Gundemxeber.az » Ölkə » İkinci Dünya müharibəsindən qalan 16 min pulemyot satılır – XX əsrin sonlarına kimi istifadə olunurdu
İtaliya hərbçiləri onilliklərdir dövlət anbarlarında saxlanılan 16 mindən çox tarixi Beretta MAB tapança-pulemyotunu satışa çıxarıb.
Satışa təqdim edilən silahların böyük hissəsini İkinci Dünya müharibəsi dövründə məşhurlaşan 1938-ci il modelinin müxtəlif versiyaları təşkil edir. Bu silahlar ixtisaslaşmış müdafiə şirkətləri, kolleksiyaçılar və müəyyən şərtlər daxilində beynəlxalq alıcılar üçün nəzərdə tutulub.
Beretta şirkətinin əfsanəvi baş mühəndisi Tullio Marengoni tərəfindən hazırlanan MAB seriyası ilk dəfə 1938-ci ildə silahlanmaya qəbul edilib. İkinci Dünya müharibəsi zamanı bu silah etibarlılığı, dəqiqliyi və idarəolunmasının rahatlığı ilə şöhrət qazanıb. Ondan xüsusilə elit İtaliya desantçıları və təhlükəsizlik qüvvələri geniş istifadə ediblər.
MAB-ın maraqlı xüsusiyyətlərindən biri iki tətiyə malik olmasıdır. Tətiklərdən biri tək-tək, digəri isə avtomatik atəş açmaq üçün nəzərdə tutulub.
Müharibədən sonra istehsal olunan müxtəlif MAB versiyaları da uzun müddət xidmətdə qalıb. Onlardan İtaliya polisi, hərbi polisi və silahlı qüvvələri XX əsrin sonlarına qədər istifadə edib. Daha sonra bu silahlar müasir modellərlə əvəzlənərək anbarlara göndərilib.
Hazırda satışa çıxarılan silahlar hərbi təyinatlı avtomatik odlu silahlar olduğundan mövcud vəziyyətdə birbaşa mülki şəxslərə satıla bilməz. Kolleksiyaçılar və muzeylər üçün nəzərdə tutulan nümunələrin atəş mexanizmləri birdəfəlik sıradan çıxarılmalı və onlar yalnız tarixi eksponat kimi saxlanılmalıdır.
Lisenziyalı qurumlar və səlahiyyətli xarici alıcılarla bağlı isə silahların statusu müvafiq ixrac və silah dövriyyəsi qaydalarından asılı olacaq.
İtaliya bu nəhəng tarixi silah ehtiyatını satmaqla həm dövlət anbarlarında yer boşaltmağı, həm də uzun illər saxlanılan hərbi ehtiyatları gəlir mənbəyinə çevirməyi planlaşdırır. Dünyanın müxtəlif ölkələrindən kolleksiyaçıların və hərb tarixi ilə məşğul olan qurumların bu silahlara böyük maraq göstərdiyi bildirilir./musavat.com
21-04-2018, 12:15
19-04-2022, 15:17
1-09-2018, 20:07
9-07-2017, 16:22
22-11-2013, 12:49
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?