GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Gələn il minimum əməkhaqqı nə qədər arta bilər?

Gələn il minimum əməkhaqqı nə qədər arta bilər?

Tarix: 28-09-2026, 19:02 Bölmə :Ölkə Baxış: 130


"Minimum əməkhaqqı müəyyən edilərkən adətən inflyasiya, yaşayış xərcləri, orta əməkhaqqının səviyyəsi və artım tempi, əmək məhsuldarlığı, məşğulluq və ümumi iqtisadi vəziyyət nəzərə alınır".

Gundemxebertv.com xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, Azərbaycanda da 2027-ci il üzrə mümkün rəqəmi təxmin etmək üçün bu göstəricilərlə yanaşı, əvvəlki illərdə minimum əməkhaqqının necə artırıldığına, yəni, yanaşma təcrübəsinə baxmaq olar.

"Əvvəlcə əvvəlki təcrübəya baxaq. 2020 və 2021-ci illərdə minimum əməkhaqqı 250 manat olub. 2022-ci ildə 50 manat və ya 20%  artırılaraq 300 manata, 2023-cü ildə 45 manat və ya 15% artırılaraq 345 manata, 2025-ci ildə isə 55 manat və ya 15,9% artırılaraq 400 manata çatdırılıb. 2024 və 2026-cı illərdə artım olmayıb. Yəni, son üç artımın hamısı 15-20% intervalında olub. İndi isə orta aylıq əməkhaqqının ümumi dinamikasına baxaq. 2025-ci ildə ölkədə orta aylıq nominal əməkhaqqı 1102,9 manat olub. 2026-cı ilin yanvar-iyulunda bu göstərici artıq 1176,7 manata çatıb. 2027-ci il üçün isə 1288,3 manat proqnozlaşdırılır. Beləliklə, 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2027-ci ildə orta əməkhaqqının təxminən 185 manat və ya 16,8% yüksək olacağı gözlənilir. Bu müqayisə minimum əməkhaqqı üzrə mümkün rəqəmi ehtimal etmək üçün ciddi əsasdır. Yəni, 2025-ci ilin faktiki göstəricisi ilə 2027-ci il üçün olan proqnozu müqayisə etdikdə orta aylıq əməkhaqqında 16,8% artım gözlənilir. Minimum əməkhaqqında da buna yaxın artım olarsa, 400 manat təxminən 465-470 manata yüksəlir. İnflyasiya tərəfdən baxdıqda isə bir qədər aşağı nəticə alınır. 2026-cı ilin yanvar-avqust aylarında illik inflyasiya 5,7% təşkil edib, 2027-ci il üçün isə orta illik inflyasiya 5,3% proqnozlaşdırılır. 

Bu göstəricilər minimum əməkhaqqının artımında yalnız inflyasiya amili əsas götürüldükdə, 450 manata yaxın rəqəmin mümkün ola biləcəyini göstərir. Beləliklə, iki fərqli göstərici bizə müəyyən interval verir. İnflyasiya üzərindən hesablama təxminən 450 manata, orta əməkhaqqının artım tempi isə 465-470 manata aparır. Eyni zamanda əvvəlki minimum əməkhaqqı artımların da 15-20% intervalında olması bu rəqəmin 2027-ci il üçün 460 manatı və daha yuxarı rəqəmləri dəstəkləyən əlavə göstəricidir".

İqtisadçı qeyd edib ki, 2027-ci ilin büdcə xərclərinin cəmi 1,7% artırılması ümumi maliyyə fonunun daha ehtiyatlı qurulduğunu göstərir: "Amma minimum əməkhaqqını birbaşa büdcə xərclərinin artım faizinə bağlamaq doğru olmaz. Bütün bunları birlikdə qiymətləndirdikdə mənim 2027-ci il üçün gözləntim minimum əməkhaqqının 450-470 manat intervalında müəyyənləşdirilməsidir. Bu interval daxilində isə 460 manat mənə daha real görünür. Bu isə 15% artım deməkdir və həm əvvəlki artımların aşağı həddinə, həm son iki ildə orta əməkhaqqının və qiymətlərin dəyişməsinə, həm də mövcud iqtisadi göstəricilərə yaxın nəticə verir. 470 manat variantının da kifayət qədər ciddi əsası var. Çünki minimum əməkhaqqı orta əməkhaqqı ilə eyni tempdə artırılarsa, hesablamanın özü təxminən bu rəqəmi verir. Bütün bunları nəzərə alaraq, mənim 2027-ci il üçün əsas proqnozum minimum əməkhaqqının 460 manat müəyyən edilməsidir. 470 manat da mümkün variantdır və əhalinin alıcılıq qabiliyyətinin qorunması, sosial dəstəyin gücləndirilməsi baxımından daha müsbət qərar olardı. 450 manatdan aşağı məbləğ isə arzuolunan deyil. Beləliklə, gələn il minimum əməkhaqqının 460 manat olmasını həm mövcud iqtisadi göstəricilər, həm də əvvəlki illərin artım təcrübəsi nəzərə alınmaqla mümkün variantlar arasında ehtimalı ən yüksək olan məbləğ hesab edirəm".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Minimum aylıq əməkhaqqı 180 manat olur

    Minimum aylıq əməkhaqqı 180 manat olur ...

    9-02-2019, 14:10

  • 
  • Minimum əməkhaqqı 130 manata qaldırılıb

    Minimum əməkhaqqı 130 manata qaldırılıb ...

    26-12-2017, 12:15

  • 
  • Minimum əməkhaqqı bu şəxslərə şamil olunacaq- Yanvarın 1-dən tətbiq olunacaq

    Minimum əməkhaqqı bu şəxslərə şamil olunacaq- ...

    17-12-2021, 19:24

  • 
  • Minimum maaş həddi artdı-105 manat

    Minimum maaş həddi artdı-105 manat ...

    31-08-2013, 23:10

  • 
  • 1 milyon 350 min insanın əməkhaqqı artırılıb

    1 milyon 350 min insanın əməkhaqqı artırılıb ...

    2-09-2019, 10:29


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (836)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu