Gundemxeber.az » Ölkə » Tofiq Bakıxanovla vida mərasimi keçirilir - Prezidentlə xanımı əklil göndərdi
Görkəmli bəstəkar, Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilir.
Gundemxeber.org xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyətin təmsilçiləri, mərhumun ailə üzvləri, media nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra mərhum İkinci Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, T.Bakıxanov avqustun 23-də vəfat edib.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.
Gundemxeber.org
24-08-2026, 22:10
7-09-2015, 17:28
1-11-2017, 14:14
16-01-2018, 16:30
27-06-2017, 13:21
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?