GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda FIFA U-15 dünya çempionatından möhtəşəm görüntülər - YENİLƏNİB

Bakıda FIFA U-15 dünya çempionatından möhtəşəm görüntülər - YENİLƏNİB

Tarix: 25-10-2026, 10:50 Bölmə :Ölkə Baxış: 5


Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib.

Gundemxebertv.com xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Festivalın Təşkilat Komitəsinin sədri Samir Şərifov Azərbaycanın FIFA-nın 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalına ev sahibliyi etməsindən qürur duyduğunu bildirib:

“Milli Təşkilat Komitəsi adından bu tarixi hadisədə – FIFA-nın 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında hər birinizi salamlamaq mənim üçün xüsusi şərəfdir. Azərbaycana xoş gəlmisiniz! Bakıya xoş gəlmisiniz! Azərbaycan 189 ölkənin milli komandalarını bir araya gətirən bu ilk dünya çempionatına ev sahibliyi etməkdən sonsuz qürur duyur. Bu gün Yer kürəsinin demək olar ki, hər guşəsindən olan yeniyetmə futbolçular öz ölkələrini dünya çempionatı səhnəsində təmsil etmək kimi böyük şərəfə nail olublar”.

Təşkilat Komitəsinin sədri FIFA-nın və qurumun prezidenti Canni İnfantinonun bu təşəbbüsünü, həmçinin Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndirdiklərini vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyini və turnirin reallaşması üçün göstərdiyi hərtərəfli dəstəyi xüsusi qeyd edib.

Samir Şərifovun sözlərinə görə, bu turnir sadəcə gələcəyin ulduzlarını üzə çıxarmaqla məhdudlaşmır: “Bu, hər bir oyunçunun dəyərli, hər bir komandanın öz yerinin olduğu və hər bir gəncin yarışmaq, inkişaf etmək, eləcə də arzularının ardınca getmək şansına layiq olduğu həqiqətinin təntənəsidir”.

S.Şərifov turnirin təşkilinə töhfə verən tərəfdaşlara, təşkilatçılara, məşqçilərə, hakimlərə, könüllülərə, həmçinin futbolçuları dəstəkləyən ailələrə və ölkələrə təşəkkürünü bildirib.

O, gənc futbolçulara müraciət edərək dünya çempionatı və festivalının özlərini göstərmək üçün böyük fürsət olduğunu vurğulayıb:

“Siz dünya futbolunun gələcək nəslisiniz. Ümidvarıq ki, gələcək yolunuz sizi dünya futbolunun zirvəsinə, yaxud digər sahələrdə nailiyyətlərə aparmasından asılı olmayaraq, siz Bakını, Azərbaycanı hər zaman həyatınızda unudulmaz bir mərhələnin başladığı yer kimi xatırlayacaqsınız”.

Samir Şərifov çıxışının sonunda hər bir iştirakçıya uğurlar arzulayıb, ilk FIFA U-15 dünya çempionatı və festivalının möhtəşəm futbol, ömürlük dostluqlar və unudulmaz anlarla yadda qalmasını diləyib.

Çempionatın açılış mərasimində çıxış edən FIFA prezidenti Canni İnfantino futbolun qlobal mahiyyətini vurğulayaraq, bütün istedadlı gənclərə özlərini göstərmək imkanının yaradılmasının vacibliyini bildirib: “FIFA üçün dünyanın hər guşəsindəki istedadlara özlərini təsdiq etmək şansı vermək mühümdür. Biz hər bir ölkəyə böyük hədəflər qurmaq imkanı yaratmalıyıq. U-15 dünya çempionatı və festivalı həqiqətən də dünyanı bir araya gətirir. İlk dəfədir ki, Bakıda 189 komandanı, 3 mindən çox oyunçu və rəsmi şəxsi bir araya toplayırıq”.

FIFA rəhbəri turnirin yüksək səviyyədə təşkilinə və göstərilən hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, onun komandasına və təşkilatçılara minnətdarlığını ifadə edib.

Çıxışlardan sonra tədbirin bədii hissəsi təqdim olunub və iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Qeyd edək ki, turnirin ilk oyunlarına bu gün start verilib. İlk dəfə keçirilən turnir FIFA-ya üzv 189 milli assosiasiyadan olan gənc futbol istedadlarını Bakıda bir araya gətirir. Minə yaxın qarşılaşmanın nəzərdə tutulduğu turnirdə Azərbaycan yığması ilk oyununu bu gün Bakı Kristal Zalında Timor-Leste komandasına qarşı keçirəcək.

***

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi başlayıb.

Gundemxebertv.com AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Bakı Kristal Zalında keçirilir.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə ilk oyununu bu gün Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək. 189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən gənc futbolçuları bir araya gətirəcək.

***

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək.

Gundemxebertv.com xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək.

Dünya çempionatında 189 ölkənin iştirakı ilə minə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Yarışın açılış və bağlanış mərasimləri, eləcə də ilk və final oyunları “Kristal Zal”da baş tutacaq.

Azərbaycan dünya çempionatında Famil Xəlilovun başçılıq etdiyi U-16 yığması ilə təmsil olunacaq. Komanda “AF” qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste yığmaları ilə mübarizə aparacaq. Millimiz turnirdə ilk oyununu bu gün saat 19:30-da Timor-Leste kollektivinə qarşı keçirəcək.

Qeyd edək ki, dünya çempionatının rəsmi açılış mərasimi bu gün saat 19:00-da "Kristal Zal"da təşkil olunacaq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FİFA prezidenti: Azərbaycan dünya çempionatına ev sahibliyi edə bilər

    FİFA prezidenti: Azərbaycan dünya çempionatına ev ...

    2-04-2016, 01:40

  • 
  • Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

    Prezident və ailəsi FIFA U-15 dünya çempionatının ...

    25-10-2026, 10:48

  • 
  • Dünya çempionatının kuboku İlham Əliyevə təqdim edildi — FOTO / YENİLƏNİB

    Dünya çempionatının kuboku İlham Əliyevə təqdim ...

    10-02-2018, 11:00

  • 
  • Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib

    Futbol üzrə dünya çempionatının Kubokunun əsli ...

    9-02-2018, 15:10

  • 
  • Futbol üzrə Dünya Çempionatının başlamasına saatlar qaldı - CANLI YAYIM

    Futbol üzrə Dünya Çempionatının başlamasına ...

    14-06-2018, 15:22


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (836)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu