Gundemxeber.az » Ölkə » "24 min hektardan çox əkinəyararlı torpaq sahibkarları gözləyir"
"Ağdam, Əsgəran və Xocalıda 24 min hektardan çox əkinəyararlı torpaq sahibkarları gözləyir".
Gundemxebertv.com xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ağdamda 33 min hektara yaxın əkinəyararlı torpaq sahəsi var: "Ümumilikdə Ağdam, Əsgəran və Xocalı rayonlarından danışsaq, 50 min hektardan çox əkinəyararlı torpaq sahəsinin 24 min hektarı hələ dövriyyəyə cəlb olunmayıb. Yəni istifadə üçün hazırdır. Buradan üzümü tutaraq, istər Ağdamdan olsun, istər qeyri-Ağdamdan olsun, bütün sahibkarlara, bütün bəylərimizə müraciət edirəm: gəlin, torpaq da var, infrastruktur da var, dövlətin dəstəyi də var.
Yetər ki, siz bunu, istəyəsiniz, buna inanasınız və indiyədək göstərdiyiniz bu performansı, fəaliyyət müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə göstərəsiniz, sərgiləyəsiniz. Bu, məhz bu işlərin nə qədər dayanıqlı olduğunu nümayiş etdirəcək.
Yəni, dövlətdən təkcə bütün cavabları gözləməyək. Dövlət üzərinə düşəni artıqlaması ilə edir. Lazımdır ki, sahibkar da bu gün dövlətin yanında olsun və onun üzərinə düşənə də sahib çıxsın.
Bununla bağlı qeyd etmək istəyirəm ki, bilirsiniz, bu təkcə bir təsərrüfatçılıq, biznes, sahibkarlıq deyil. İşğaldan azad olunmuş ərazilərdə sahibkarlıq fəaliyyəti göstərməyin xüsusi, başqa bir önəmi var.
İqtisadiyyatda sahibkarlıq dəstəyindən danışanda biz həmişə öyrənmişik ki, sahibkarlığın əsas məqsədi öz gəlirini, öz mənfəətini maksimumlaşdırmaqdır. Aydındır, bu belədir. Amma işğaldan azad olunmuş ərazilərdə bu, həm də bir şərəf məsələsidir. Həm də bu torpaqların dirçəlməsidir.
Sizin də bu torpaqların dirçəlməsinə, burada həyatın qayıtmasına verə biləcəyiniz hər bir töhfə insana nə qədər böyük bir xoşbəxtlik verir. Mən inanıram ki, bunu sözlə ifadə etmək çox çətindir".
14-08-2026, 13:37
25-12-2019, 15:19
14-11-2016, 17:37
13-10-2014, 13:21
27-12-2013, 22:51
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?