Gundemxeber.az » Ölkə » Bu şəhərdə dron istifadə etmək qadağan olunur
Pekin hökuməti 15 noyabrdan etibarən şəhər ərazisində pilotsuz uçuş aparatlarının (PUA) və onların komponentlərinin istifadəsini, sahibliyini və saxlanmasını qadağan edəcək.
Gundemxeber.org xəbər verir ki, məlumata görə, Pekinin bütün inzibati ərazisi PUA-lar üçün nəzarət edilən hava məkanı kimi təyin olunacaq.
Yeni qaydalara əsasən, fiziki və hüquqi şəxslərə dronların və onların komponentlərinin paytaxta daşınması və idxalı qadağan ediləcək.
Qaydalarda başqa hal nəzərdə tutulmayıbsa, şəhər ərazisində dron uçuşları qadağan ediləcək. Terrorizmə qarşı mübarizə, hüquq-mühafizə orqanları, təcili xilasetmə və fəlakətlərin aradan qaldırılması ilə məşğul olan təşkilatlar üçün istisnalar olacaq.
Dron sahibləri cihazlarını 15 noyabr tarixinə qədər utilizasiya etməlidirlər. Onlara dronlarını avadanlıqları geri alan və ya hökumət tərəfindən sertifikatlaşdırılmış şirkətlərə satmaq və ya onları təyin olunmuş təkrar emal mərkəzlərində təkrar emal üçün təhvil vermək seçimi təklif olunur. Bir dron üçün hakimiyyət orqanları 14,9 dollardan 447 dollara qədər subsidiya ödəyə bilər.
15-07-2019, 11:50
3-10-2020, 14:58
6-08-2026, 18:00
9-10-2020, 15:24
14-08-2026, 08:32
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?