GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azərsun”un sığındığı professor və mənimsənilən kapital: “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat

“Azərsun”un sığındığı professor və mənimsənilən kapital: “Daşlı Bulaq” suyundakı 20 min manatlıq şübhəli əməliyyat

Tarix: 3-08-2026, 19:33 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 239


Azərbaycanın market rəflərində 2023-cü ildən boy göstərən “Daşlı Bulaq” təbii minerallı süfrə suyu “Azərsun Holdinq” tərəfindən böyük iddia ilə satışa çıxarılıb. Gədəbəyin 2450 metr yüksəkliyindəki dağ zirvəsindən 18 kilometrlik xüsusi borularla çəkildiyi vurğulanan bu su “Daşlı Bulaq – A” MMC tərəfindən qablaşdırılır. Lakin min bir təriflə reklam edilən bu brendin arxasında dəhşətli bir aldatma, mənimsəmə və şərik haqqına girmə hekayəsi dayanır.

İstehsalı başlayan iş adamı necə oyundan kənarlaşdırıldı?

Gundemxeber.org-a müraciət edən iş adamı Elxan Qəmbərovun təqdim etdiyi faktlar məsələnin qaranlıq tərəflərinə işıq tutur. Məlum olur ki, hələ pandemiyadan əvvəl suyun faktiki sahibi kimi tanınan professor Abdulla Abdullayevlə iş adamı arasında razılıq əldə olunub. Suyun istehsalı üçün tələb olunan ilkin kapitalı məhz Elxan Qəmbərov yatırıb. Gigiyenik sertifikatların alınmasından tutmuş, dövlət qurumlarının rəsmi icazələrinə qədər bütün addımları öz şəxsi vəsaiti hesabına reallaşdırıb.

Lakin iş tam hazır vəziyyətə gələndən sonra Abdulla Abdullayev əsl “simasını” göstərib. Şərikinin çəkdiyi əziyyətdən və xərclədiyi puldan istifadə edən professor, onu prosesdən uzaqlaşdırıb. Əvəzində isə xərclənən investisiyaya görə cəmi 20 min manat ödəyəcəyini vəd edib.

Qara siyahıya atılan zənglər və “Odlar Yurdu” nağılı

Lakin bu vəd də adi bir hoqqabazlıq çıxıb. Elxan Qəmbərov bildirir ki, Abdulla Abdullayev nəinki 20 min manatı ödəyib, əksinə, pulu verməmək üçün min bir bəhanə uydurmağa başlayıb.

Özünü vaxtilə Odlar Yurdu Universitetinin sahibi kimi qələmə verən, hətta təhsil müəssisəsinin Paşayevlər tərəfindən əlindən alındığı nağılını uyduraraq qarşı tərəfdə manipulyasiya yaradan bu “professor”, sonda bütün körpüləri yandırıb. Elxan Qəmbərovun telefonlarını bloka atan A.Abdullayev zənglərə cavab verməkdən imtina edib. Zərərçəkən iş adamının Gədəbəydəki zavoda və Abdullayevin evinə dəfələrlə etdiyi səfərlər də boşa çıxıb.

Tahir Gözəl və “Azərsun” bu prosesin harasındadır?

Ən biabırçı məqam isə ölkənin ən iri biznes şəbəkələrindən olan “Azərsun Holdinq”in bu çirkin oyundakı rolu ilə bağlıdır. Şikayətçi açıq şəkildə bildirir ki, Abdulla Abdullayevin bu dərəcədə arxayınlaşmasının və başqasının pulu ilə qurulan biznesin üstünə yatmasının tək səbəbi var: “Azərsun” rəhbərliyinin onu açıq-aşkar himayə etməsi.

Xüsusilə “Azərsun Holdinq”in rəhbəri Tahir Gözəlin adı bu qalmaqalda birbaşa keçir. Holdinq rəhbərliyi adında “professor” titulu daşıyan, amma mahiyyətcə şərik aldatmaqdan çəkinməyən bir şəxslə işbirliyi quraraq, özgəsinin investisiyası hesabına ərsəyə gəlmiş zavodun məhsulundan haram pullar qazanır.

Özünü dürüst biznes simvolu kimi qələmə verən Tahir Gözəl və onun holdinqi bu suallara cavab verməlidir:

– Başqasının 20 min manatını mənimsəyən, tərəfdaşını aldadıb qaçan bir şəxslə müqavilə bağlayıb şərik olmaq hansı biznes etikasına sığır?
– Başqasının haqqı və əməyi tapdanaraq bazara çıxarılan bu sudan qazanılan pul haram deyilmi?
– Tahir Gözəl hansı maraqların müqabilində bu şəxsi öz çətiri altına alıb?

Başqa bir investorun vəsaiti, əməyi və sənədləşdirdiyi icazələr hesabına ərsəyə gələn “Daşlı Bulaq” bu gün aldadılan bir iş adamının ahı və “Azərsun”un haram qazanc mənbəyidir. Elxan Qəmbərov haqqı olan vəsait ödənilənədək bu özbaşınalığa qarşı mübarizəsini davam etdirəcəyini bildirir.

“Azərsun Holdinq” və Abdulla Abdullayevdən mövqe öyrənmək cəhdlərimiz alınmadı. Bununla belə, mövzuda adı çəkilən qarşı tərəflərin — Abdulla Abdullayevin, “Azərsun Holdinq”in və Tahir Gözəlin də mövqeyini dərc etməyə hazırıq.


Gundemxeber.org 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərsun Holdinq" "qara buxalteriya"nı necə yaradıb? - İDDİA

    "Azərsun Holdinq" "qara ...

    23-12-2020, 16:14

  • 
  • “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ittiham edilir - DETALLAR

    “Azərsun Holdinq” qanunsuz işçi çalışdırmaqda ...

    2-05-2024, 10:58

  • 
  • “Al Market”lər şəbəkəsinin müdiri Tansel Tuzcunu məhkəməyə verdilər - SƏBƏB

    “Al Market”lər şəbəkəsinin müdiri Tansel Tuzcunu ...

    10-02-2022, 16:23

  • 
  • ““Azərçay”ın üzərində niyə Azərbaycanın milli geyimləri yoxdur?” - Şirkət rəhbəri "Azərsun"u tənqid etdi

    ““Azərçay”ın üzərində niyə Azərbaycanın milli ...

    26-12-2017, 20:30

  • 
  • Gənc icra başçısının ailə biznesi: Gədəbəy dağlarında bulaq zəbt edib, vətəndaşlara su satır — FOTOLAR

    Gənc icra başçısının ailə biznesi: Gədəbəy ...

    1-02-2022, 14:21


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (74)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu