GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi özfəaliyyətdir

Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi özfəaliyyətdir

Tarix: 26-06-2013, 22:58 Bölmə :Müsahibə Baxış: 998
Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi özfəaliyyətdir
Məmməd Əlizadə: “İstefama səbəb Prezident Administrasiyasında olan insanların şəxsimə tənqidi münasibəti idi”
Suallara Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təsisçisi və bu təşkilata 20 il müddətinə sədrlik edən Məmməd Əlizadə cavab verib. O əsasən son zamanlar DADP-nin Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi haqda qərarını şərh edib
.
- Məmməd müəllim, DADP-nin Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürməsini necə qarşıladınız?
- Açığını deyim ki, mən bu haqda iki gün əvvəl mətbuat vasitəsilə xəbər tutmuşam. Guya Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi məsələsini müzakirə ediblər. Əslində bu heç Mehriban xanımın namizədliyinin irəli sürülməsi də deyil. Amma bütün hallarda bu yanlış hərəkətdir və yolverilməzdir. Bu özbaşınalıqdır. Xüsusən də, ölkənin tanınmış insanlarının adı ilə bağlı qərarlar çıxarmaq ciddi nöqsandır. Sizdə bilirsiniz ki, hakim partiya var və bu partiya olduqca güclüdür, hakim siyasi elitanı təmsil edir. Eləcədə hakim partiya ölkənin ictimai-siyasi həyatında müstəsna rol oynayır. Bu partiyanın razılığı olmadan onun sədrinin müavininin namizədliyinin irəli sürülməsi yanlış və anlaşılmazlıqdır. Ancaq konkret olaraq Mehriban xanımın namizədliyinin irəli sürülməsinə gəldikdə deyim ki, ölkənin birinci xanımının gördüyü işlər, fəaliyyəti ortadadır və o bir dövlət xadimi kimi prezidentliyə namizədliyə layiq simadır. Söhbət məsələnin bu aspketdən qiymətləndirilməsindən getmir. Sadəcə olaraq YAP sədri, hazırkı prezident İlham Əliyevinin namizədliyinin irəli sürüldüyü təqdirdə iqtidaryönlü bir partiya olaraq DADP-nin başqa mövqedən çıxması doğru deyil. Çünki biz hələ bir il əvvəl dilə gətirmişik ki, iderimiz İlham Əliyevdir və DADP olaraq onun siyasətini birmənalı dəstəkləyirik. Həm də Məşvərət Məclisinə daxil olan bütün hakimiyyətyönlü partiyaların prinsipial mövqeyi belədir ki, seçkilərdə İlham Əliyev dəstəklənsin. Belə bir məqamda özbaşınalıq nümayiş etdirərək başqa mövqedən çıxış etmək yanlış hərəkətdir. Əlbəttə ki, bu cür addımlar razılaşdırılmış şəkildə və məsləhət əsasında atıla bilər.
- Siz DADP-nin Mehriban Əliyevanın namizədliyini irəli sürməsini özfəaliyyət hesab edirsiniz?
- Təbii. Mən bilmirəm ki, kimlərin nə əlaqəsi var. Amma bütün hallarda mənim mətbuat və internet vasitəsi ilə əldə etdiyim xəbərlər göstərir ki, bu öz fəaliyyətdir və belə şey olmamalıdır.
- Mehriban xanımın razılığı və xəbəri olmadan hansısa partiya onun namizədliyini irəli sürə bilərmi?
- Mən də deyirəm ki, bu səhv yoldur. Bütün hallarda bu baş verəcəksə, cənab prezidentin iradəsi əsasında baş verəcək. Çünki Məşvərət Məclisində təmsil olunan bütün qüvvələr İlham Əliyevin liderliyini qeyri şərtsiz qəbul edirlər. Liderlik qəbul edilirsə, deməli biz cənab İlham Əliyevin iradəsindən sonra kimisə dəstəkləyə və ya namizədliyini irəli sürə bilərik. Bu bizim uzunmüddətli fəaliyyətimizdə əsas istiqamət olub.
- Bu gün DADP-nin özündə vəziyyət nədən ibarədir?
- Mən bir il əvvəl partiya sədrliyinən istefa verdim, səlahiyyətləri müavinim Mirkazım Seyidova verdim. Mirkazım müəlim isə iki ay müddətində partiyada yaranan problemlər, narazılıqlar, baş verən konliktlər səbəbindən çıxıb getdi. Bundan sonra onlar guya təşkilat komitəsi yaradaraq sədr seçdilər. Qısa zaman kəsiyində isə bu partiya yenidən parçalandı. Yəni ortaya yeni bir narazılar qrupu çıxdı və onlarda özlərini DADP olduqlarını bəyan etdilər. Həm də başqa bir şəxsi sədr seçdilər. Yəni bu gün partiyada parçalanma, müəyyən qrupların bir tərəfə yığılması baş verir. Partiyanın üzvü olan ziyalıların isə təşkilatdan kənarlaşması müşahidə olunmaqdadır.
- Mehriban xanımın namizədliyini irəli sürənlər DADP-nin adına iddia edən legitim qrupdur, yoxsa partiyanın parçalanmasından sonra ortaya çıxan tərəf?
- Mən dünən səhər tezdən araşdırmalara başlamışam. Bu qərarı verənlərin legitim DADP olub-olmadığını müəyyən etmək məqsədilə araşdırmalara başlamışam. Partiya daxilində o qrupların kim olması, hansı tərəfin qurultay keçirməsi, rayon təşkilatlarında konfransların olub-olmadığı ilə maraqlanırıq və yaxın zamanlarda bu haqda mövqeyimizi ifadə edəcəyik.
- Bu qərarı verən DADP-nin sədri kimdir?
- Mən bildiyim qədər bu Əlsahib Hüseynovun sədri olduğu DADP-nin qərarıdır.
- Bu şəxs sizin DADP sədri olduğunuz zaman partiya rəhbərliyində təmsil olunubmu?
- Mən sədr olanda bu şəxslərlə yaxınlığım və münasibətim olmayıb. Bu adamlar da mənim sədr olduğum 20 il müddətində partiya rəhbərliyində təmil olunmayıblar. Əgər Ədliyyə Nazirliyi yoxlama aparsa və bu şəxslərin partiya biletlərinə baxsa görər ki, o sənəddə mənim imzam yoxdur. Yəni istəsələr məsələni araşdıra bilərlər. Mən ümumiyyətlə bunların kim olduğunu bilməmişəm. Mən sonralar bu məsələlər haqqında məlumat almışam. Mən siyasətdən getmək haqqında qərar verdim və bundan sonra da sədrlikdən istefa etdim. Ondan sonrada partiyanın həyatı ilə əaqəmi kəsdim.
- Yeri gəlmişkən, siz nədən 20 il sədri olduğunuz DADP-dən istefa verdiniz, sizin istefanız bu məsələlərlə bağlı deyildimi?
- Yox. Mənim partiyadan getməyimin əsas səbəblərindən biri Prezident Administrasiyasında və bəzi dövlət qurumlarında olan insanların mənim şəxsimə və ya partiyaya tənqidi münasibəti ilə bağlı idi. Çünki bələdiyyə və Milli Məclis seçkiləri zamanı mənə və partiyamıza qarşı qərəzli mövqedə duranlar var idi. Bu baxımdan mən düşündüm və fikirləşdim ki, bu insanlarla mübarizəyə başlamalıyam. Bu da başqalarının dərimanına su tökmək kimi nəticələnə və ya qiymətləndirilə bilər. Çünki mən cənab prezidentin apardığı siyasəti birmənalı dəstəkləyitəm, habelə milli lider Heydər Əliyevin fəaliyyətinə dair çoxlu sayda kitabların müəllifiyəm. Mənim işim Heydər Əliyev tərəfindən ortaya qoyulan siyasətin müdafiə olunması ilə bağlı olub. Heç vaxt liderlik iddiasında olmamışam. Həmin dövrlərdə həm də DADP üzərinə bəzi iftiralar atılmağa başladı. Guya DADP kiminsə partiyasədər və ya ikinci iqtidar partiyasıdır. Beləcə mən sədrlikdən istefa verdim.
- Siz sədr olanda belə xəbərlər yayılmışdı ki, DADP Mehriban Əliyevanın nəzarətinə keçib. Bundan az sonrada birinci ledinin namizədliyinin məhz DADP tərəfindən dəstəklənməsi xəbəri ortaya çıxdı. Bunlar bir-birilə bağlı məsələlər deyilmi?
- Qətiyyən bir-birilə bağlı məsələ deyil. Ola bilsin ki, bu da bir dalğadır. Amma birmənalı şəkildə bəyan edirəm ki, mənim fəaliyyətim dövründə belə fikir və mövqe qoyulmayıb. Sadəcə olaraq mən Bakı ətrafı kəndlərdə və regionlarda insanlarla görüşlərim zamanı Heydər Əliyevin keçdiyi ömür yolu, İlham Əliyevin ölkəmizdə gördüyü və gələcəkdə görəcəyi işlər, habelə Mehriban Əliyevanın fondun rəhbəri kimi gördüyü təqdirəlayiq işlər, yetimlərə sahib çıxması haqda fikirlərimi qeyd etmişəm. Bildirmişəm ki, yolumuz haqq yolu-millət yoludur. Bu da özünü rəsulzadəçilərin, elçibəyçilərin, nərimanovçuların və əliyevçilərin yolunda özünü ehtiva edir. Partiyamız qısa müddətdə sürətlə inkişaf etdi. Bunun da subyektiv və obyektiv əbəbləri var. Məsələn, bir səbəb odur ki, 8 il müddətində Məşvərət Məclisinə sədrlik etmişdim. Mənim sağlam düşüncələrə sədaqətli olduğumu sübut etməyə ehtiyac yox idi. Mən də bunu əsas götürərək DADP-ni gücləndirdim. Partiyaya belə bir axının olmasında təsadüfi səbəblər də olub. Məsələn, bir təsadüfi səbəb belə olub ki, 2008-ci ildə DADP-nin konfranslarının birində Laçın alayının sabiq komandiri Arif Paşayevdə iştirak edib. Bundan sonra bəzi qəzetlər yazdılar ki, ağsaqqal və ziyalı Arif Paşayev DADP-nin konfranslarında iştirak edib. Mən nə qədər bəyanatlar versəm, təkziblər haqda çıxış etsəm də, bunun qarşısını tam ala bilmədim. Məsələnin kökü burdadır.
- DADP-nin bu addımı iqtidarı da ciddi narahat edir. Sizdə bu partiyaya 20 il sədrlik etmisiniz. Bəs bu gün sizə kimlərsə zəng açıb baş verənlərlərlə bağlı maraqlanırlarmı?
- Bu gün səhər saatlarından başlayaraq bütün təbəqələrdən mənə zənglər edilib. Mən ad çəkmək istəmirəm. Hakimiyyət təmsilçilərindən də mənə zənglər edilib və baş verənlərlə maraqlanıblar, bunun qaydaya qoyulması haqqında fikirlər səsləndirilib. Mən çox güman ki, təsisçilik səlahiyyətimdən istifadə edərək radikal addımlar atacağam.
- Ancaq DADP-nin icraçı katibi bəyan edib ki, onlar partiyanın əvvəlki sədrini belə DADP sıralarından qovublar...
- Xeyr. Onlar məni nəzərdə tuta bilməzlər. Ola bilsin ki, Fatma Əliyevanı nəzərdə tuturlar.
- Siz hansı addımlar atacaqsınız, bu qərarı verən tərəflə əlaqələriniz varmı, zəng edib narazılığınızı ifadə etmisinizmi?
- Mənim partiya ilə düz bir ildir ki, əlaqəm yoxdur. Amma başqa yol da yoxdur. Bu məsələlərə obyektiv və düzgün qiymət verilməsi üçün müəyyən addımlar atacagam.
- Konkret hansı addımları nəzərdə tutursunuz?
- Mən DADP-də gedən prosesləri tam öyrənib təhlil etdikdən sonra mövqeyimi söyləyə bilərəm.
- Sizə zəng edib deyiblərmi ki, Məmməd müəllim, bu sizin partiyanızdır, gedin problemi yoluna qoyun?
- Bəli,mənə belə fikirlər söylənilib.
- Siz seçkilərdə hansı namizədi müdafiə edəcəksiniz?
- Cənab prezidenti. Bu birmənalıdır.
- Siz cənab prezidenti müdafiə edəcəksiniz, DADP isə Mehriban Əliyevanı?
- Partiyanın qurultayı keçirilməyib. Namizədliyin irəli sürülməsi haqqında qərarı isə ali orqan hesab olunan qurultay verə bilər. Qurultay keçirilmədən namizədin elan edilməsi və irəli sürülməsi doğru deyil. Namizədi ancaq qurultay tədiq edə bilər. Əlbəttə ki, 50-60 nəfər bir araya gələrək qurultayın adından qərar verə bilməzlər. Mənim fikrimcə, ola bilsin ki, bu adamlar o iddiada olmayıblar. Sadəcə olaraq özlərini reklam, xidmətlərini təklif etmək məqsədilə məsələni bu şəkildə qoyublar. Yəni reklam mənasında.
- Siz bu insanlarla əlaqə saxlamısınızmı?
- Mən bu gündən ciddi şəkildə araşdırmalar aparır, informasiyalar alıram. Bütün fikirləri almaq niyyətindəyəm.
- Milli Şura haqqında nə deyə bilərsiniz?
- Hər zaman müxalifətə və müxalif düşüncəli insanlara, sivil və demokratik vətəndaş cəmiyyəti təşkilatlarına ehtiyac var. Dövlət quruculuğunda bu institutlar rol oynaya bilər. Belə qurumların seçki öncəsi olması təbiidir. Amma Azərbaycanı poliqona çevirmək, ölkədə anarxiya yaratmaq yolverilməzdir. Biz ərəb ölkələrində gedən prosesləri görürük. Azərbaycanın uzun illər yaşatdığı müstəqilliyi təhlükə altına qoymağa heç kimin haqqı çatmır. Azərbaycan 1993-cü ildə parçalanma təhlükəsi ilə üz-üzə qalmışdı. Biz bu dövrü yaxşı görmüşük. O zaman Azərbaycan böyük təhlükə ilə üzləşmişdi. Çünki burada marağı olan böyük dövlətlər var. Özü də onlar yaxın qonşularımızdır. Onlar Azərbaycanın güclənməsini, qüdrətli dövlətə çevrilməsini istəmirlər. Hər vəhclə çalışırlar ki, məkirli planlarını həyata keçirsinlər və Azərbaycanda stabillik olmasın, vətəndaş müharibəsi olsun və s. Düşünürəm ki, bu hala qətiyyən imkan vermək olmaz. Müxalifət sadəcə olaraq sivil olmalıdır, namizədllərini irəli sürməli, sivil və demokratik seçkilər keçirilməlidir.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehriban Əliyevanın namizədliyinin ciddiləşməsi nədən xəbər verir?

    Mehriban Əliyevanın namizədliyinin ciddiləşməsi ...

    15-07-2013, 12:20

  • 
  • Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürüldü (VİDEO, Yenilənib)

    Mehriban Əliyevanın prezidentliyə namizədliyi ...

    22-06-2013, 22:53

  • 
  • Deputat: "Mehriban xanımın adından istifadə edirlər"

    Deputat: "Mehriban xanımın adından istifadə ...

    22-06-2013, 22:58

  • 
  • Birinci xanımın namizədliyini irəli sürən partiyada - Qarşıdurma

    Birinci xanımın namizədliyini irəli sürən ...

    25-06-2013, 14:42

  • 
  • Mehriban Əliyevanın namizədliyini irəli sürdü həbs olundu- Partiya sədrinin həbs xəbəri yayıldı

    Mehriban Əliyevanın namizədliyini irəli sürdü ...

    25-07-2013, 12:18


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu