Gundemxeber.az » Ölkə » Senat Rusiyaya qarşı sanksiya qanununu razılaşdırmaq üçün hərəkətə keçdi

ABŞ Senatının üzvləri tezliklə Rusiya və İrana qarşı ABŞ sanksiyalarını sərtləşdirmək üçün qanun layihəsinin nəzərdən keçirilməsini sürətləndirmək barədə razılığa gələcəklər.
Gundemxeber.org xəbər verir ki, məlumatı Konqresin işini işıqlandıran Punchbowl News jurnalisti Endryu Desiderio yayıb. Onun sözlərinə görə, Konqresin yuxarı palatasındakı demokratların nümayəndələri dünən senatorlar Rafael Uornok (demokrat) və Bill Kassidi (respublikaçı) tərəfindən təklif olunan qanun layihəsinə düzəlişi müzakirə ediblər.
Bu düzəlişə "tariflərlə bağlı dəyişikliklər" daxildir: "Bu, qanun layihəsinin nəzərdən keçirilməsini sürətləndirmək üçün razılaşmanın tezliklə əldə edilə biləcəyinə işarədir".
Qeyd edək ki, avqustun 4-də Senatın Əksəriyyət Lideri Con Tyun Rusiya və İrana qarşı ABŞ sanksiyalarını sərtləşdirmək üçün qanun layihəsi üzərində iş zamanı fikir ayrılıqlarının yarandığını bildirib.
Punchbowl News əvvəllər senator Uornokun qanun layihəsinin sürətləndirilmiş şəkildə nəzərdən keçirilməsinə qarşı çıxdığını və onun tariflərlə bağlı hissəsində dəyişiklik tələb etdiyini bildirmişdi. Medianın məlumatına görə, demokratlar ABŞ prezidenti Donald Trampın idxal tariflərini tətbiq etmək səlahiyyətlərinin kəskin şəkildə genişlənməsindən qorxurlar.
Gundemxeber.org
26-11-2017, 11:50
14-02-2020, 11:21
3-08-2018, 22:11
15-07-2017, 12:10
29-09-2016, 14:21
Sorğu
Yeni dizaynımız necədir?