GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar

Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının təmirinə xərclənən pullar və reallıqlar

Tarix: 27-07-2026, 22:43 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 11


Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri üzrə 05.05.2026-cı ildə başlanılmış açıq tender müsabiqəsinə 24.07.2026-cı ildə yekun vurulmuşdir. Müsabiqənin qalibi “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilmiş və tərəflər arasında 1.158.918,36 manat dəyərində satınalma müaviləsinin bağlanılması gözlənilir.

Qeyd edək ki, bu Xaçmaz rayon İcra Hakimiyyəti ilə “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” MMC arasında bağlanılan ilk müqavilə deyil. Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri üzrə 1.357.008,44 manat dəyərində bir müqavilə də tərəflər arasında 2025-ci ildə bağlanılıb. Məlumat satınalmaların portalında 23.05.2025-ci ildə dərc edilib.

Göründüyü kimi Xaçmaz rayon İcra Hakimiyyəti bir il ərzində Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmirinə görə “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ” MMC ilə ümumi dəyəri 2 515 926 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə əlavə məlumata rast gəlinmir.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MÜHƏNDİS YOL TƏMİR TİKİNTİ”  (VÖEN: 1600226981) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 14.12.2001-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 658 020 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLAĞA KÜRÇAYLI, ev.7, m.45,qanuni təmsilçisinin isə Səfərov Rafiq İbrahim oğlu olduğu qeyd edilib.

MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əhmədov Azad Akif oğlu olub. Məmmədov Çingiz Məsim oğlu, Hacıyev Vüqar İsgəndər oğlu, Namazov Yenisey Eldar oğlu, Qasımlı Nicat Arif oğlu müxtəlif vaxtlarda MMC-yə rəhbərlik ediblər.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin 21.11.2024-cü ildə təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması işləri üzrə lisenziya aldığı göstərilir.

Göründüyü kimi İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində avtomobil yollarının çəkilişi və əsaslı təmiri üzrə MMC-nin lisenziyası barədə məlumat yoxdu.

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə uyğunluq göstəricilərinə dair tələblərə cavab vermədiklərinə görə “Mühəndis Yol Təmir Tikinti” və  “İS.M.M.” MMC 2025-ci ilin dekabrında  “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1-ci (35.1.1. təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;) maddəsinə əsasən satınalmadan kənarlaşdırılmışdır.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Xaçmaz rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri üzrə 28.10.2024-cü ildə “İS.M.M.” MMC ilə 1.351.385,25 manat dəyərində müqavilə bağlayıb.

Medianın 20.08.2024-cü ildə yaydığı məlumata görə “Mühəndis Yol Təmir Tikinti” Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə yazılıb.MMC barədə İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Qeyd edək ki, İXM-nin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

Göründüyü kimi, Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmirinə son üç il ərzində 3 milyon 9 yüz min manat civarında dövlət vəsaiti ayrılıb. Amma bu gün istər Xaçmaz, istərsə də Xudat şəhərlərində mərkəzi küçələrdən başqa avtomobil yollarının bərbad halda olması barədə sosial şəbəkələrdə kifayət qədər geniş məlumatlar yayılmaqdadır. Görsənən odur ki, Xaçmaz rayon İcra Hakimiyyətinin avtomobil yollarının təmirinə ayırdığı dövlət vəsaitləri asfalta yox, uyğunluq göstəricilərinə dair tələblərə cavab verməyən şirkətlər vasitəsi ilə başqa istiqamətlərə yönləndirilir. Yollardakı real vəziyyət də bunu deyir.

Qeyd edək ki, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, 2019-cu ildən bu vəzifədə çalışır. Daha əvvəl Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. 19 avqust 2013-cü il tarixdən 3 dekabr 2015-ci il tarixədək Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin direktoru vəzifəsində çalışıb. 3 dekabr 2015-ci il tarixdən 31 oktyabr 2019-cu il tarixədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Yüksək çinli bir dövlət məmurunun yaxın qohumu olması barədə də qeyri rəsmi məlumatlar var./Aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... - FAKT

    Xaçmazın TƏZƏ BAŞÇISI DA KÖHNƏ ÜSULLA İŞLƏYİR... ...

    4-05-2020, 22:19

  • 
  • Kirayəşin ev sahibini bıçaqladı- Xudatda

    Kirayəşin ev sahibini bıçaqladı- Xudatda ...

    3-02-2014, 10:18

  • 
  • 34 yaşlı ana özünü asdı

    34 yaşlı ana özünü asdı ...

    30-11-2014, 12:34

  • 
  • Alimpaşanın ölənlərinə RƏHMƏT OXUTDURUR... - YEYİNTİ İTTİHAMI...

    Alimpaşanın ölənlərinə RƏHMƏT OXUTDURUR... - ...

    22-11-2023, 22:05

  • 
  • Avtomobil 56 yaşlı kişini vurub

    Avtomobil 56 yaşlı kişini vurub ...

    6-02-2017, 23:38


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu