Gundemxeber.az » Ölkə » Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib



Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən “Badamdar Hotel & Residences”də, Sumqayıt RM tərəfindən Sumqayıt Bələdiyyəsinin Kimyaçılar və Maralgöl qəsəbəsi üzrə məhəllə komitələrinin nümayəndələri ilə, Gəncə RM tərəfindən Daşkəsən rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Daşkəsən rayon Kommunal Müəssisələri Kombinatında, Şimal-Qərb RM tərəfindən Qax rayonunda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində və Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Nic qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Qarabağ RM tərəfindən Bərdə şəhər 6 saylı körpələr evi-uşaq bağçasında, Aran RM tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin Ağdaş magistral qaz kəmərləri sahəsində, Elm və Təhsil Nazirliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsində və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Türyançay Dövlət Təbiət Qoruğunda, Cənub RM tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “Lerik 52 saylı Yol İstismarı” MMC-də, Muğan RM tərəfindən “Veysəloğlu” MMC-nin Salyan regional filialında, Şimal RM tərəfindən Qusar Rayon İcra Hakimiyyəti başçısının Balaqusar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Gudemxeber.org
16-07-2017, 22:20
11-12-2015, 02:41
27-08-2017, 16:15
4-06-2017, 20:35
8-08-2018, 11:30
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?