Gundemxeber.az » Ölkə » AQTİ-də tələbələrlə görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Vahid Sağlamlıq” Mentorluq Proqramı çərçivəsində tələbələrin seçim və müsahibə mərhələsi başa çatıb.
Gundemxeber.org xəbər verir ki, AQTİ-nin sədr müavinləri Elina Sulyayeva və Elxan Əhmədov, eləcə də digər struktur bölmə rəhbərləri Mentorluq Proqramının başlanması ilə əlaqədar seçilmiş tələbələrlə görüş keçiriblər. Çıxış edənlər tələbələrin əldə edəcəkləri bilik və təcrübənin onların peşəkar fəaliyyətində mühüm rol oynayacağına və proqram iştirakçılarının gələcəkdə öz sahələri üzrə peşəkar mütəxəssislər kimi formalaşacaqlarına ümidvar olduqlarını bildiriblər və onlara proqram çərçivəsində uğurlar arzulayıblar.
Qeyd edək ki, seçilmiş tələbələr proqram çərçivəsində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı, eləcə də ictimai sağlamlıq sahələri üzrə AQTİ-nin rəhbər heyəti və ölkənin aparıcı ekspertləri ilə birbaşa ünsiyyət qurmaq, onların təcrübəsindən yararlanmaq və mentorluq dəstəyi əldə etmək imkanı qazanacaqlar.12 həftə davam edəcək proqram müddətində tələbələr peşəkar inkişaflarına töhfə verəcək müxtəlif master klasslara, təlimlərə və inkişaf sessiyalarına cəlb olunacaqlar. Sonda isə “Vahid Sağlamlıq” Mentorluq Proqramını uğurla başa vuran tələbələrə müvafiq sertifikat təqdim olunacaq.
27-02-2026, 22:40
17-08-2026, 13:46
11-05-2016, 13:55
31-08-2026, 17:08
13-01-2016, 17:50
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?