Gundemxeber.az » Ölkə » Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniya Milli Assambleyasının sədri Moses Vetangula ilə görüşüb



Avqustun 6-da Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniya Milli Assambleyasının sədri Moses Vetangula arasında görüş keçirilib.
Səfirlikdən bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından razılıq ifadə olunub və parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Səfir Sultan Hacıyev cari ildə Keniya Senatında Azərbaycanla parlamentlərarası dostluq qrupunun, eyni zamanda, Azərbaycanın Milli Məclisində Keniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təsis olunduğunu xatırladıb. O, Keniya Milli Assambleyasında da yaxın zamanda Azərbaycan parlamenti ilə işçi qrupun fəaliyyətə başlayacağına ümid etdiyini bildirib. Səfir, həmçinin iki ölkənin parlamentlərinin beynəlxalq müstəvidə mövcud fəal əməkdaşlığının cari ildə Tanzaniyanın Aruşa şəhərində keçiriləcək Parlamentlərarası İttifaqın 153-cü Assambleyası çərçivəsində davam etdirilməsinin vacibliyini vurğulayıb.
Milli Assambleyanın sədri Moses Vetangula iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlverişli şəraitin olduğunu və bununla əlaqədar prosesləri dəstəklədiyini qeyd edib. O, Keniya Prezidenti Uilyam Samoei Rutonun BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak etmək üçün Bakıya səfərinin əhəmiyyətini vurğulayıb.
Sədr Azərbaycanın təşəbbüsü ilə təsis edilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyətini, həmçinin bir çox digər beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüs və töhfələrini yüksək qiymətləndirib.
12-10-2018, 12:58
29-12-2018, 11:43
24-11-2016, 23:44
12-02-2016, 19:19
28-10-2014, 13:26
Sorğu
Yeni dizaynımız necədir?