bundan sonra seçkiyə qatılmağı vacib hesab edirik. Sizdə görürsünüz ki, əvvəlki illərdən fərqli olaraq bu gün Azərbaycanda fərqli mühit yaranıb. İstər böyük güclərin Azərbaycana münasibəti, istərsə də daxildə cəmiyyətin iqtidara münasibəti ndə fərqli dəyişiklik var. Amma bu fərqli dəyişikliyi müsbət nəticəyə çevirmək üçün müxalifətin birliyi vacibdir. Bu üzdən də AXCP öz mövqeyində qalaraq müxalifətin bir araya gələrək vahid namizədin müəyyən olunması və düşərgənin birgə hərəkət etməsi üçün çalışır. Hələ ki, bu istiqamətdə danışıqlar gedir. Mən ümid edirəm ki, danışıqlar may ayına qədər yekunlaşacaq və öz nəticəsini verəcək. Hər halda düşünürəm ki, dost partiyalarda yaranan vəziyyəti düzgün qiymətləndirərək real addım atmalıdırlar.
- Birliyin əldə olunmamasında əsas problem nədir?
- Hər şey ortadadır və bu gizli bir məsələ də deyil. Yəni mətbuat vasitəsilə hər bir partiya öz mövqeyini ortaya qoyur. Biz AXCP olaraq müxalifət düşərgəsinin seçkiyə vahid namizədlə getməsini dəstəkləyirik və bunun üçün tərəfimizdən hər cür addımlar atılır. Müsavat Partiyasında namizədini irəli sürüb və bildirirlər ki, hər kəs namizədliyini irəli sürdükdən sonra vahid namizəd məsələsi haqqında müzakirə aparılsın. Ancaq fikrimcə, cəmiyyət də bu məsələdə öz mövqeyini müəyyən etməlidir. Çünki bu ancaq siyasi partiyaların və real müxalifətin işi deyil. Cəmiyyətdə ziyalıların, tanınmış adamlarında məsələyə münasibəti olmalı və bu iki fikirdən hansının daha məqbul olduğunu deməli və ona dəstək verməlidir. Partiyalar da hansı siyasi xəttin düzgün olduğunu bilməlidir. Yəni əslində bu o qədər də düşünüləsi məsələ deyil. Mənə elə gəlir ki, hadisələr getdikcə inkişaf edəcək və seçkiyə birgə gediləcəl. Vahid birlik olacaq və müxalifətin koalisiyası yaranacaq.
- AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhramanlı ABŞ-da səfərdədir. Onun səfəri ilə bağlı hansı yenilik var, kimlərlə görüşdüyü haqqında partiyaya informasiya verirmi?
- Əslində AXCP sədri Əli Kərimli ABŞ-a səfərə dəvət edilmişdi. Sizdə bilirsiniz ki, Azərbaycan hakimiyyəti Əli Kərimliyə ümumivətəndaşlıq pasportu vermir və onun xarici səfərlərə getməsini bu yolla əngəlləyir. Əlbəttə ki, bu biabırçı bir hal olmaqla bərabər hakimiyyətin imicini götərir. AXCP sədrinə pasport verilmədiyi səbəbində Fuad Qəhrəmanlı ABŞ-a səfər etdi. Hazırda Fuad Qəhramanlı Vaşinqtonda görüşlər keçirir. Əlbəttə bu görüşlər haqqında bizdə qısa informasiyalar var. Amma həmkarım qayıtdıqdan sonra geniş informasiyalar verəcək. Sözsüz ki, onun keçirdiyi görüşlərdə ictimai-siyasi vəziyyət, Azərbaycanda baş verən hadisələr,qarşıdan gələn seçkilər haqqında məsələlər müzakirə olunur.
- AXCP necə düşünür, bu görüşdən hansı nəticə gözləyir, bu səfər Qərbin Azərbaycana münasibətdə fikir dəyişikliyinə, müxalifətin dəstəklənməsinə səbəb ola bilərmi?
- Sözsüz ki, burada təkcə Azərbaycan məsələsi deyil. Dünyanın hər bir yerində demokratik dəyişikliklər baş verir. Xüsusilə, MDB məkanında bu halları biz müşahidə etmişik. Demokratik dünyanın özünün fikirləri olur və diktatura rejimlərində vəziyyəti dəyişmək üçün müəyyən addımlar atırlar. Biz bunu Gürcüstan və Ukrayna prosesləri zamanı müşahidə etdik. Habelə son illər ərəb dünyasında baş verən demokratik proseslərdə də azad və demokratik dünyanın sivil dəyərlər uğrunda mübarizə aparan millətlərə dəstək verdiyinin şahidi olduq. Sözsüz ki, sivil dünya çalışır ki, demokratik qüvvələrin birliyi yaransın. Azərbaycanda da sözsüz ki, belə birliyin yaranması üçün müxalifət daxilində danışıqlar gedir.Ümid edirəm ki, bu danışıqlar müsbət nəticə verəcək. Həmdə nəzərə almaq lazımdır ki, istənilən diktatura rejiminin dəyişməsi bir ölkənin işi deyil. Bu demokratik dünyanın məsələsidir. Ona görə də düşünürəm ki, beynəlxalq təşkilatların belə hallarda obyektiv mövqe tutması vacibdir. Fuad Qəhramanlının ora dəvət olunması müsbət haldır. Hesab edirəm ki, digər partiyaların nümayəndələri də ABŞ-a dəvət olunacaq və müxalifətin birliyi məsələsi ətrafında da müzakirələr aparılacaq. Bütün bunlar isə demokratik müxalifətin birliyinin yaranmasına təsir edəcək. Düşünürəm ki, bütün siyasi qüvvələr bu haqda düşünməlidir.
- Bəs hakimiyyətin davranışlarını necə qiymətləndirirsiniz, demokratik dəyişiklik üçün əsaslar varmı?
- Sözsüz ki, bu mövzularda deyilənlərdən Azərbaycan hakimiyyəti həddən ziyadə qıcıqlanır. Bunu son dövlər hakimiyyətin atdığı addımlarda göstərir. Bu addımlar nəinki Azərbaycan cəmiyyətində, habelə xaricdə də pis qarşılanır. Söhbət Azərbaycanın aktiv gənclər təşkilatlarının fəallarının həbs edilməsindən, habelə inanclı şəxslərin saxlanılmasından, demokratik müxalifətə münasibətdə repressiya xəttinin seçilməsindən gedir. Hakimiyyətin əlində olan mətbuatddan və televiziya kanallarından müxalifətə və beynəlxalq təşkilatara qarşı sərt açıqlamalar verilir. Bütün bunlar hakimiyyətin ciddi narahatlıq içində olduğuna dəlalət edir. Əlbəttə hakimiyyəti istəmir ki, iqtidarını əlindən buraxsın. Məhz buna görə də, alternativ fikrə aqressiv yanaşırlar. İndi Azərbaycanda pis vəziyyət mövcuddur. İllər əvvəl bu hakimiyyət iddia edirdi ki, müxalifət radikaldır, aqressivdir və qaraguruhdur. Amma bu gün dediyim məqamın tam əksini müşahidə edirik. Daha dəqiq desək müxalifət sivil yolla Azərbaycanda demokratik seçkinin keçirilməsinin tərəfdarıdır və tələbi də bununla bağlıdır.Hakimiyyət isə çox aqressiv və radikal formada hərəkət edir, addımlar atır. Amma bütün bunların hamısı yanlış addımlardır. Hakimiyyət öz xalqı ilə repressiv və zor dilində danışmamalıdır. Azərbaycan xalqı, cəmiyyət demokratik dəyişikliklər istəyir. İqtidar bu metodundan nəhayət də əl çəkməlidir. Söz və mətbuat azadlığına geniş yer verilməlidir. Həs olunan insanlar dərhal azadlığa buraxılmalıdır. Əks halda belə sıxıntılar Azərbaycanı qarşısı alınmaz bir prosesə gətirib çıxaracaqdır. Hakimiyyət üçün daha xeyirlisi aqressiv davranış nümayiş etdirməkdənsə demokratik seçki keçirməkdir. Çünki hakimiyyət bu xalqa və onun səsi ilə iqtidara gələn komandaya 5 il müddətində məxsusdur. Heç kim düşünməməlidir ki, hakimiyyət ata-babadan qalmadır və xalqın düşüncəsini nəzərə almadan iqtidarı qoruyub saxlamaq olar. 2013-cü ildə hakimiyyət dəyişikliyi labüddür. Bunu da normal qəbul etmək lazımdır. Əgər xalq indiki iqtidarı seçməyəcəksə, onlarda könüllü sürətdə hakimiyyəti verib getməlidirlər. Bunun başqa yolu yoxdur. Çünki artıq Azərbaycan cəmiyyəti 10 il əvvəlki cəmiyyət deyil. Açıq şəkildə demək lazımdır ki, hakimiyyət seçkini uduzub iqtidarı verməsə Azərbaycanı inqilaba sürükləmiş olacaq. Artıq regionlarda buna oxşar hadisələr baş verib. Mən Quba və İsmayıllı hadisələrini nəzərdə tuturam. Bu hadisələr mərkəzə keçə və indiki hakimiyyəti ölkədən silib ata bilər. Düşünürəm ki, hakimiyyətdə olanlar ilk növbədə özlərinin gələcəyini və talehlərini düşünməli, hakimiyyətdən əl çəkməlidirlər. Son günlər gənclərin etmədiyi halda guy molotov kokteili hazırladıqlarını iddia etmək, sonuncu mitinq zamanı silahdan istifadə edilməsi, su şırnaqlarından gen-bon istifadə edilməsi fikrimcə, hakimiyyətin cəmiyyəti qıcıqlandırmaq istədiyinin əlamətidir. Bunların məqsədi odur ki, Azərbaycanda qarmaqarışıqlıq və kəskin qarşıdurma olsun. Sözsüz ki, müxalifət belə qarşıdurmaya getməyəcək və bundan uzaq duracaq. Yox əgər doğurdanda qızışdırıcı mövqedə davam etsə, gələcəkdə ərəb baharının burada təkrarlanmasına əsas yaradacaq və bu zaman müxalifətdə xalqın qarşısını ala bilməyəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan xalqının hakimiyyətə qarşı böyük etiraz dalğası var. Sözsüz ki, ölkədə korrupsiya, rüşvətxorluq, qohumbazlıq, İlham Əliyevin özünün də dediyi kimi məmur övladlarının qudurğunlağı və özbaşınalığı, orduda əsgər ölümləri artıq birmənalı qarşılanmır. Fikrimcə, bu məsələlər sonda hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq. Mən ümid edirəm ki, ərəb dövlətlərində baş verən proseslər bizim ölkəmizdə yaşanmayacaq. İndi görünən budur ki, inqilabın baş verməmsi üçün müxalifət hakimiyyətdən daha çox çalışır. Arzu edək ki, Azərbaycanda hakimiyyət dəyişikliyi seçkilər-demokratik və dinc yolla baş verəcək.
- İlham Əliyevin və ailə üzvlərinin Vircini adalarında qeydiyyatdan keçən şirkətləri üzə çıxıb. Söhbət ofşor zonada dövlət başçısı və ailə üzvlərinin şirkətlərindən gedir. Müxalifətin bu fakta münasibəti necədir?
- Azərbaycanda əksər iri obyektlər, banklar və şirkətlərin prezidentin ailəsinə məxsus olması gizli bir şey deyil. Bunu hər bir ölkə vətəndaşı bilir. Zaman keçdikcə İlham Əliyevin ailə üzvlərinin sahib olduğu əmlak və şirkətlər haqqında xarici mətbuatda faktlar orataya qoyur. Sözsüz ki, bu da cəmiyyəti qıcıqlandırır. Düşünürəm ki, hakimiyyət ciddi düşünməlidir. Çünki xalqın sərvətinin bir əldə toplanmasına son qoymalıdır. Cəmiyyətdə belə hadisələrə yox deməyi bacarmalıdır. Bu gün ölkədə monopliya o qədər güclüdür ki, sahibkarlar aradan sıxışdırılıb çıxarılır. Əslində hakimiyyətin nəyin bahasına olursa-olsun saxlanılmasına cəhdərdə bu qeyri-qanuni biznesin qorunmasına xidmət edir.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54

  • 
  • Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin səbəblərini açıqlayıb

    Asəf Quliyev Mili Şuradan və AXCP-dən getməsinin ...

    23-10-2013, 16:48

  • 
  • AXCP rəsmiləri Ağstafada həbs edildilər

    AXCP rəsmiləri Ağstafada həbs edildilər ...

    15-06-2013, 17:55

  • 
  • AXCP sədri: “Seçkidə vahid namizədlə iştirak etməliyik”

    AXCP sədri: “Seçkidə vahid namizədlə iştirak ...

    30-05-2013, 12:30

  • 
  • AXCP Müsavatla bağlı planlarını açıqladı: “Müttəfiqlik mümkün deyil”

    AXCP Müsavatla bağlı planlarını açıqladı: ...

    9-12-2013, 11:25


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu