Gundemxeber.az » Ölkə » Qarabağda Türkiyə şirkətinin əməkdaşları bədbəxt hadisə nəticəsində öldülər
Şuşa-Laçın avtomobil yolunda qazıntı işləri aparılarkən iki nəfər ölüb.
Gundemxeber.org xəbər verir ki, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun inşası ilə bağlı aparılan işlər zamanı baş verib.
Məlumata görə, yolun tikintisində çalışan “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.” şirkətinin əməkdaşları – topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə qazıntı işləri zamanı həyatlarını itiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin səbəbləri və digər hallar prokurorluq tərəfindən araşdırılır.
Gundemxeber.org
20-08-2026, 13:32
14-02-2014, 02:01
7-08-2026, 10:00
20-10-2015, 17:06
24-08-2026, 08:04
Sorğu
Yeni dizaynımız necədir?