GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Borclu ƏMDX, Nizami RİH tələbkar qazinin əmlakını necə satıb?

Borclu ƏMDX, Nizami RİH tələbkar qazinin əmlakını necə satıb?

Tarix: 27-08-2026, 11:12 Bölmə :Ölkə Baxış: 101


Məhkəmə qərarlarını icra etməkdən imtina məmurun konstitusion hüququdur (?)

 Azərbaycan Respublikası Prezidentinin 04.04.2022 tarixli sərəncamı ilə doğrulanan “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” ayrı – ayrı fəaliyyət yönümlü qurumların korrupsiyaya qarşı mübarizə çabalarını birləşdirməyə , bu mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə hesablanıb.

Korrupsiyanın qanunun aliliyinə və sosial ədalətə təhlükə yaratması , iqtisadi və sosial inkişafı ləngitməsi , əlverişli biznes mühitinin formalaşmasına mane olması vurğulanan sərəncamın önəmini danmaq olmaz. Bircə digər hüquqi aktlar kimi, korrupsiyaya qarşı mübarizənin özü kimi, bu sərəncamın da imitasiya , gözdən pərdə asmaq kampaniyası xarakteri daşıyacağı qorxusu olduqca realdır. 7 il qabaq 03.04.2019-cu tarixli “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsinə” sərəncam verən prezidentin buyuruğu elə kağız üzərində də qalıb, məhkəmə hüquq sistemi korrupsiyanın çiçəkləndiyi bostana çevrilib. “Korrupsiya bostanı”nın baş qanunu QEYRİ - PROSESSUAL BAZARLAŞMA QANUNUDUR!

 Prezident Sərəncamının dərc olunması ilə baş prokuror yanında  korrupsiyaya qarşı mübarizə baş idarəsinin işinin “canlanması” müşahidə olunur. Borclu Sosial Xidmətlər Agentliyinin 11-ci ildir dövlətin adından çıxarılan Bakı İnzibati Məhkəməsinin 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarını icra etməkdən imtinasından, Nizami rayonu, Çobanzadə küçəsində qazi və şəhid ailələrinə tikilən evi rüşvətlə gizlin bölməsindən 2019 -cu ildə 161 qaynar xəttinə şikayət üzrə 2 ildən sonra Rəşad Məmmədov adlı müstəntiqin 09.09.2021-ci ildə aldığı izahatın “taleyinə aydınlıq gətirilib”. Baş korrupsiya idarəsi heç bir şəxsin əməlində cinayət olmadığını (?) bildirib . Bəs bu cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın özü hanı , niyə 5 ildir şikayətçiyə verilmir? Axı Azərbaycan Respublikası  Cinayət Prosessual Məcəlləsinin 212-ci maddəsinə əsasən vətəndaşın qərardan şikayət vermək hüququ var! Qərar qəbul edilibsə verilməlidir, edilməyibsə, bunu əməldə cinayət faktının olmaması ilə izah etməyin özü korrupsiyaya uyğundur. Belə bəlli olur ki, baş korrupsiya idarəsi barəsində şikayət edilən korrupsiya subyektləri ilə qeyri-prosessual münasibətə girərək şikayətləri it-bata salır. İndi korrupsiyaya qarşı mübarizənin effekt(sizliy)ini görün, Bakı İnzibati Məhkəməsi borclu  Sosial Xidmətlər Agentliyinin qeyri-prosessual basqısı ilə qərarının icrasını təmin etməkdən imtina edir, heç icra vərəqəsi belə vermir; heç tələbkar Qarabağ qazisinin çoxillik ərizələrinə belə baxmır, korrupsiyaya qarşı mübarizə baş idarəsi isə 161-ə şikayətlərdən 3 il sonra izahat alıb, 7 aydan sonra cinayət faktı olmadığını şifahi şəkildə Ombudsman Aparatına bildirir! (?) Belə “mübarizə” ilə , əlbəttə, məhkəmə-icra qeyri-prosessuallığı , korrupsiyası güclənər.

Borclu DSMF tabeliyində Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialının məhkəməyə hörmətsizliyinin yaşı bir az azdır. Pensiya filialı 3 ildir özbaşına 05.07.2017 tarixli məhkəmə qərarının icrasını dayandırıb və 4-cü ildir bərpasına BİM-lə qeyri-prosessual əlaqəyə girib, imkan vermir. Özbaşınalığa baxın, məhkəmə borclunun sifarişi ilə tələbkarın ərizələrini belə qəbul etmir. Borclu XŞTMF o qədər özbaşınadır ki, tələbkardan 3 mindən yuxarı borc tələb edir. Guya özbaşınalığını gec etdiyindən 3188 manat artıq ödəmə olub. Bəs niyə bu artıq ödəməni məhkəmə ilə tələb etmir? Axı məhkəmə (qərarı) ilə verilən ödənişin məhkəmə yolu ilə geri alınması mümkünsüzdür!

 4 il qabaq Vətəndaşların qəbulu mərkəzində Prezidentin köməkçisi, hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Məhkəmə-Hüquq Şurasının üzvü, korrupsiyaya qarşı mübarizə komissiyasının üzvü Fuad Ələsgərovun qəbuluna gedəndə Əmlak Xidmətindən olduğunu deyən Nurəddin adlı şəxs 18-ci  ildir Xətai məhkəməsinin 26.05.2009 tarixli qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqların 2008-ci ildə özəlləşdirildiyini zənglə bildirib, TƏCİLİ tələbkardan həmin özəlləşmə şəhadətnaməsini göndərməyi   (?) istəyib. Heç demə, Prezidentin sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı korrupsiyaya qarşı mübarizə baş idarəsi borclu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib və əmlak xidmətçiləri də borclarını ödəməkdən imtinalarını məhkəmə qətnaməsindən bir il qabağa  saxtalaşdırdıqları 2008 tarixli özəlləşmə şəhadətnaməsi ilə “əsaslandırmaq” yolu seçiblər. Qanunların icrasına nəzarət edən prokurorluğun qanuna qarşı çıxaraq şikayəti barəsində şikayət edilən quruma göndərməsi “mübarizəsi” bir yana, borclu əmlak xidmətinin tələbkardan əmlaka aid ayı – günü bilinməyən 2008 tarixli “özəlləşmə sənədi” tələb etməsi hansı korrupsiyaya qarşı mübarizə qanununda, hansı prezident sərəncamında yazılıb? Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ qazisinə 17 il qabaq verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqlar məhkəmə qərarından 2 il sonra saxta şəhadətnamə ilə özəlləşdirilib , borclu Əmlak Məsələləri

Dövlət Xidməti isə “kupça” xidməti” göstərən  yanındakı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən yox, tələbkar Qarabağ qazisindən saxta özəlləşdirmə şəhadətnaməsini prokurorluğa “əsas” kimi təqdim etməyə istəyir.

Borclu İqtisadiyyat Nazirliyi yanında ƏMDX indi DƏDKR-in qanunsuz cavabları ilə  Xətai məhkəməsinin 26 may 2009-cu il tarixli qətnaməsi ilə Qarabağ qazisinin istifadəsinə verilən   Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanında yerləşən otaqların 2008-ci ildə icarəçi (18-Cİ İLDİR NƏ GÜN – AY , NƏ DƏ AD-SOYAD – ATA ADI “TAPILIR”-M.B.) tərəfindən özəlləşdirildiyini bildirir. Və məhkəməyə müraciət etməyi (?) məsləhət bilir. Borclu Nizami RİH, ƏMDX, Ədliyyə Nazirliyinin icra şöbələri hələ də anlamırlar ki, məhkəmə qərarından əvvəl, yaxud sonra “özəlləşdirilməsindən” asılı olmayaraq, heç bir saxta-doğru şəhadətnamə , özəlləşmə sənədi, notariat qeydi DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARINDAN,  KONSTİTUSİYADAN ÜSTÜN OLA BİLMƏZ! Konstitusiyaya hörmətsizliyə

baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını borclular JEK-in “icarə sərəncamı”ndan aşağıda tuturlar! (?)

Konstitusiyada, normativ hüquqi aktlarda təsbit olunub ki, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Biz görməsək də, qanunvericilik borclunun borcunu ödəməli olduğunu diqtə edir. 18-ci ildir Konstitusiya, qanun tərsinə “dövran edir”: BORCLU TƏLƏBKARDAN “BORCUNU” ÖDƏMƏYİ  TƏLƏB EDİR!(?)

 Məmur özbaşınalığı konstitusion hüququ ləğv edirsə, “JEK”-in, hansısa pensiya qurumunun saxtalığı Konstitusiyadan üstün sayılırsa, Konstitusiya qüvvədə sayıla bilərmi? MƏHKƏMƏ QƏRARLARININ İCRASINDAN İMTİNA MĞMURUN KONSTİTUSİON HÜQUQUDUR?

 Məğrur BƏDƏLSOY

 

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə seminarı keçirilib

    “AzerGold” QSC-də korrupsiyaya qarşı mübarizə ...

    8-08-2025, 15:03

  • 
  • “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqləndi

    “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər ...

    27-02-2020, 14:40

  • 
  • Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr- Sorğu

    Azərbaycanda ən çox korrupsiyalaşmış sahələr- ...

    6-12-2013, 12:37

  • 
  • Kamran Əliyevdən Kamran Əliyevə şikayət - Baş DYP İdarəsi Qarabağ qazisini tənqidə görə təqib edir

    Kamran Əliyevdən Kamran Əliyevə şikayət - Baş DYP ...

    28-06-2022, 12:00


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (583)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu