Gundemxeber.az » Ölkə » Hava limanında sərnişində kokain aşkarlandı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və Heydər Əliyev Beynəlxalq Aeroportunun Aviasiya Təhlükəsizliyi xidmətinin əməkdaşları tərəfindən aparılan birgə nəzarət-yoxlama tədbirləri nəticəsində narkotık vasitə aşkar edilib.
Gundemxeber.org xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Bakı-Tiflis aviareysi ilə gedən Azərbaycan vətəndaşının üzərində aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən kustar üsulla hazırlanmış, ümumi təmiz çəkisi 15,849 qram narkotik vasitə - kokain aşkar olunub.
Daha sonra davam etdirilən tədbirlər nəticəsində həmin şəxsin kirayədə yaşadığı evdən 16 qrama qədər narkotik vasitə - qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 2,440 qram olan çətənə bitkisinin toxumları, 2 həb psixotrop maddə aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Gundemxeber.org
13-10-2015, 14:48
31-10-2018, 12:25
26-09-2017, 10:57
22-12-2015, 14:41
14-04-2018, 12:36
Sorğu
Yeni dizaynımız necədir?