GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi

Zaur Mikayılovun apardığı islahatlar Mafizət Cəfərovdan niyə yan keçdi

Tarix: 28-07-2026, 21:00 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 11
zaur-mafizet

Dövrü mətbuatda yayılan məlumatlara görə vaxtı ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti kimi tanınan,  hazırda isə “Regional Su Meliorasiya Xidməti”  kimi fəaliyyətini davam etdirən qurumda bir sıra struktur dəyişikliyi olmasına baxmayaraq qurumun sabiq sədri Əhməd Əhmədzadənin toxunulmazlıq statusu verdiyi bir çox şəxslər hələ də vəzifələrinin başındadı. Hansı ki, hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri olan Zaur Mikayılov artıq klanlaşmış belə kadrları yerindən tərpətməyə aciz qalıb. Onların bəziləri hazırda sədrin müavini vəzifəsini daşıyanların qohumları, yaxınlarıdı. Bəziləri isə dövlət vəsaitlərinin talan edilməsi hesabına var-dövlət, güc sahibi olmuşlardı.

Onlardan bir çoxu uzun illər Ə.Əhmədzadənin müavini olmuş Zakir Quliyevin qohumları, bəziləri da onun himayəsi ilə vəzifədə qalanlardır. Zakir Quliyevə yaxınlığı ilə tanınanlar biri də, uzun illər bu sahədə vəzifə tutmuş Mafizət Cəfərovdur.

Mafizət Cəfərov uzun illər Qobustan qəsəbəsi ərazisində yerləşən Pirsaat Qış Otlaqları Su Təminatı Sistemlərinin İstismarı İdarəsinə rəhbərlik edib. 2021-ci ilin oktyabrından 2024-cü ilin sentyabr ayına qədər Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi olub. Bundan sonra Mafizət Cəfərov Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi təyin edilib.

Zakir Quliyevin himayəsi ilə vəzifədən vəzifəyə keçən Mafizət Cəfərov Hacıqabul,  Şirvan şəhərində və ətraf rayonlarda hamının yaxşı tanıdığı bir oliqarxa çevrilib. Yəni Şirvan-Salyan zonası onun nəzarət dairəsindədir. Vaxtılə gözdən uzaq Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinə rəhbərlik etdikdə fermerləri susuz qoyub özünə aid yüzlərlə hektar torpaqlardan əldə etdiyi gəlirlər hesabına milyonlar qazanan Mafizət Cəfərov indi də Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsində istədiyini edir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov da onun bütün əməllərinə göz yumur.

Qeyd edək ki,Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan şəhərində yerləşir. Böyük işçi qüvvəsi olan İdarənin balansında həm də xeyli xüsusi təyinatlı texnika var.İdarənin saxlanılması üçün dövlət büdcəsindən hər il milyonlarla manat dövlət vəsaiti ayrılır.

Aktualinfo.net rəsmi mənbələrdən bununla bağlı bəzi maraqlı məlumatlar toplaya bilib. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi hər il nasos stansiyalarında və digər qurğularda quraşdırılmış avadanlıqların təmiri işləri üçün tikinti materiallarının, nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin, nasos stansiyalarında, subartezian quyularında və digər qurğularda quraşdırılmış avadanlıqların cari təmiri işləri üçün mal-materialların, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin, maşın – mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin, hidromexaniki avadanlıqlar üçün ehtiyyat hissələrinin, yağ-sürtkü mallarının təmir tikinti işləri üçün tikinti materiallarının satın alınması üzrə dəyəri yüzminlərlə manat olan tenderlər keçirir.

Mafizət Cəfərovun Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi vəzifəsinə keçdikdən sonra bağladığı müqavilələr araşdırılarsa bir şox şübhələrə aydınlıq gələr.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi maşın mexanizmlər və Torpaqqazan üçün ehtiyyat hissələrinin satın alınması üzrə “ALİYEV MOTORS COMPANY” MMC ilə 54.886,52 manat dəyərində müqavilə bağlamağı planlaşdırır. Satınalmalaır portalına yerləşdirlimiş məlumata görə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi 2025-ci ilin iyul ayında Maşın – mexanizmlər və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 51.802 manat dəyərində “ALİYEV MOTORS COMPANY” ilə, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə 23.385,2 manat dəyərində fiziki şəxs Şamo Əlişiraz oğlu Qurbanovla bağlayıb.

Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi 28.07.2025-ci ildə nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə “A+H TƏMİR TİKİNTİ” MMC ilə 91.074,17 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, Mafizət Cəfərov Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsin rəisi keçdikdən cəmi bir ay sonra “A+H TƏMİR TİKİNTİ” MMC ilə Torpaq qazan mexanizmlərin (ekskovator, buldozer) və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satın alınması üzrə 76.947,8, təmir tikinti işləri üçün tikinti materiallarının satın alınması üzrə 56.752,1, nasos stansiyalarında elektrotexniki avadanlıqlar üçün mal-materialların satın alınması üzrə 20.000 manat dəyərində üç müqavilə bağlamışdır.

Qeyd edək ki, Mafizət Cəfərov bu şirkətlə Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi olduğu dövrdə də işbirliyində olub.

Bundan əlavə Mafizət Cəfərov Hitachi Zx210 ekskovatorunun əsaslı təmiri üzrə xidmətlərin satın alınması üzrə 25.11.2024-cü ildə “AVTO TEXNİKA DETALİNG” MMC ilə 63.720 manat dəyərində müqavilə bağlayıb. Bir ədəd ekskovatorun təmirinə ayrılan bu vəsaitin şişirdildiyi açıq aydın görsənir.

Hidromexaniki avadanlıqlar üçün ehtiyyat hissələrinin satın alınması üzrə “KM SERVİCES” MMC ilə bağlanmış 85.757,99 manat dəyərində müqavilənin də arxasında şübhəli məqamlar çoxdur.

Belə ki, bir qayda olaraq idarədə ehtiyyat hissələri texnikaları işlədən sürücülərin özlərinə tapşırılır. (Bu qayda keçmiş “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-də  hazırda isə “Regional Su Meliorasiya Xidməti”ndə uzun illərdir yazılmamış qanundur)  Çünki, idarənin rəisi Mafizət Cəfərov onlara gün ərzində muzdlu işlərdə çalışmağa şərait yaradır. Odur ki, nəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınması üzrə keçirilən tenderin formal olduğu, hər şeyin sadəcə kağız üzərində aparıldığı buradan bəlli olur. Bunun üçün elan vermək, tender keçirmək formal xarakter daşıyır.

Qeyd edək ki, Hesablama Palatası tərəfindən 2025-ci ildə açıqlanmış  bülleteninin 2024-cü il üzrə dördüncü nömrəsində bəzi dövlət qurumlarında keçirilmiş auditin nəticələrini açıqlayıb. Bu qurumlardan biri də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan müəsisələrlə bağlıdır. “Sabirabad və Salyan rayonlarında qış otlaqlarında suvarma və drenaj obyektlərinin tikintisi” layihəsi çərçivəsində ayrılmış 27,8 milyon manatlıq vəsaitin yalnız bir hissəsi üzrə effektiv nəticələr əldə olunub-məlumatda bildirilir.

Maraqlıdır, Hesablama Palatası və digər təfdiş orqanları 30 ildən çoxdur meliorasiya və su təsərrüfatı sistemində çalışmış, bir növ bu sahədə toxunulmazlıq statusu almış Mafizət Cəfərov əvvəlki işlərini demirik, elə Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsində də yoxlama aparsa daha nə kimi nöqsanlar üzə çıxara bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, Mafizət Cəfərov meliorasiya və su təsərrüfatı sistemində gəlmiş -getmiş bir çox rəislər arasında xüsusilə fərqlənən şəxsdir. Onu Şirvan şəhərində və ətraf rayonlarda bir oliqarx kimi tanıyırlar. Bu rayonlarda fermer təsərrüfatları, fermaları, ət kəsimi mağazaları, restoranları var. Bakı şəhərində isə bəlkə də ünvanlarını unutduğu saysız hesabsız evləri var. Bütün bunlara isə təbii ki, vəzifə başında oturduğu idarələrdən əldə etdiyi gəlirlər hesabına sahib olub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri olan Zaur Mikayılov da müavini Zakir Quliyevin bu kadrına gözün ütündə qaşın var demir.

Qeyd edək ki, məqalədə göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə iki həftə əvvəl Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin elektron poçtuna ünvanladığımız məktuba cavab gəlmədi. İdarənin baş mühasibi, Satınalma Komissiyasının üzvü Zalış Bünyatovla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Baş mühasib işləməyən telefonu satınalmalarda əlaqələndirici şəxs kimi təqdim edir. Mafizət Cəfərov isə tender adı eşidəndə sözümüzü kəsərək qışqır-bağır salıb telefonu söndürdü. Buna baxmayaraq qarşı tərəf kimi mövqelərini dərc etməyə hazırıq./Aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Regional Su Meliorasiya Xidməti rəisinin milyonluq mülkləri – ADSEA və “PDL” MMC-nın hoqqaları

    Regional Su Meliorasiya Xidməti rəisinin ...

    28-01-2026, 21:17

  • 
  • Əhməd Əhmədzadənin müavini Arazı özəlləşdirib

    Əhməd Əhmədzadənin müavini Arazı özəlləşdirib ...

    15-03-2013, 10:43

  • 
  • Zakir Quliyevin sayəsində Elman Nuriyev daha nə kimi adlar alacaq? - İTTİHAM

    Zakir Quliyevin sayəsində Elman Nuriyev daha nə ...

    8-06-2020, 15:25

  • 
  • Daha çox şanslı görünən namizədlər... - "SU DA EHTİYATLI ÜZƏN" KİM OLACAQ?

    Daha çox şanslı görünən namizədlər... - "SU ...

    19-12-2023, 10:22

  • 
  • Əhmədzadənin “pulyığma” səlahiyyəti Heydərova verildi

    Əhmədzadənin “pulyığma” səlahiyyəti Heydərova ...

    11-10-2013, 15:36


Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

İyul 2026 (472)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu