GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Rüstəm İbrahimbəyov: Bunlar bir araya gəlməsələr, cəmiyyətimizə böyük ziyan vuracaqlar

Rüstəm İbrahimbəyov: Bunlar bir araya gəlməsələr, cəmiyyətimizə böyük ziyan vuracaqlar

Tarix: 30-04-2013, 13:34 Bölmə :Müsahibə Baxış: 710
Rüstəm İbrahimbəyov: Bunlar bir araya gəlməsələr, cəmiyyətimizə böyük ziyan vuracaqlar
“Camaat qalxanda da çox pis vəziyyət yaranacaq, xaos olacaq”

Ünlü kinodramaturqun siyasi ssenari təklifi, özəlliklə müxalifət partiyalarına müraciəti necə qarşılanır? Həm də Ziyalılar Forumunun təşəbbüskarlarından olan Rüstəm İbrahimbəyov AzadlıqRadiosunun bu və başqa suallarını cavablayır.

– Rüstəm müəllim, yəni Milli Şura «olmazsa olmaz» məsələsidir?
– Milli Şura ona görə lazımdır ki, qarşıda seçkilər var. Xalqımız bu seçkilərin, çox yox, bir balaca şəffaf və ədalətli olmasını istəyirsə, kimsə bu işə əmək sərf etməlidir. Demokratik qüvvələr birləşib bu işlə daha effektli məşğul ola bilər. Birləşmənin də cürbəcür formaları var. Bunun adını Milli Şura da qoymaq olar, demokratik qüvvələrin birliyi də. Azərbaycan Cümhuriyyət yarananda da bu işə Milli Şura başlamışdı. Belə fikrə gəldik ki, bu ad həmin birlik üçün daha uyğun olar. Birinci məqsəd – seçkidir. Seçkidən sonra bir keçid dövrü yaranacaq. Bu keçid müddətində bir proqram hazırlamaq lazımdır ki, gələcəkdə cəmiyyət necə yaşayacaq, necə olacaq? Milli Şura həmin vəzifəni öhdəsinə götürə bilər.
- Son bəyanatınızda Milli Şuranın yaradılması prosesinin sürətləndirilməsini istəmisiniz. Bu çağırışa səbəb nədir, yəni işlər ləng gedir?
- Mən bu ideyanı irəli sürəndən sonra ən tanınmış partiya liderləri işi öz öhdələrinə götürdülər və bu birliyi yaratmağa başladılar. Amma görürəm ki, vaxt getsə də, ortaya bir qərar çıxara bilmirlər. Ona görə məcbur qalıb bu bəyanatla onlara müraciət etdim ki, bu işlər bir az yerindən tərpənsin. Axı bu vaxtadək bir nəticə yoxdur.
- Sizcə, kimlər ləngidir? Yeri gəlmişkən, işlərin sürətləndirilməsini kimlərdən umursunuz?
- «EL» Hərəkatı, Müsavat və Xalq Cəbhəsi partiyaları bir neçə dəfə görüşüblər. Öz aralarında bir neçə yaxşı qərar da qəbul ediblər ki, başqa partiyaları da dəvət eləsinlər, müxtəlif təşkilatları, o sıradan hüquq-müdafiə təşkilatlarını, tanınmış adamları da. Amma hələlik söz olaraq qalıb. Nə real bir siyahı var, nə də təkliflər. Görüşürlər, prinsipləri elan edirlər, amma nəticə yoxdur.
- Bu durumda Milli Şura nə vaxt elan olunacaq?
- Bunu hərəkatların, partiya və təşkilatların özləri etməliydi. Mən nə partiya üzvüyəm, nə də hərəkat. O səbəbdən bunu onlardan gözləyirəm. Məncə, belə getsə, bəlkə daha yaxşı olar ki, bir təşkilat komitəsi yaradaq və bu işlə təşkilat komitəsi məşğul olsun. Ümidvardım ki, partiya liderləri oturub bu məsələni, bu problemi qısa müddətdə həll edər, amma bir aya yaxındır ki, söhbətlər getsə də, bir nəticə yoxdur. İş ondadır ki, bunlar bir araya gəlməsələr, cəmiyyətimizə böyük ziyan vuracaqlar. Çünki cəmiyyət bunlardan çox şey umur. Çünki bunlar çox iddialı partiyalardır və birləşməyə meylləri yoxdur. Belə olsa, demək, cəmiyyətimiz hələ o qədər də islahatlara, dəyişikliklərə hazır deyil. Ona görə bəyanatımda yazdım ki, əzizlərim, sizin işinizin nəticəsi əsasında cəmiyyətin vəziyyətinə qiymət vermək olar ki, cəmiyyət nə vəziyyətdədir – islahatlara hazırdır, ya hazır deyil. Mənə elə gəlir ki, buna cürbəcür qüvvələr, cürbəcür səbəblər də mane olur. Məsələ çox şeydən, amma hələlik, 5-6 konkret şəxsiyyətdən asılıdır – İsa Qəmbərdən, Əli Kərimlidən, Eldar Namazovdan, Rəsul Quliyevdən, Lalə Şövkətdən, REAL Hərəkatından, «NİDA» Hərəkatından. Bunların nümayəndələri də iştirak eləməlidir. Oturub yaratmalıdırlar. Biz Ziyalılar Forumunun üzvüyük, biz bu ideyanı dəstəkləyirik. Mən bu ideyanın müəllifiyəm. Amma biz konkret siyasətlə məşğul deyilik. Biz ideyanı vermişik, indi bunlardan gözləyirik ki, bunlar bir hərəkət eləsinlər. Amma görürəm ki, məsələ ləngiyir. Bəlkə məcbur olduq təklif eləyək ki, bir təşkilat komitəsi yaratsınlar. Partiya liderləri yox, başqa adamlar. Məsələn, 10-15 nəfərlik Təşkilat Komitəsi bu işlə məşğul olsun.
- Sadaladığınız adamların birgəliyi mümkündürmü, onları bir yerdə görürsünüz?
- Hamının məqsədi birdir. Seçki hər ölkədə necə keçir, bizdə də heç olmasa, ona oxşayan bir şey olsun. Saxtalaşdırmaq norması bir az azalsın, yalan az olsun. Paralel ekzit-pol yaransın. Bu məqsəd üçün birləşməyə dəyməz? Söhbət partiyaların, hərəkatların birləşməsindən getmir. Onların hərəsinin öz proqramı var. Söhbət seçkidən gedir – seçki keçirmək lazımdır. Seçkidə hamının məqsədi birdir. Vahid namizəd məsələsi ikinci mərhələnin məsələsidir. Əvvəlcə seçkinin təşkili problemlərini həll eləmək lazımdır və buna görə birləşmək lazımdır. Sonra orada yaradılacaq Milli Şura seçki yolu ilə vahid namizədini irəli sürəcək.
- Vahid namizəd məsələsi alınacaqmı? Bu ideyaya inanmayanlar da az deyil, axı...
- Sizə deyim ki, buna mənim də inamım azdır. Amma bu o demək deyil ki, bunu eləmək lazım deyil. İnamımız olsa da, olmasa da hamımız əlimizdən gələni eləməliyik. Bu, borcumuzdur. Görək nə alınır da. İş ondadır ki, bu işləri görmək lazımdır. Hələlik, bir adam görməmişəm desin ki, Milli Şura lazım deyil. Bəziləri deyir ki, lazımdır və yaranacaq. Elələri var deyir, bu liderlərin iddiaları elə böyükdür ki, bunlar heç vaxt birləşməyəcək. Elələri də var deyir, birləşəndən sonra da bunların arasında o qədər dedi-qodu olacaq ki, yekdil bir siyasət apara bilməyəcəklər. Ancaq bunlar da deyirlər ki, lazımdır. Mən də onların hamısı ilə razıyam. Deyirəm ki, əlimizdən gələni eləməliyik, bu, xalqımızın qarşısındakı borcumuzdur. Bunu etməliyik. Amma alındı, ya alınmadı, bu, xalqın hazırlığından asılıdır. Xalq özü hazırdırsa, demokratik qüvvələr birləşəcək. Birləşməsə, demək, xalq, hələlik, hazır deyil.
- Rüstəm müəllim, neçə müddətdir Bakıda deyilsiniz. Ölkədəki vəziyyət kənardan necə görünür?
- Vəziyyət çox pisdir. Ofşor məsələsi var, 130-170 ölkədən lap yüksək vəzifəli adamların, siyasətçilərin gizli hesabları açılıb. Prezidentin də adını çəkirlər və hesabları olduğunu bildirirlər. Ofşorda hesab açmaq cinayət deyil. Cinayət bu sərvətlərin necə, hansı üsullarla, hansı mənbələrdən toplanmasında gizlənə bilər. Bunları açıb deyəndən sonra işin içində cinayət yoxdursa, hər adamın hüququ var ki, hesab açsın. Bunu biz Azərbaycanda görmədik. Bunu görmürüksə, deyə bilərik ki, biz demokratik hökumət deyilik. Çünki qanun qarşısında hamımız bərabərik və hamımız qanuna tabe olmalıyıq. Tabelik yoxdursa, deməli, biz demokratik ölkə deyilik. Axır vaxtlar siyasi repressiyalar qat-qat artıb. Günahsız-səbəbsiz adamları, xüsusən gəncləri həbs edirlər. Nə var-nə var, bunlar fikirlərini söyləyiblər, mitinqlərə gediblər. Problem Qarabağ problemidir, veteranların taleyidir ki, hökumət onlara kömək etmir, qaçqınlar qalıb belə. Pullar yeyilir, korrupsiya artır. Vəziyyət çox gərgindir. Camaat çox narazıdır. Orda-burda bu narazılıqların nəticələrini görürük. Çıxışlar, nümayişlər, tətillər olur. Mənə elə gəlir ki, iqtidar yaxın müddətdə siyasətini dəyişdirməsə, qaldırdığımız məsələlərə cavab verməsə, oturub dialoqa başlamasa, camaat qalxacaq. Camaat qalxanda da çox pis vəziyyət yaranacaq, xaos olacaq. Biz bunu artıq görmüşük, nəticələrini də bilirik. Ona görə də iqtidar siyasətini dəyişdirməlidir. Cəmiyyətlə dialoqa başlamalı, islahatlar keçirməlidir. Korrupsiyanın səviyyəsi azaldılmalıdır. Çünki bizdə korrupsiya günü-gündən artır, bu barədə danışanları da tutub həbs edirlər. Vəziyyət belə davam etsə, hər şey xaos və inqilabla qurtaracaq və bu hökumət dağılacaq. Bu da çox pis şeydir. Yenə də 30-40 il geriyə düşəcəyik. Bir neçə ildir deyirik, amma fikir verən yoxdur.
- Ölkəyə qayıtmağı nə vaxt planlaşdırırsınız? Belə fikirlər var ki, siz gəlməkdən çəkinirsiniz?
- Məni bir dəfə aeroportda iki saat saxladılar. İnformasiya gəldi ki, gələn dəfə tutacağıq səni. Bu hökumət... hər şey eləyə bilər. Öldürə bilər, onu da bacarırlar. Bilirik ki, neçə adam öldürülüb. Əllərindən hər şey gələ bilər. Sərhəddə iki saat saxladıqları kimi, iki gün də saxlayar və sonra deyərlər ki, buraxmırıq səni. Bizim ittifaqın günahsız işçilərinə cinayət işi açıblar. Mənim orda olmağım bir şeyə kömək eləsəydi, mənə desəydilər ki, ay Rüstəm, bu Milli Şura yarandı, gəl, bu Milli Şuranın işində iştirak elə, mən gələrəm. Amma Milli Şura olmaya-olmaya mən özüm onu yaratmayacağam. Çünki bu, mənim prinsipial mövqeyimdir. Çünki bunu partiya liderləri eləməlidirlər. Milli Şuranı yaratsalar, məni dəvət eləsələr, mən də gələrəm.
– Bir şey də var. Bu «Milyarderlər Klubu» ki, deyirlər, Azərbaycanla bağlı barmaqlarını da tərpətməz. Bunlar hamısı prezidentə yaxın adamlardır, prezidentin qohumlarıdır, prezidentlə birgə işlər aparan adamlardır. Abbas Abbasov doğrudan da Rusiyada çox hörmətli adamdır. Bizim diaspor çox çətin vəziyyətdədir. Başqa diasporlara baxanda, çox çətin vəziyyətdədir, çünki birləşməyib. Bu yaxınlarda Tverdə böyük bir tədbir keçirilib. Bizim orda olan bütün milli təşkilatlarımız da qatılıb. Bu işə Abbas Abbasovun yaratdığı SOAR kömək edib. Mən də ordayam, Vahid Ələkbərov da. Azərbaycanda buna Milyarderlər Klubu deyirlər, amma hamımız milyarder deyilik. Bunların işləri budur, Azərbaycanda bunların nə işi var? O söz-söhbət hökumətin işləridir. Bütün təbliğat aparatı bu işləri görür. Təəccüblənirəm ki, azad mətbuat da etiraz bildirməkdənsə, çox həvəslə bu şayiələri təkrar və çap eləyir. Elə bil, mətbuat orqanlarının heç bir mövqeyi yoxdur. Kim nə deyir, onu çap edirlər.
- Adamları bu da maraqlandırır ki, yetərincə imkanlı və şan-şöhrətli Rüstəm İbrahimbəyov niyə birdən-birə müxalifətlə yaxınlaşdı və sərt çıxışlar etməyə başladı?
- Mən müxalifətə yaxın deyiləm. Bu çağacan mən nə İsa Qəmbərlə, nə də Əli Kərimli ilə görüşmüşəm. 15-20 il öncə vəziyyətləri çətin olanda – Vəzirovun, Mütəllibovun vaxtında – onlara əlimdən gələn köməyi edirdim. Bunlar məlumdur. Mən heç vaxt iqtidara yaxın olmamışam. Bunlar hamısı mifdir, uydurmadır. Həmişə öz fikirlərimi, öz mövqeyimi yaradıcılığımda bildirmişəm. Bakı barədə fikirlərimə görə, 6-7 il bundan qabaq üstümə düşmüşdülər. O vaxtdan hökumət mənimlə mübarizəyə başlayıb. Mən də yavaş-yavaş bunlara cavab verməyə məcbur qalmışam. Nə vaxt belə fəaliyyətə başladığımı Cəmil Həsənlidən soruşsunlar. Yenə deyirəm ki, mən siyasətçi deyiləm. Yığdım dostlarımı başıma, dedim ki, əlimizdən gələni eləməliyik ki, Azərbaycanda ictimai rəy yaransın, vətəndaş cəmiyyətinin təməli qoyulsun. İndi əlimizdən gələni eləyirik də. Mənə elə gəlir ki, bu da bizim böyük uğurumuzdur. Mən müxalifətçi deyiləm, olmamışam, sovet vaxtı da olmamışam. Kommunist də olmamışam. Əsərlərimdə də, bir dəfə də olsun, kommunistləri tərifləməmişəm. 1972-ci ildə «Ultimatum» adlı pyes yazmışam. Sovet dönəmində bizim cümhuriyyətdən, demokratik respublikadan birinci dəfə pozitiv danışmışam və bir ildən sonra tamaşanı bağlayıblar. Davranışıma təəccüblənənlərin, məni bağışlayın, savadları, məlumatları azdır, çox şeyləri bilmirlər. Cəmil Həsənli, Ramiz Abutalıbov kimi adamlara üz tutsalar, onlar mənim haqqımda gerçəyi anladarlar.
- Deyilənə görə, sizin prezident İlham Əliyevlə yaxşı münasibətləriniz olub. Necə oldu ki, münasibətlər pozuldu?
- Prezident İlham Əliyevlə mənim çox gözəl münasibətlərim olub. Çünki hələ prezident olmaya-olmaya bizə çox kömək edib. Bir-iki dəfə müraciət eləmişik, ittifaqımıza köməyi dəyib. Bizim teatrı açmaq üçün kömək eləyib. Çətin vəziyyətlərdə əl uzadıb bizə. Mən onu dəfələrlə demişəm. 2003-cü ildə seçkidə biz hamımız sevinirdik ki, cavan və mədəni prezidentimiz olacaq. Deyim ki, üç-dörd il işlər pis deyildi. Təxminən 5-ci, 6-cı ildən sonra Azərbaycanda vəziyyət dəyişdi. Korrupsiya sistemləşdirildi və aşağıdan yuxarıyadək bütün ölkəni bürüdü. Mən ona görə dedim ki, bu, başdan-ayağa cinayətkar hökumətdir. Mən bunu deyəndən sonra bunlar mənimlə mübarizəyə başladılar. İttifaqı bağlamaq istədilər, bağlaya bilmədilər. Binadan qovdular, yerləri aldılar. Hökumətdən 1 qəpik də istəməyə-istəməyə, orada gözəl bir festival mərkəzi – Kino Evi yaradacaqdıq. Onu aldılar. Neft Şirkətinin əli ilə bu işi gördülər.
- Qəzetlərdə səhərdən-axşamacan mənə böhtan atırlar. Deyirlər ki, mən Kino Evini Fəxri Xiyabanın yanında tikmək istəyirəm. Axı bu, açıq şeydir, o yerlə Fəxri Xiyaban arasında 4 km məsafə var... O boyda yalan deyəndən sonra bunlardan nə gözləmək olar. Hər şeyləri, nəfəsləri yalandır.

Kəbiran Dilavərli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu

    Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu ...

    29-05-2013, 01:39

  • 
  • Rüstəm İbrahimbəyov: “Milli Şura sabah elan olunacaq”

    Rüstəm İbrahimbəyov: “Milli Şura sabah elan ...

    27-05-2013, 11:27

  • 
  • “Milli Şura seçkiyə Rüstəm İbrahimbəyovla gedəcək” - Pənah Hüseyn

    “Milli Şura seçkiyə Rüstəm İbrahimbəyovla ...

    15-06-2013, 16:16

  • 
  • Rüstəm İbrahimbəyov yeni müraciət yaydı

    Rüstəm İbrahimbəyov yeni müraciət yaydı ...

    11-08-2013, 23:57

  • 
  • İbrahimbəyova “get” komandası: “O, Milli Şura sədri kimi fəaliyyətinə son qoydu”

    İbrahimbəyova “get” komandası: “O, Milli Şura ...

    16-09-2013, 14:19


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu