Gundemxeber.az » Ölkə » DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb
Avqustun 8-də və 9-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 30, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17, dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilib. Avqustun 8-də və 9-da ümumi çəkisi 30,5 kiloqramdan artıq narkotik vasitə və 52 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 29 ədəd patron aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
Gundemxeber.org
7-08-2026, 11:32
8-08-2026, 11:37
22-09-2018, 15:22
12-10-2019, 19:30
22-02-2021, 11:56
Sorğu
Yeni dizaynımız necədir?