GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır – Antinhisar Agentliyi, yoxsa…

“AXS” yoxsa, “YUNEST” MMC – Satınalmalarda belə gizli işlərə şəraiti kimlər yaradır – Antinhisar Agentliyi, yoxsa…

Tarix: Dünən, 19:13 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 7
gindes-tender

Tibb müəssisələrinin dövlət satınalmalarındakı yol verdikləri qanunsuzluqlar barədə elektron mediada yetərincə məlumat tapmaq olar. Malumatlarda tibb müəssisələrinin hərəsinin bir formada qazanc əldə etdiyi yazılır. Biri təmir adı ilə, biri, avadanlaq adı ilə, biri, təsərrüfat malları adı ilə, bir çoxu dərman pereparatları adı ilə, bəziləri də içməli su adı ilə dövlət vəsaitlərini istədikləri istiqamətə yönəldirlər. Bunu da qeyd etdiyimiz kimi ancaq satınalmalar yolu ilə.

Amma “Ağciyər Xəstəlikləri Mərkəzi” publik hüquqi şəxsin keçirdiyi satınalma yuxarıda sadalananlardan fərqlidir. Belə ki, sözügedən mərkəz tikili və avadanlıqların cari təmir xərclərinin satınalınması üzrə 08.06.2026-cı ildə başladığı kotirovka sorğusuna 28.07.2026-cı ildə yekun vurub. Müsabiqənin qalibi “AXS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 26.206,62 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Qeyd edək ki, Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən nəzərdə tutulmuş cari təmir xərclərinin satın alınması üzrə keçirilmiş kotirovka sorğusunda ehtimal olunan qiyməti 49.515,82 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi satınalan təşkilat olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “AXS” MMC-nin təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Qeyd edək ki, ehtimal olunan qiymət satınalma prosedurunda mal, iş və xidmətlərin vergi və rüsumlar daxil olmaqla bazar şərtlərinə əsasən müəyyən edilən maksimum dəyəridir. Bu qiymət satınalan təşkilat tərəfindən təkliflərin qiymətləndirilməsi üçün istifadə edilir və bazarın təhlili, müqayisəli üsullar və ya statistik məlumatlar əsasında hesablanır və dövlət vəsaitlərindən səmərəli istifadə məqsədilə 10 faizdən çox güzəştə yol vermək olmaz.

Amma göründüyü kimi Ağciyər Xəstəlikləri Mərkəzi kotirovka sorğusu müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı, 50 faizə yaxın qiymət təqdim etmiş  “AXS” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Bu sözügedən satınalma zamanı Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən yol verilən qanun pozuntusunun birincisidir.

Açıq mənbələrdə “AXS” Məhdud Məsuliyyətli Cəmiyyəti və onun qanuni təmsilçisi barədə əlavə məlumata rast gəlinmir. Hətta Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında da “AXS” adlı hüquqi şəxsin qeydiyyata alınması barədə heç bir məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında adı olmayan bir şirkətin satınalmalarda iştirakına necə yol verildiyinə aydınlıq gətirilməsi məqsədi ilə əlaqə saxladığımız Ağciyər Xəstəlikləri Mərkəzinin şöbə müdiri əvəzi Rövşən Mustafayev bildirdi ki, bu ola bilməz, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin qərarı ilə artıq təsdiqlənib.

Ağciyər Xəstəlikləri Mərkəzi tərəfindən satınalmaların portalına yerləşdirilmiş bildirişdə qeyd edilir ki, “AXS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (4700403711) 26.206,62 AZN qalib elan olunmuşdur.

Apardığımız araşdırma zamanı Ağciyər Xəstəlikləri Mərkəzinin “AXS” MMC-nin VÖEN-i kimi təqdim etdiyi eyniləşdirmə nömrəsinin “YUNEST” MMC-yə məxsus olması məlum oldu. Sözügedən “YUNEST MMC 17.01.2012-ci ildə 3 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Qusar rayonu, Yuxarı Ləyər kəndi, qanuni təmsilçisi Zeynalov Nahid Zakir oğludur. MMC-nin ilk qanuni təmsilçisi Yunusov Xalid Qiyasəddin oğlu olub. Daha sonra Ağasıyev Sarxan Dünyaməddin oğlu MMC-nin rəhbəti olub.

Açıq mənbələrdə Ağasıyev Sarxan Dünyaməddin oğlunun 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə General-mayor rütbəsi verilən hərbçilərdən biri polkovnik Ruslan Dünyaməddin oğlu Ağasiyevin qardaşı olduğu ehtimal etmək olar.

“YUNEST”  MMC-nin hazırkı qanuni təmsilçisi Zeynalov Nahid Zakir oğlunun isə uzun müddət “Bank of Baku” İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışdığı, bankın İT infrastrukturu və ödəniş sistemlərinin inkişafına rəhbərlik etməsi barədə açıq mənbələrdə məlumatlar var.

Buradan suallar yaranır. Ağciyər Xəstəlikləri Mərkəzi müqaviləni “AXS”,yoxsa “YUNEST”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb? AXS MMC VÖEN-siz satınalmalarda necə iştirak edib? Təbii ki, bu mümkün deyil. Belə olan halda Ağciyər Xəstəlikləri Mərkəzi qalib seçdiyi MMC-nin adını satınalmaların portalına niyə düzgün yerləşdirməyib?

Qeyd edək ki, Ağciyər Xəstəlikləri Mərkəzi publik hüquqi şəxsi Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında yaradılıb. Ağciyər Xəstəlikləri Mərkəzinə Nəhmət Rəhmanov direktor təyin edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Səhiyyə Nazirliyinin “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsi də “AXS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 39.600,39 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstünün açılması barədə məlumatlar yayılmışdı. Məlumatda bildirilirdi ki, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.

Cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Nurəddin oğlu Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.

Onların arasında Səhiyyə Nazirliyinin “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru Rəşid Bədəlovun da adı keçir.

Göründüyü kimi, tibb müəssisələrində 2024-cü ildə olduğu kimi korrupsiya şəbəkəsi davam edir. Adı olub özü olmayan saxta şirkətlərə bu gün də tibb müəssisələrində mal materialların alınması və müxtəlif xidmətlər adı altında pullar köçürülür.

Şübhəli orasıdır ki, Ağciyər Xəstəlikləri Mərkəzi də “Professor Gindes adına respublika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” da “AXS” MMC-ni qalib seçdiyini açıqlayıb. Amma burada texniki səhvə dövlət qurumlarından birinin yol verməsini başa düşmək olardı. Lakin hər iki qurumun “AXS” MMC adı altanda müqavilə bağladığı şirkətin Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında adının olmaması şübhələri daha da artırır. Odur ki, bunlar hüquq mühafizə orqanları tərəfindən dərhal araşdırılsa çox gizli işlər ortaya çıxa bilər./aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...

    5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi ...

    1-04-2025, 23:46

  • 
  • Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır -İLGİNC FAKTLAR

    Universal “CAUCASİAN SUPPLİES” MMC-yə ...

    18-08-2025, 18:11

  • 
  • Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq

    Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru ...

    21-06-2026, 13:48

  • 
  • İctimai Səhiyyə və İslahatlar Mərkəzində satınalma qanunları belə pozulur - BU DA FAKT!!!

    İctimai Səhiyyə və İslahatlar Mərkəzində ...

    17-07-2023, 11:36

  • 
  • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA

    Tibb Universiteti “GSL Service” MMC ilə bu ...

    14-05-2026, 18:57


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (74)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu