GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağ xalatla başlayan böyük yol, yeni başlanğıclar, böyük hədəflər - ATU-da Bilik Günü

Ağ xalatla başlayan böyük yol, yeni başlanğıclar, böyük hədəflər - ATU-da Bilik Günü

Tarix: Dünən, 14:37 Bölmə :Ölkə Baxış: 3


Azərbaycan Tibb Universitetində (ATU) yeni tədris ilinin başlanması və Bilik Günü münasibətilə təntənəli tədbir keçirilib.

Gundemxeber.org xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Azərbaycanın ərazi bütövlüyünün bərpası və torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli yeni tədris ili münasibətilə professor-müəllim heyətini, tələbələri və valideynləri təbrik edib.

Rektor xüsusilə I kurs tələbələrinə müraciət edərək onların bu gün Azərbaycan Tibb Universitetinin böyük ailəsinə qoşulduqlarını vurğulayıb. O bildirib ki, tələbə, xüsusilə də ATU tələbəsi adını qazanmaq böyük zəhmət, əzmkarlıq və fədakarlıq tələb edir.

“Əziz I kurs tələbələri, siz bu gün həyatınızda ilk dəfə Bilik Gününü tələbə adını daşıyaraq, Tibb Universitetinin ərazisində, ATU ailəsinin üzvü kimi qarşılayırsınız. Bu münasibətlə sizi və ailələrinizi, valideynlərinizi ürəkdən təbrik edirəm”, – deyə rektor bildirib.

Gəray Gəraybəyli bu il universitetə qəbul olunan tələbələrin yüksək nəticələri ilə seçildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ATU-ya qəbul olunan gənclər ölkə üzrə ən yüksək nəticə göstərən abituriyentlər sırasında yer alıblar.

ATU-nun 96 illik tarixə malik olduğunu qeyd edən rektor universitetin məzunlarının Azərbaycan səhiyyəsinin və elminin inkişafında mühüm rol oynadığını, onların ölkəmizi dünyanın müxtəlif ölkələrində layiqincə təmsil etdiklərini bildirib.

Universitetin dövlətin daim diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan rektor Ulu Öndər Heydər Əliyevin ATU-ya səfərlərini xatırladıb. O qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu sosial və gənclər siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.

Rektor tibb təhsili və səhiyyənin, eləcə də gənclərin inkişafının dövlət siyasətində xüsusi yer tutduğunu bildirib. O, ATU-nun tədris klinikalarının təməlqoyma və açılış mərasimlərində dövlət başçısının və Birinci vitse-prezidentin iştirakını universitetə göstərilən diqqətin mühüm göstəricisi kimi dəyərləndirib.

Gəray Gəraybəyli, həmçinin I kursa qəbul olunan tələbələrin böyük əksəriyyətinin dövlət hesabına təhsil alacağını diqqətə çatdırıb və dövlət hesabına təhsil alan tələbələrin sayının ildən-ilə artdığını bildirib: “Bir daha sizi tələbə adı qazandığınıza görə ürəkdən təbrik edirəm. Tam əminəm ki, sizin iştirakınızla universitetimizin gələcək inkişafı daha da parlaq olacaq”.

Daha sonra tələbələr adından ATU-ya 700 balla qəbul olunan Samir Tağızadə, Vətən müharibəsi şəhidi, leytenant Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva və Vətən müharibəsi qəhrəmanı Anar Mirzəyevin qızı Rəhilə Mirzəyeva çıxış ediblər. Tələbələr qazandıqları uğurda ailələrinin və müəllimlərinin böyük rolunu qeyd edib, göstərilən dövlət qayğısına görə təşəkkürlərini bildiriblər.

Histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov da tədbirdə çıxış edərək həkimlik kimi şərəfli və məsuliyyətli peşəni seçən gənclərə uğurlar arzulayıb.

Ardınca tələbələrin həkimliyi - təmizlik, peşəkarlıq, etibar və məsuliyyəti simvolizə edən ağ xalat geyinmə mərasimi baş tutub. Samir Tağızadə, Ayan Niftəliyeva və Rəhilə Mirzəyevanın həkim kimi ilk xalatları professor Gəray Gəraybəyli tərəfindən geyindirilib.

Tədbirin sonunda rektor yüksək bal toplayaraq ATU-ya qəbul olunan tələbələrə xatirə hədiyyələri təqdim edib.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan səhiyyəsində "bespredel" baş alıb gedir - KİMDİR GÜNAHKAR?

    Azərbaycan səhiyyəsində "bespredel" baş ...

    11-10-2022, 18:18

  • 
  • Tibb Universitetindən tələbələrin aksiyasına cavab gəldi

    Tibb Universitetindən tələbələrin aksiyasına ...

    13-11-2013, 13:01

  • 
  • Sumqayıt Dövlət Universitetində Bilik günü” təntənə ilə  qeyd olundu - FOTOLAR

    Sumqayıt Dövlət Universitetində Bilik günü” ...

    16-09-2019, 12:58

  • 
  • ATU-NUN REKTORU PROKURORLUĞA ÇAĞIRILDI?

    ATU-NUN REKTORU PROKURORLUĞA ÇAĞIRILDI? ...

    11-02-2016, 21:29

  • 
  • ATU-da koronavirusa kütləvi yoluxma

    ATU-da koronavirusa kütləvi yoluxma ...

    15-03-2021, 16:30


Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Arxiv xəbərlər

Sentyabr 2026 (583)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu