Gundemxeber.az » Ölkə » Müəllimlik ixtisasına qəbul balı arta bilər
Müəllimlik ixtisaslarına qəbul sayı azalıb.
Gundemxeber.org xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu il müəllimlik ixtisaslarına 7 540 nəfər qəbul olub: "Biz düşünürük ki, müəllimlik ixtisaslarına qəbul balını artırmaqla daha yaxşı müəllimlər yetişdirə bilərik. Müəyyən sayda azalmalar olacaq. Əvvəllər 11 mindən yuxarı rəqəmdən danışırdıq. Amma indi 3 690 plan yeri azalıb. Bir çox aşağı balla müəllimlik ixtisaslarına qəbul olan tələbələr MİQ-də yaxşı bal toplaya bilmirlər".
E.Əmrullayev qeyd edib ki, ümumilikdə bu il 76 mindən çox şəxs ali məktəblərə qəbul olub.
Nazirin sözlərinə görə, magistratura səviyyəsinə isə 18 384 yer təqdim olunub.
20-08-2026, 15:57
6-06-2017, 11:58
5-08-2017, 14:36
24-10-2014, 11:57
1-08-2013, 17:54
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?