Gundemxeber.az » Ölkə » Birinci qrupda bəzi ixtisaslar üzrə minimum bal tələbləri fərqlənir
Ali təhsil müəssisələrinə qəbul üzrə I ixtisas qrupunda bəzi ixtisaslar üçün qəbul müsabiqəsində iştirak etmək məqsədilə tətbiq olunan minimum bal tələbləri fərqlənir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, kompüter mühəndisliyi, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, informasiya texnologiyaları, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. Həmin ixtisasların dövlət sifarişi əsasında ayrılan yerləri üzrə isə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər müsabiqəyə buraxılır.
Bundan əlavə, aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, zoomühəndislik ixtisasları üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Gundemxeber.org
Bu gün, 15:38
23-07-2013, 19:05
29-07-2017, 14:27
30-07-2013, 19:02
28-07-2017, 11:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?