GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Azərbaycanı Misir, Liviya və ya Suriyanın gününə sala bilmərik

Azərbaycanı Misir, Liviya və ya Suriyanın gününə sala bilmərik

Tarix: 22-06-2013, 01:07 Bölmə :Müsahibə Baxış: 975
Azərbaycanı Misir, Liviya və ya Suriyanın gününə sala bilmərik

Səidə Qocamanlı: “Azərbaycan xalqı nəhayət ki, azad, ədalətli və demokratik seçkinin keçirilməsinə ehtiyac duyur”
Suallara İnsan Hüquqları və Qanunçuluğun Müdafiə Bürosunun sədri, hüquq müdafiəçisi Səidə Qocamanlı cavab verib. Müsahibimiz əsasən həmkarı Novella Cəfəroğluna qarşı olan hücumlar, onun “Freedom Hause” Təşkilatının hesabatını sərt tənqid etməsindən sonra yaranan situasiya, habelə seçkilər, siyasi məhbuslar və problemlər haqqında danışıb.

- Həmkarınız Novella Cəfəroğlunun “Freedom Hause” Beynəlxalq Hüquq Təşkilatının Azərbaycanla bağlı hesabatını sərt tənqid etməsinə demookratik düşərgə ciddi reaksiya verib və ona qarşı ittihamlar səsləndirib. Bu hadisəni necə qiymətləndirirsiniz?
- Novella xanıma qarşı bu kampaniyaya rəvac verən insan Azərbaycandan uzaqda oturub moizələr oxuyur. O, əslindəfacebook.com sosial şəbəkəsində yazdığı statusla mərifət və mədəniyyətini göstərdi. Əslində bu birinci hal deyil. Həmin şəxs dəfələrlə bizi təhqir edib. Mənim və Novella Cəfəroğlunun haqqında fikirlər işlədib. Ancaq biz özümüzə rəva görməmişik ki, ona cavab verəcək. Çünki bu bizim səviyyəmiz deyil, həmin şəxsdə tərbiyəsiz adamdır. Yalnız tərbiyəsiz insan belə ifadələr işlədə bilər. O, belə hərəkətlərlə cəmiyyətdə ajotaj yaradıb. Təbii ki, həmin şəxsi gənclik yaxından tanımadığı üçün diqqət veriblər. Sanki bütün acı və zəhər bir nəfərə qarşı istiqamətləndirilib. Bu isə ədalətsizlikdir.
- Siz konkret olaraq kimi nəzərdə tutursunuz?
- Mən ABŞ-da yaşayan Ramiz Yunusu nəzərdə tuturam. Bu adam ABŞ-da oturub və deyir ki, Novella Cəfəroğlunu Müsavat partiyasından qovmaq lazımdır. Ancaq qeyd olunmalıdır ki, Novella xanım Müsavat Partiyasının üzvü olmaqla yanaşı həmdə ölkənin hüquq müdafiəçisidir. O, bir hüquq müdafiəçisi olaraq “Freedom Hause” Təşkilatının hesabatına tənqidi münasibət bildirə bilər. Bu həm də normal hal olmalıdır. Biz bolşevik deyilik axı. Hər bir insanın fikirlərinə hörmətlə yanaşılmalıdır. “Kim mənim kimi düşünmürsə, mənim düşmənimdir” prinsipi nə siyasətdir, nə yanaşmadır?. Bu gün müxalifət düşərgəsi bir-birinə dəyib. Axı belə olmaz. Mən bu halları pisləyir, tərbiyəsiz ifadələri qınayıram. Bu məsələ məni düşündürməyə, bəzi məsələləri götür-qoy etməyə vadar etdi. Mən hansı cəmiyyətdə yaşadığımı düşündüm və az qala məndə qorxu xofu yarandı.
- Bəlkə hakimiyyətdən narazı elektoratın Novella Cəfəroğludan başqa gözləntiləri var. Novella xanımında “Freedom Hause” Təşkilatının Azərbaycanla bağlı hesabatını kəskin pisləməklə bu elektoratın əksinə gedir və onu aqressivləşdirir...
- Əvvəla deyim ki, cəmiyyətdə aqressiyanın olmasını heç kim istisna etmir. Əlbəttə, cəmiyyətdə aqressiya mövcuddur. Bu da, şübhəsiz ki, sosial problemlərlə əlaqəlidir. Habelə siyasi problemlər və insanların güzəranı da bu aqressiyanı artıran amillərdəndir. Həm də nəzərə almaq lazımdır ki, bu elektoratın böyük hissəsini gənclər təşkil edir. O gənclər ki, onların iş və maddi baxımdan təminatı yoxdur. Təbii ki, bu məqamlar gənclərin aqressivliyinə əsas verir. Amma bu o demək deyil ki, mənim kimi düşünməyənə düşmən münasibət bəslənməlidir. Belə yanaşma olmaz, bu düzgün deyil, hər bir kəsin öz fikri var. Onda bizim bolşeviklərdən fərqimiz nə olardı. Sizə deyim ki, ölkənin tanınmış insanları səhərdən bizə zənglər edir, bu məsələlərlə maraqlanır, bizə dəstək ifadə edirlər. Həmdə bu halları pisləyirlər. Novella xanımı dostum olduğuna görə müdafiə etmirəm. Çünki onun müdafiəyə ehtiyacı yoxdur. Sadəcə bu olay hər kəsi düşünməyə sövq edir. Baxın görün cəmiyyətimiz hansı vəziyyətə düşüb.
- Narazılıq edənlər Müsavat Partiyasının üzvləridir və onların arasında hətta Müsavat başqanının müşavirləri də var. Məsələn, İsa Qəmbərin müşaviri Yadigar Sadıqov Novella xanımı partiyadan istefa verməyə çağırıb...
- Mən Yadigar bəyin vvə digər müsavatçıların fikrinə hörmətlə yanaşıram. Ancaq anlamaq lazımdır ki, Novella xanım Müsavat Partiyasının üzvü olmaqla bərabər həmdə hüquq müdafiəçisidir. Onun ofisinə hər gün onlarla insan müraciət edir. Bu insanlar əziyyət çəkən, dövlət idarələrində süründürülən, dərdinə əlac tapa bilməyən şəxslərdir. Novella xanımın da “Freedom Hause” nin hesabatına tənqidi münasibəti bir hüquq müdafiəçisinin fikridir. Mən də Müsavat Partiyasının üzvüyəm və həmdə hüquq müdafiəçisiyəm. Onda belə çıxır ki, əgər məndə konkret məsələyə dair hüquq müdafiəçisi kimi fikir işlətsəm partiyadan qovulmalıyam? Bu ədalətli yanaşma deyil. Birincisi, Müsavat Partiyası heç kəsin inhisarında deyil. O cümlədən də Ramiz Yunusun. Ramiz Yunus əgər Müsavatı belə sevirdisə qaçıb ABŞ-a getməzdi, burada oturub bizim kimi bütün mərhumiyyətlərə qatlaşıb Müsavat Partiyasının yanında olardı. Uzaqdan hamı danışmağı bacarar. Amma burada, yaşayaraq mübarizə aparmaq hər adamın işi deyil. İkincisinə gəldikdə bir daha qeyd edim ki, Novella Cəfəroğlu hüquq müdafiəçisidir və onun məsələlərə şəxsi baxışı ola bilər. Siz diqqət edin, ABŞ-ın Milli Demokratiya İnstitutu burada bağlananda məhz Novella Cəfəroğlu ortaya düşdü, bu məsələləri qabartdı, bu institutun fəaliyyətinin bərpası üçün müstəsna xidmətlər göstərdi. Bunu heç kim bilmir, bizdə belə məsələləri mətbuata çıxarıb özümüzü göstərmirik. Bu həmin Novella Cəfəroğludur ki, Milli Demokratiya İnstitutunu müdafiə etdi, onun ölkədə fəaliyyət göstərməsini vacib hesab etdi. Nüfuzlu şəxs olduğuna görə Novella xanımı eşitdilər. İndi Novella Cəfəroğlu “Freedom Hause” ni tənqid etdiyinə görə pis adam olur? Bu necə ola bilər, axı bu nə yanaşmadır?
- Sizinlə Novella xanımın fikirlərində ciddi fərq yoxdur, hər ikiniz Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunda təmsil olunursunuz. Ümumiyyətlə siz “Freedom Hause”nin hesabatında konkret nəyə etiraz edirsiniz?
- “Freedom Hause” nin hesabatı əslində əvvəlki illərdə verilən hesabatlardan ciddi sürətdə fərqlənmir. Orada sadalanan problemlər-siyasi məhbusların olması, toplaşma azadlığına qarşı olan təpkilər, jurnalistlərə qarşı təzyiqlər, ifadə azadlığına dair problemlər həqiqətdir. Biz bəyəm deyirik ki, ölkədə bu məsələlər yoxdur ? Əksinə, bizdə qeyd edirik ki, bu problemlər mövcuddur. Bu faktlara biz qətiyyətlə yanaşırıq və onların həll olunmasına çalışırıq. Azərbaycan ağır seçki ilini yaşayır, biz seçkilərə sivil bir ölkə kimi getməliyik. Yəni ölkədə siyasi məhbuslar olmamalı, həbs edilən insanlar azadlığa buraxılmalıdır. İlqar Məmmədov və Tofiq Yaqublu dərhal azadlığa buraxılmalıdır. Həbsdə olan siyasi dustaqlar azad olmalıdır, üçdə iki ilə yatan şəxslərin azadlığa buraxılması məsələsinə baxılmalıdır, siyasi hüquqlar təmin edilməlidir, müxalifətə imkan verilməlidir ki, şəhərin mərkəzində mitinqlər təşkil etsin. Biz də deyirik ki, bu məsələlər olmalıdır. Keçirdiyimiz bütün görüşlər zamanı da bu məsələləri qaldırırıq. Ancaq bizi qıcıqlandıran odur ki, “Freedom Hause”nin nümayəndələri Azərbaycana gələndə 2-3 nəfərlə görüşür və onların sözləri əsasında hesabatlarını hazırlayır. Biz də qeyd edirik ki, bu mütəxəssislər ölkəmizə gələndə hüquq müdafiəçiləri və jurnalistlərin böyük heyəti ilə görüşsünlər, onların da fikirlərini öyrənsinlər. Əlbəttə bu daha yaxşı olardı.
- Azərbaycan hökuməti ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsini təklif edib. Belə xəbərlər gəzir ki, əgər ofisin statusu dəyişsə, bu zaman hüquq və demokratiya departamentləri bağlanacaq, ATƏT-in Bakı ofisində ixtisarlar ediləcək və s. Bu məsələ haqqında nə deyə bilərsiniz?
- Mən qeyd edim ki, ATƏT-in Bakı ofisinin statusunun dəyişməsi heç də yaxşı hal deyil və mən ümid edirəm ki, ofis əvvəlki statusunu saxlayaraq fəaliyyətini davam etdirəcək. İkincisi qeyd edim ki, ATƏT-in Bakı ofisinin əsas şöbələri Demokratikləşmə və Hüquq şöbəsidir. Əlbəttə, bu şöbələrin bağlanması cəmiyyətə və Azərbaycana xələl gətirə bilər. Çünki məhz bu iki qurum demokratik proseslərin inkişafında müstəsna rol oynayır. Onların bağlanması yolverilməzdir. Onu da qeyd edim ki, ATƏT hər dəfə Azərbaycanda seçkiləri müşahidə edəndə və sonda onu qiymətləndirəndə elə ifadələr yazır ki, bu da hamını qıcıqlandırır. Məsələn, seçkilərlə bağlı yekun hesabatlarında bildirirlər ki, proses zamanı əyintiləri qeydə alınıb, amma buna baxmayaraq seçkilər demokratiyaya doğru bir addımdır. Necə yəni bizi demokratiyaya yaxınlaşdırır? Elə illərdir ki, yaxınlaşa-yaxınlaşa qalmışıq...Azərbaycan xalqı nəhayət ki, azad, ədalətli və demokratik seçkinin keçirilməsinə ehtiyac duyur. Bu vacibdir və lazımdır. Kimdə prezident seçilir, seçilsin. Əsas odur ki, demokratik yolla seçilsin.
- Bəs azad və ədalətli seçkilərin keçirilməsinə imkan varmı?
- Hələlik yoxdur. Belə bir imkan görünmür.
- Bəs onda necə olacaq?
- Deməli işləmək lazımdır. Beynəlxalq təşkilatlarla, Venesiya Komissiyası ilə əməkdaşlığı sürətləndirmək vacibdir. Həmçinin beynəlxalq qurumlarda iki-üç tövsiyə verib kənara çəkilməməlidir. Əksinə, çalışmalıdır ki, açıq və azad seçkilər nəhayət ki, baş versin. Kim də səs toplaya bilibsə xalqın iradəsinə əsasən prezident postunda əyləşsin. Bizim demokratik yoldan savayı yolumuz yoxdur. Azərbaycanı Misir, Liviya və ya Suriyanın gününə sala bilmərik. Buna imkan verməməliyik.
- Seçkilər yolu ilə hakimiyyətə gəlmək imkanları qapadılıbsa, Misir variantı real deyilmi?
- Elə bundan da qorxmaq lazımdır. Bu gün əm ümdə vəzifə iqtidarlı-müxalifətli bir masa ətrafında əyləşib ölkəni düşünsünlər, ümumi qərarlara gəlsinlər. Əlbəttə ki, bu işdə ATƏT-in xüsusi rolu ola bilər. Bunun üçün təbii ki, siyasi məhbuslar azadlığa buraxılmalı, həbs edilən dindarlarda sərbəst buraxılmalı, imkan verilməlidir ki, insanlar sərbəst şəkildə toplaşmaq hüququndan istifadə etsin. Bunlar reallaşsa və beynəlxalq qurumlarda görsələr ki, daxildə özümüz problemləri həll etmək istəyirik, bu zaman onlarda dəstək ifadə edəcəklər. Bizim əvəzimizə heç kim bu ölkəni demokratikləşdirməyəcək. Bu birmənalıdır. Nə Avropa Şurası, nə Avropa İttifaqı nə də “Freedom Hause” bizim yerimizə bu ölkəni demokratikləşdirmək üçün addımlar atmayacaq. Bu rıçaqlar ancaq bizim əlimizdədir. Deməli ondan özümüz istifadə etməliyik.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv olunub" - Səidə Qocamanlı adlar açıqladı

    "Bizim siyahımızdakı 4 siyasi məhbus əfv ...

    17-10-2014, 17:23

  • 
  • Novella Cəfəroğlu: "Mən “qələt edir” sözünü deməmişəm"

    Novella Cəfəroğlu: "Mən “qələt edir” sözünü ...

    19-06-2013, 13:55

  • 
  • Novella Cəfəroğlu ilə DSMF arasında məhkəmə davam edir

    Novella Cəfəroğlu ilə DSMF arasında məhkəmə davam ...

    19-04-2016, 01:13

  • 
  • “Digər siyasi məhbuslar da dərhal azad edilməlidir” – “Freedom House” bəyanat verdi

    “Digər siyasi məhbuslar da dərhal azad ...

    26-05-2016, 22:10

  • 
  • Azərbaycanda insan haqları çox yaxşı pozulur.

    Azərbaycanda insan haqları çox yaxşı pozulur. ...

    19-06-2013, 01:53


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu