"Bütün məsuliyyət keçmiş rəhbər Vado Korovinin üzərinə düşür".
Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın yaratdığı "Space TV"-də korrupsiya qalmaqalı davam edir.
Keçmiş televiziya rəhbəri Vado Korovinin rəhbərliyi ərəfəsində “Xalq Bank”dan götürülmüş kredit qaytarılmayıb.
Bakı Kommersiya Məhkəməsi “Space TV”nin bank hesablarına həbs qoyub. Bankdan bildirilib ki, “Space TV”nin kredit öhdəliklərini vaxtında yerinə yetirməməsi nəticəsində ümumilikdə 140 min 313,06 ABŞ dolları borc yaranıb.
Kanalın hazırkı rəhbərliyi açıqlama yayaraq, əvvəki rəhbərliyi - Vado Korovini ittiham edir:
"Keçmiş baş direktor Vado Korovin və o vaxtkı icraçı direktor, Vadonun kürəkəni Nəriman Abduləliyev uzun illər formalaşmış televiziya idarəetmə prinsiplərindən uzaq bir idarəçilik modeli tətbiq etmiş, nəticədə kanal sistemli şəkildə zəiflədilmiş, peşəkar media qurumu kimi inkişaf etdirilmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmə yanaşmasının təsiri altında fəaliyyət göstərmişdir".
Kanal qeyd edir ki, Vado Korovinin idarəçiliyi nəticəsində maliyyə intizamı pozulub, kanalın strateji inkişaf zəifləyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?