GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Məlahət Babayeva:"Eldəniz Quliyev təşkilatımızın adından sui istifadə edib"-VIDEO

Məlahət Babayeva:"Eldəniz Quliyev təşkilatımızın adından sui istifadə edib"-VIDEO

Tarix: 28-06-2013, 23:22 Bölmə :Müsahibə Baxış: 1 197

Sən Bakı kəndləri adından danışa, bizə ağsaqqallar təyin edə bilməzsən
Məlahət Babayeva: “Eldəniz Quliyev təşkilatımızın adından sui stifadə edərək üç adamını Milli Şuranın tərkibinə daxil edib”
Bakı və Kəndlər Birliyi (BKB) ilə Milli Şura arasında problemlər, qarşıdurmalar və ittihamlar yaşanır. Səbəb isə Milli Şuranın tərkibinə daxil edilən üç şəxsin yanlış olaraq cəmiyyətə BKB üzvü və hətta rəhbəri kimi təqdim olunmasıdır. BKB bu addımı rədd edir və üzvlərinin Milli Şurada təmsil olunmadığını iddia edir. Bu məsələlər ətrafında suallara BKB-nin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayeva cavab verib.
- Bakı və Kəndlər Birliyinin hazırda sədri kimdir, ətraf kəndlərdə fəaliyyətiniz varmı, hansı işləri həyata keçirirsiniz?
- Sədrimiz Hacı Cəbrayıl Əlizadə vəfat edib. Mənim də xəstəliklə bağlı müəyyən problemlər olub. Sədrin vəfatı ilə əlaqədar təşkilatda fəaliyyət bir qədər səngimişdi. Hazırda biz konfransa hazırlaşırıq və fəaliyyətimizi aktivləşdirmək niyyətindəyik. Guya Məşədi Vaqif və Hacı Əmrulla adlı şəxs qurultay keçiriblər, sədr seçiblər və s. Ancaq mən təşkilatın MTK-nın sədri olaraq bu qurultayda iştirak etməmişəm. Onların addımı qeyri ciddidir. Hətta Məşədi Vaqif mənə zəng edib bildirdi ki, gəlin, sizi İctimai Palataya seçək, səs çoxluğu biz tərəfdədir və s. Məndə getmədim.
- Siz BKB olaraq sədr seçəcəksinizmi?
- Əlbəttə. Biz hazırda konfransa hazırlaşırıq.
- Sədr kim ola bilər?
- Mən indidən konkret ad çəkə bilmərəm. Konfransda kim sədr seçilsə həmin şəxs də təşkilatımıza rəhbərlik edəcək.
- BKB-nin qərargahı, daimi fəaliyyət göstərdiyi yer varmı?
- Biz sədr seçkilərini keçirək. Bundan sonra çalışıb hər şeyi yoluna qoyacağıq.
- Siz müxalifət düşərgəsində olan şəxsləri ciddi ittiham edirsiniz. Bəs hakimiyyətə münasibətiniz necədir?
- Məlahət Babayeva olaraq mən hakimiyyəti müdafiə etmirəm və heç vaxtda etməmişəm. Siz ola bilsin ki, BKB-nin hakimiyyətə münasibətdə loyal olduğunu düşünürsünüz. Amma bir müxalifət partiyasından fərqli olaraq bütün partiyaların rəhbərliyi bu və ya digər dərəcədə hakimiyyətlə bağlıdır. Bu məsələdə yalnız bir partiya istisnadır.
- Siz 2013-cü il prezident seçkilərində hakimiyyətin namizədini dəstəkləyəcəksiniz?
- Mən BKB-nin adından danışa bilmərəm. Çünki bununla bağlı təşkilatın qərarı yoxdur. Əgər hakimiyyəti dəstəkləmək qərarı çıxarılsa mən buna etiraz edəcəyəm. Mənim fərdi mövqeyim belədir ki, hakimiyyətin namizədini dəstəkləməməliyik. Siz indiyə qədər bir yerdə mənim iqtidarı müdafiə etməyim haqqında söz tapa bilməzsiniz. Mənim yeganə liderim və öndərim böyük Məmməd Əmin Rəsulzadədir.
- Bu halda keçək konkret məsələyə. Sizin Milli Şura ilə bağlı nə probleminiz var?
- Milli Şura ilə bağlı problemim yoxdur. Bu qurumla nə fərdi, nə də Bakı və Kəndlər Birliyi olaraq əlaqəmiz də yoxdur. Sadəcə olaraq BKB adından bir neçə şəxsi Milli Şuranın tərkibinə daxil ediblər. Biz də təşkilatın rəhbərliyi ilə razılaşdırmayıb. Biz xəbərimiz olmadan, bizimlə məsləətləşilmədən insanların Milli Şuraya salınmasını pisləyirik, bunun yolverilməz olduğunu qeyd edirik. Həm də elan edirik ki, bu qeyri qanuni addımdır. Onu da deyim ki, BKB adından kimlərinsə Milli Şuraya daxil edilməsi Eldəniz Quliyevin özfəaliyyətidir. Milli Şuraya daxil etdikləri bu insanları bəzən BKB-nin rəhbərləri kimi təqdim edirlər. Təsəvvür edin ki, bəzən bu insanları Bakı kəndlərinin ağsaqqalı kimi də cəmiyyətə sırımağa cəhd göstərirlər. Mən BKB-nin Nəzarət Təftiş Komissiyasının sədri, Bakı elitasının təmsil olunduğu “Beynəlxalq Xəzər Fondunun” üzvü olaraq bu hala etiraz edirəm. Bakının adından bu adamlar necə danışa bilər?
- BKB-nin adından kimlər Milli Şuraya daxil edilib?
- Məşədi Vaqif, Hacı Əmrulla və İlqar Abbasov. Bunlar kimdir və BKB-ni necə təmsil edə bilərlər?
- Bu üç nəfər sizin təşkilatın üzvü deyil?
- İlqar Abbasov sıravi üzvümüzdür. BKB-nin yüzlərlə üzvü var və İlqar Abbasovda onlardan biridir. İkincisi, mən 1994-cü ildən BKB-də fəaliyyət göstərirəm. Məşədi Vaqifi də o zamandan bu yana bir dəfə də olsun təşkilatımızda görmürəm. Hacı Əmrullanın isə BKB-dən qovulub. Yəni bu adamlar 20 ildir ki, BKB-də görünməyib. İndi onları BKB-nin adından necə Milli Şuraya daxil edə bilərlər? Digər tərəfdən, Məşədi Vaqifi və ya Hacı Əmrullanı AXCP-nin adından Milli Şuraya daxil edirlərsə özləri bilərlər. Habelə Nardaran adından salırlarsa, yenə də özləri bilər. Görürsünüz ki, mən Milli Şuranın üzvü Məşədi Natiqlə bağlı bir söz demirəm. Əgər Nardaran ağsaqqalları onu irəli verirsə bu ayrı məsələ.
- Daha çox Eldəniz Quliyevi ittiham edirsiniz. Onun günahı nədir?
- Eldəniz Quliyev heç zaman bir insanla yolu sona qədər gedə bilmir. O, əvvəl AMAL Ziyalı Hərəkatının üzvü idi. Sonra Ziyalılar Hərəkatı yaratdı. Ancaq ətrafına ziyalı toplaya bilmədi. Bakının çox dəyərli və məşhur ziyalılar var. Teyyub Qurban, Qorxmaz Quliyev və digərləri bəyanat verdilər və beləliklə də Eldəniz Quliyev haqqında mətbuatda mənfi tonlu informasiyalar getdi. Bu adam heç vaxt sona qədər salamat fəaliyyət göstərə bilmir. Yaratdığı ziyalılar qurumunda da ancaq özü təmsil olunur. Özü bir insan kimi kollektivlə işləyə bilmir. Hələ durub BKB-ni ittiham edir, deyir ki, bu təşkilat fəaliyyət göstərmir və s. Eldəniz Quliyev, əvvəla BKB-nin necə fəaliyyət göstərməsi bizim şəxsi işimizdir. Sən get sədri olduğun qurumun necə fəaliyyət göstərdiyinin qeydinə qal. Mən düz bir həftədir ki, sənin ofisinin qarşısından keçib gedirəm. Amma sənin qərargahına ümumiyyətlə girib-çıxan yoxdur. Bunun dərdini çək. Hələ məni də ittiham edir ki, ağsaqqallar adından Məlahət Babayeva danışırsa, daha mənim heç bir sözüm yoxdur. Birincisi, mən BKB-nina dından danışıram, çünki bu təşkilatın rəhbərliyində təmsil olunuram. İkincisi, mənim BKB-də rəhbər postlardan birini götürməyimi konfransda Hacı Cəbrayıl Əlizadə şəxsən xahiş edib. Üçüncüsü, Novxanı, Nardaran, Maştağa və digər kəndlərin nüfuzlu ağsaqqalları mənə səs veriblər. Və nəhayət Bakı ziyalılarının “Beynəlxalq Xəzər Fondu” adlı təşkilatı var. Mənim bu fonda üzv olmağım üçün ziyalılar, alimlər, akademiklər səs veriblər. Daha Eldəniz Quliyev kimi gedib belə insanlardan xahiş etməmişəm ki, məni bu quruma seçin və dəstək verin. Sənin gedib yalvardığın bu insanlar məndən xahiş ediblər ki, fondun İdarə Heyətinə seçilməyimə razılıq verim. Mən səndən fərqli olaraq heç yerə soxulmamışam. Mənim BKB-nin adından danışmağıma “sözüm yoxdur” deyirsən. Əgər mən belə pisəmsə, nədən hər dəfə ofisinin qarşısından keçərkən məni çay içməyə, söhbətləşməyə dəvət edirsən? Yanında bir Xoşqədəm Cəbrayıloğlu var idi, artıq o da yanında deyil. Axı sən kimsən ki, Bakı adından ağsaqqal təyin edirsən? Bakılılar nə zaman yığılıb bu insanları özlərinə ağsaqqal təyin ediblər, öz adlarından danışmağa səlahiyyət veriblər? Bakıdan 500-dən çox akademik çıxıb. Milli Elmlər Akademiyasının üç prezidenti köklü bakılı olub. Bura Kərim Kərimovun, Tahir Salahovun, Qara Qarayevin, Ziya Bünyadovun, Tofiq Quliyevin, Sara Aşurbəylinin, Cahangir Cahangirovun torpağıdır. Axı sən kimsən və hansı məntiqlə bu insanlara Bakı və onun kəndləri adından danışmağa səlahiyyət verirsən?. Bu nə biabırçılıqdır, xəstəlikdir. Təkcə Əmircan kəndindən 5 akademik, 17 professor, 121 elmlər namizədi çıxıb. Sən bizim adımızdan danışa bilməzsən və kiminsə də bizim adımızdan danışması üçün əsas ola bilməzsən.
- Eldəniz Quliyevin məqsədi nədir ki siz deyənləri etsin?
- Sadəcə olaraq özünə yaxın adamları bu yolla Milli Şuraya daxil edir ki, orada güclənsin. Eldənz Quliyev Hacı Cəbrayıl Əlizadənin adını tutur və deyir ki, mənim onunla, eləcədə BKB-nin rəhbərliyi ilə yaxın münasibətim olub. Eldəniz Quliyev sənin kimlərlə yaxın münasibətin olub? Sən BKB-yə gələndə özünü Bilgəhli kimi təqdim edirdin. İnsan heç vaxt yerini danmaz, çünki yer insani deyil, insan yerini bəzəyir. Deyirsən ki, Hacı Cəbrayılın mənə münasibəti mənfi olub. Vəfat edən haqqında danışmaq əsassız bir şeydir. Bacarırsansa diri haqda danış. Mən iki gün əvvəl Hacı Cəbrayıl Əlizadənin evində olmuşam. Onun yeganə oğlu Nadir Əlizadə mənə səlahiyyət verdi deyim ki, Eldəniz Quliyev yalan danışır. Sən kimsən ki, Hacı Cəbrayıl haqqında danışasan? Hələ deyir ki, mənim Hacı Cəbrayılla yaxın münasibətim olub... Sənin münasibətin mövsümü xarakter daşıyırdı. Hacı Cəbrayıl həbs ediləndə, Nardaranda hadisələr baş verəndə sən harada idin? Mən qadınlığımla 4-5 kişi ilə yağışın altında dururdum, məhkəmə prosesini gözləyirdim. İkincisi, mən BKB-nin səlahiyyətli nümayəndəsiyəm. Mən Bakının kəndində anadan olmuşam. Hələ mən kampaniyaya başlamamışam. Belə davam etsə mən Bakının elitasına müraciət edəcəyəm. Sən kimsən ki, Bakı kəndləri adından danışasan, bizə ağsaqqallar təyin edəsən. Biz bəyanat vermişik. Bir daha qeyd edirik ki, yuxarıda adı çəkilən üç şəxsi Milli Şura üzvlüyünə təqdim etməmişik və belə bir niyyətimiz yoxdur. Biz özümüz öz ağsaqqallarımızı seçirik.
- Siz Milli Şuranı dəstəkləmirsiniz?
- Mən bu haqda bir söz deyə bilmərəm. Sadəcə olaraq bu haqda təklif gəlməyib. Sadəcə olaraq biz təşkilat adından heç hara soxulmuruq. Əgər bizə hansısa təkliflər daxil olsa bunu müzakirə edib qərar qəbul edərik. İndilikdə biz Eldəniz Quliyevin hərəkətlərinə etiraz edirik. Bunlar hakimiyyətə hazırlaşırlar, Rüstəm İbrahimbəyovu vahid namizəd seçirlər. Eldəniz Quliyevdə deyir ki, bəs Rüstəm müəllimə söyləyib ki, Milli Şuraya BKB-nin rəhbərliyi də daxil olur və s. Hələ heç hakimiyyət yoxdur amma bunlar Rüstəmi aldadırlar. Bəs hakimiyyətə gəlsələr nə olacaq...
- Milli Şuradan sizə qarşı təhqiramiz addım olubmu?
- Xeyr. Mən Eldar Namazovla telefonla danışmışam, ona kəskin etirazımızı bildirmişəm. Yaxın gülərdə BKB-nin bəyanatı ilə onlara rəsmi müraciət təqdim edəcəyəm. Eldəniz Quliyevin mənim haqqımda, mənəviyyatımla bağlı danışmağa haqqı yoxdur. İkincisi, biz qeyd edirik ki, Milli Şurada BKB-nin adından əyləşdirənlərin bizə aidiyyəti yoxdur. Bunu kimlərsə edib ki, Milli Şurada qüvvəsini çoxaltsın. Hələ utanmadan deyir ki, guya mən Əli Kərimliyə və İsa Qəmbərə çamur atıram. Mən İsa Qəmbər və Əli Kərimlinin təşkilatı haqqında danışmaq istəsəm o qədər söz taparam ki, heç çamur atmağa ehtiyac qalmaz. İkincisi də, sən özünə baxma, mən əlimi çamura bulamıram. Həmdə təmiz adama çamur heç vaxt yapışmaz. Sən Eldəniz Quliyev başdan-ayağa çamurun içindəsən. Mən hər şeyi bir kənara qoyuram. “Azadlıq” qəzetində iki dəfə, “Yeni Müsavatda” isə dəfələrlə Bakı kəndləri haqqında gedən yazıları və mənim bu yazılara cavablarımı insanlara göstərsəm məni tanımayanlar da tanıyarlar. Bizdə hörmətli kişilər yemirlər. “Azadlıq” qəzetində biz iki dəfə təhqir edildik. “Yeni Müsavat” da isə silsilə yazılar getdi, hətta iddia olundu ki, Bakıda milli mədəniyyət olmayıb. Bəs onda Bakı kəndlərinin ağsaqqalları adına iddia edən Məşədi Vaqif və Hacı Əmrulla niyə önə çıxıb bunlara cavab vermədilər. Biz hesab edirik ki, “Azadlıq” qəzetində ilk belə yazı gedəndə Əli Kərimli ikinci bir yazının getməsinə imkan verməməli idi. Amma təəssüf ki, bu baş vermədi.
- Siz Milli Şuranın perspektivinə inanırsınızmı?
- Belə tərkibdə olsa yox. Mən Milli Şuranın tərkibini məqbul saymıram. Orada təsadüfi insanlar çoxdur və onlar siyasət adamı deyillər, cəmiyyətdə tanınmırlar, arxalarında real qüvvə yoxdur. Milli Şuranın əsas güc mənbəyi AXCP, Müsavat və KXCP-dir. “El” Hərəkatı mövcud deyil. Eldəniz Quliyevin Ziyalılar Hərəkatı isə ancaq sədrdən ibarətdir. Bu qədər insanların ora toplanması, çoxlu sayda komissiyaların yaradılması onlara çevik fəaliyyət göstərməyə imkan vermir.
- BKB Milli Şuranın namizədini dəstəkləyə bilərmi?
- Bizə bu haqda müraciət daxil olmayıb. Biz BKB olaraq daxil olan təklifləri müzakirə edə bilərik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP-dan Milli Şuranın dialoq çağırışına cavab verildi

    YAP-dan Milli Şuranın dialoq çağırışına cavab ...

    27-06-2013, 14:56

  • 
  • “Gərək, Milli Şura partiyaların diktəsi altında olmasın”

    “Gərək, Milli Şura partiyaların diktəsi altında ...

    6-11-2013, 13:26

  • 
  • Eldəniz Quliyev: “Bəlkə Müsavat getsə, Milli Şura daha sağlam olar”

    Eldəniz Quliyev: “Bəlkə Müsavat getsə, Milli Şura ...

    28-12-2013, 17:35

  • 
  • Rəsul Quliyev Milli Şuranı TƏKZİB etdi

    Rəsul Quliyev Milli Şuranı TƏKZİB etdi ...

    25-06-2013, 18:39

  • 
  • Milli Şuranın Koordinasiya Mərkəzi toplanır

    Milli Şuranın Koordinasiya Mərkəzi toplanır ...

    3-09-2014, 12:13


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu