GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Məqsəd vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətinin yüksəlməsidir" - Deputatdan AÇIQLAMA

"Məqsəd vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətinin yüksəlməsidir" - Deputatdan AÇIQLAMA

Tarix: 2-09-2026, 17:20 Bölmə :Ölkə Baxış: 11


"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü, Prezident İlham Əliyevin bu təşəbbüsü dəstəkləyərək müvafiq tapşırıq verməsi səhiyyə sistemində insan kapitalına verilən önəmin növbəti mühüm göstəricisidir".

Gundemxeber.org xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, burada məsələyə yalnız əməkhaqqının artırılması kimi yanaşmaq düzgün olmazdı:

"Söhbət bütövlükdə tibb işçisinin əməyinin qiymətləndirilməsindən, peşənin nüfuzunun yüksəldilməsindən və səhiyyədə aparılan islahatların sosial dayağının gücləndirilməsindən gedir. Səhiyyə sistemində nə qədər müasir infrastruktur yaradılsa, yeni xəstəxanalar tikilsə və yüksək texnologiyalar tətbiq edilsə də, tibbi xidmətin keyfiyyətini son nəticədə həkim, tibb bacısı və digər tibb işçiləri müəyyən edir. Buna görə də onların sosial rifahının yaxşılaşdırılması eyni zamanda tibbi xidmətin keyfiyyətinə qoyulan sərmayədir. Əməkhaqlarının artırılmasının bir neçə istiqamətdə müsbət nəticə verəcəyini gözləmək olar. İlk növbədə, tibb işçilərinin sosial müdafiəsi güclənəcək və onların peşə motivasiyası yüksələcək. Digər tərəfdən, dövlət səhiyyə müəssisələrinin peşəkar kadrlar üçün cəlbediciliyinin artması, ixtisaslı mütəxəssislərin sistemdə saxlanılması və regionlarda mövcud olan bəzi kadr çatışmazlıqlarının mərhələli şəkildə aradan qaldırılması üçün əlavə imkan yaranacaq. Lakin növbəti mərhələdə əməkhaqqı siyasətinin tibbi xidmətin keyfiyyət göstəriciləri ilə daha sıx əlaqələndirilməsi də mühüm istiqamət olmalıdır. İşin həcmi ilə yanaşı, nəticə, xidmətin keyfiyyəti, pasiyent təhlükəsizliyi, peşəkarlıq və davamlı tibbi təhsil kimi meyarların stimullaşdırıcı mexanizmlərdə nəzərə alınması səhiyyədə keyfiyyət mədəniyyətinin formalaşmasına ciddi töhfə verə bilər".

Deputat qeyd edib ki, Azərbaycan səhiyyəsi artıq yalnız infrastrukturun yenilənməsi mərhələsində deyil: "İcbari tibbi sığortanın tətbiqi ilə sistemin maliyyələşdirilməsi və tibbi xidmətlərin təşkili baxımından yeni model formalaşıb. Qarşıdakı əsas vəzifə bu modelin keyfiyyət baxımından təkmilləşdirilməsidir. Buraya ilkin səhiyyə xidmətlərinin və ailə həkimliyi institutunun gücləndirilməsi, regionlarda ixtisaslı tibbi xidmətə əlçatanlığın artırılması, rəqəmsal səhiyyənin genişləndirilməsi, vahid elektron tibbi məlumat sistemlərinin inkişaf etdirilməsi, profilaktik təbabətə daha böyük diqqət ayrılması və insan resurslarının düzgün idarə olunması daxildir. Xüsusilə hesab edirəm ki, səhiyyədə insan kapitalının inkişafı növbəti islahat mərhələsinin əsas istiqamətlərindən biri olmalıdır. Tibb işçisinin əməkhaqqının artırılması davamlı tibbi təhsil, peşəkar inkişaf, şəffaf karyera modeli və fəaliyyətin obyektiv qiymətləndirilməsi ilə tamamlandıqda daha böyük nəticə verəcək.

Son məqsəd vətəndaşın aldığı tibbi xidmətin keyfiyyətinin yüksəlməsidir. Tibb işçisinin əməyinin layiqincə qiymətləndirilməsi isə bu məqsədə çatmağın əsas şərtlərindən biridir. Mehriban xanım Əliyevanın təşəbbüsünü və Prezident İlham Əliyevin bununla bağlı verdiyi tapşırığı məhz bu baxımdan həm mühüm sosial qərar, həm də səhiyyə sisteminin gələcək inkişafına yönəlmiş strateji addım kimi qiymətləndirirəm".

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 70 mindən çox tibb işçisinin maaşı artırılıb

    70 mindən çox tibb işçisinin maaşı artırılıb ...

    2-09-2026, 12:03

  • 
  • Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi Klinik Xəstəxanada

    Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi ...

    25-12-2013, 12:28

  • 
  • Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə müəyyən edilib

    Tibb işçilərinin əməkhaqlarına müddətli əlavə ...

    25-03-2020, 22:37

  • 
  • 16 vəzifəli tibb işçisi nöqsanlara görə işdən çıxarılıb

    16 vəzifəli tibb işçisi nöqsanlara görə işdən ...

    5-07-2021, 11:00

  • 
  • Səhiyyə sektorunun həlli vacib olan xeyli problemləri var

    Səhiyyə sektorunun həlli vacib olan xeyli ...

    28-09-2017, 19:00


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (571)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu