GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

Tarix: Bu gün, 14:22 Bölmə :Ölkə / GündəmXəbər Baxış: 2


“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi tərəfindən işıqlandırma üçün lazımi mal-materialın satınalınması üzrə 10.04.2026-cı ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “İNTERKABEL” FİRMASI seçilib və tərəflər arasında 5.298.259,73 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 11.09.2026-cı ildə dərc edilib.

Maraqlıdır ki, portalda müqavilənin icrasına başlama tarixi də bitmə tarixi də 11.09.2026-cı il göstərilib.

Qeyd edək ki, bu “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi ilə “İNTERKABEL” firması arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

İşıqlandırma üçün materialların satınalınması üzrə bir müqavilə də tərəflər arasında 16.05.2025-ci ildə bağlanılıb. Bu müqavilənin dəyəri 2.670.677,83 manat təşkil edib.

Ümumiyyətlə isə “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi ilə “İNTERKABEL” firması arasında 22.05.2020-ci ildən bu yana ümumi dəyəri 21 082 579 manat olan 10 satınalma müqaviləsi bağlanılıb.

Rəsmi saytında yerləşdirilmiş məlumata görə “İnterkabel” firması 25 ildən çoxdur ki, Azərbaycan Respublikasının elektrotexniki bazarında fəaliyyət göstərir. Artıq respublika satış bazarında özünü tanıdan, müxtəlif sahələr üçün kabel və məftil, transformator və elektrik məhsullarının topdan və pərakəndə satışında ixtisaslaşmış fəal inkişaf edən bir şirkətdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara görə “İNTERKABEL” (VÖEN:1400410421) Firması 16.09.1997-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan firmanın hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, NƏCƏF NƏRİMANOV, ev.5A-da yerləşir. Qanuni təmsilçisi Babayev Ramil Arif oğludur.

Firmanın təsisçisi və ilk qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğlu olub. Manafov Rafiq Hidayət oğlu da firmanın qanuni təmsilçisi olub. Yalnız elan saytlarının birində MMC nin rəhbəri Fəxrəddin Ələkbərov göstərilib.

Qeyd edək ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi Bakı şəhər İcra Hakimiyyətinə tabe olan, əsasnaməsinə görə məhəllədaxili yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılmasına nəzarət funksiyasını yerinə yetirən bir qurumdur. İdarənin rəisi Eldar Eldarovdur.

Məlumatlara görə Eldar Əzizovun 2018-ci ilin noyabrında Bakı şəhər İcra Hakimiyyıtinin başçısı təyin edilməsindən az sonra Eldar Eldarov “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktor təyin etmişdir. Məlumatlara görə  milliyətcə ləzgi olan Eldar Eldarov başçı adaşından başqa Bakı şəhər İcra Hakimiyyıtində heç kimi saymır.

Onu da qeyd edək ki, sözügedən qurum həm də Bakı şəhər İcra Hakimiyyətində ən çox dövlət vəsaiti ayrılan və ən çox da dövlət vəsaitinin mənimsənildiyi bir yerdir. Məlumatlara görə idarənin balansında xeyli sayda nəqliyyat vasitəsi var. İdarənin rəisi Eldar Eldarov avtonəqliyyat vasitələri üçün ehtiyyat hissələrinin satın alınmasından da kifayət qədər gəlir əldə edir. Bundan əlavə Eldar Eldarov aylarla dayanan nasaz avtomobillərə də iş vərəqi yazaraq yanacaq silir.

Bir sözlə Bakı şəhər İcra Hakimiyyıtinin başçısı adaşına arxayın olan Eldar Eldarov “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsini istədiyi kimi idarə edir, istəmədiyini işdən çıxarır, istədiyini isə yüksək maaşla işə qəbul edir.

Məsələn Eldar Eldarov vəzifə başına keçən kimi “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi bir gün ərzində “Xəzər Elektrik” MMC ilə 1 400 357,92 manat məbləğində,  “Aktif Elektrik” MMC ilə 1 862 942.70 manat məbləğində müqvilə bağlanmışdır.

Adıçəkilən “Aktif Elektrik”  MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 05.06.2017 ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Hüseynov Mahir Ədalət oğlu olan MMC-nin nizamnamə kapitalı 1 672 500.00 manat,hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, NƏCƏF NƏRİMANOV, ev 5A, mənzil 25 göstərilib.

Göründüyü kimi “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin milyon manat dəyərində müqavilə bağladığı “Aktif Elektrik”  MMC-də, “İnterkabel” firması da eyni ünvanda yerləşir. Bu isə şirkətlərin tender prosedurlarına bir nəfər tərəfindən cəlb edildiyini və idarə olunmasını deməyə əsaslar verir.

Satınalmaların portalından əldə etdiyimiz rəqəmlərdən də göründüyü kimi Eldar Eldarov “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin başına rəhbər təyin edildikdən sonra, yəni son altı ildə Bakı şəhərində işıqlandırma üçün lazımi mal-materialın satın alınmasına 25 milyon manatdan çox dövlət vəsaiti xərclənib. Əsasnaməsinə görə məhəllədaxili yolların və həyətlərin, həmçinin yaşayış binalarının giriş qapılarının işıqlandırılmasına nəzarət edən bu qurumun gördüyü işlər də göz qabağındadır. Paytaxtın mərkəzi küçələrindən başqa ətraf ərazilərdə küçə və məhəllədaxili işıqlandırma bərbad vəziyyətdədir.

Gundemxeber.org

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

    Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar ...

    11-12-2025, 23:44

  • 
  • Bakı şəhərinin işıqlandırılmasına dövlətin pulu belə xərclənir-Eldar Əzizovun menyusuna

    Bakı şəhərinin işıqlandırılmasına dövlətin pulu ...

    28-08-2020, 09:43

  • 
  • 5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi satınalmalarda nə kimi təzadlar var - İLGİNC FAKTLAR...

    5 nömrəli Uşaq Vərəm Sanatoriyasının keçirdiyi ...

    1-04-2025, 23:46

  • 
  • Universal “CAUCASİAN SUPPLİES” MMC-yə satınalmalarda bu şəraiti kimlər yaradır -İLGİNC FAKTLAR

    Universal “CAUCASİAN SUPPLİES” MMC-yə ...

    18-08-2025, 18:11

  • 
  • Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

    Milli Arxiv İdarəsi üç yüz manata icarəyə ...

    12-09-2025, 23:49


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (571)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu