Gundemxeber.az » Ölkə » Bolqarıstanda ölkənin narkotik bazarını təmin edən gizli laboratoriya aşkarlandı
Bolqarıstan polisi ölkənin fentanil bazarını tam təmin etdiyi bildirilən qanunsuz narkolaboratoriyanı aşkar edərək fəaliyyətini dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, qanunsuz laboratoriya paytaxt Sofiyanın "Fakultet" rayonunda yerləşən kənd təsərrüfatı anbarında fəaliyyət göstərib. Obyektdə fentanilin hazırlanması üçün istifadə olunan prekursor maddələr, həmçinin hazır narkotik aşkarlanıb.
Polisin hesablamalarına görə, laboratoriyada gündəlik 6-10 kiloqram fentanil istehsal olunurdu ki, bu da Bolqarıstan bazarının tələbatını tam ödəməyə kifayət edirdi.
Daxili İşlər Nazirliyinin nümayəndələri əməliyyatdan sonra ölkədə fentanil qıtlığının yaranacağını gözlədiklərini bildiriblər.
Gundemxeber.org
15-05-2025, 13:50
24-05-2018, 11:20
8-06-2018, 11:42
8-02-2021, 12:23
6-02-2020, 15:55
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?