Gundemxeber.az » Ölkə » Bu yol nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq
Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Gundemxeber.org xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcəyi bildirilib.
Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Gundemxeber.org
10-08-2026, 22:27
6-08-2026, 22:16
23-04-2026, 10:31
4-06-2017, 13:17
14-08-2026, 20:00
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?