Gundemxeber.az » Ölkə » Bir-bir üzə çıxmağa başladılar - İllər əvvəl qəsdən yox ediblər - ŞOK GÖRÜNTÜLƏR
Avropada davam edən quraqlıq Dunay çayında suyun səviyyəsini xeyli aşağı salıb. Serbiyanın Prahovo şəhəri yaxınlığında suyun çəkilməsi nəticəsində İkinci Dünya müharibəsinin sonlarında batırılmış onlarla nasist Almaniyasına məxsus hərbi gəminin qalıqları yenidən görünməyə başlayıb.
Gundemxeber.org xəbər verir ki, tarixçilərin məlumatına görə, həmin ərazidə ümumilikdə təxminən 200 hərbi gəmi və yardımçı gəmi qəsdən çayın dibinə batırılıb.
Mütəxəssislərin sözlərinə görə, 1944-cü ilin sentyabrında Balkanlardan geri çəkilən nasist Almaniyasının Qara dəniz donanması gəmilərin Sovet ordusunun əlinə keçməsinin qarşısını almaq və onların irəliləyişini ləngitmək məqsədilə bu addımı atıb.
İllər ərzində bəzi batıqlar çıxarılsa da, böyük hissəsi çayın dibində qalıb. Suyun səviyyəsinin enməsi ilə gəmi gövdələri, dirəkləri və digər metal hissələr yenidən görünməyə başlayıb.
Rəsmilər bildirirlər ki, batmış gəmilərin bir hissəsində hələ də partlamamış döyüş sursatları mövcuddur. Bu isə təkcə tarixi irs baxımından deyil, həm də çayda gəmiçilik və təhlükəsizlik üçün ciddi risk hesab olunur.
Quraqlıq dövründə gəmiçilik zolağının daralması naviqasiyanı çətinləşdirir, suyun altında qalan metal konstruksiyalar və sursatlar isə əlavə təhlükə yaradır.
Araşdırmaçılar bildirirlər ki, son illərdə Avropada müşahidə olunan uzunmüddətli quraqlıq və yüksək temperatur Dunay çayının su sərfini əhəmiyyətli dərəcədə azaldıb.
Onların fikrincə, Prahovo yaxınlığında üzə çıxan hərbi gəmi qalıqları həm İkinci Dünya müharibəsinin izlərini qoruyub saxlayır, həm də bölgədə təhlükəsizlik və təmizləmə işlərinin vacibliyini bir daha gündəmə gətirir.
Gundemxeber.org
21-11-2015, 13:05
4-08-2013, 23:22
20-08-2013, 14:25
23-07-2017, 20:15
24-08-2017, 14:05
Sorğu
Yeni dizaynımız necədir?