GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Baş prokuror onlarla görüşdü

Baş prokuror onlarla görüşdü

Tarix: Bu gün, 12:24 Bölmə :Ölkə Baxış: 1


Oktyabrın 29-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü ilə əlaqədar ölkəmizdə səfərdə olan Kamerunun Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Diedonne Massi və Banqladeşin Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Castis Akm Əsədüzzamanı qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gundemxebertv.com-a bildirilib ki, görüşlərdə Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülən tədbirlər, habelə əldə olunan nəticələr barədə məlumat verib. O, bu sahədə hüquqi və institusional mexanizmlərin davamlı təkmilləşdirilməsinin, müasir idarəetmə vasitələrinin tətbiqinin və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb.

Baş prokuror, həmçinin, Azərbaycan Respublikasının prokurorluq orqanlarının beynəlxalq və regional təşkilatlarla, eləcə də xarici dövlətlərin prokurorluq və digər hüquq-mühafizə orqanları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini bildirərək, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması baxımından institusional əlaqələrin, təcrübə və məlumat mübadiləsinin inkişafının vacibliyini diqqətə çatdırıb.

Kamerunun Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Diedonne Massi ilə görüşdə Azərbaycan və Kamerun arasında dostluq münasibətlərinin Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək əsasında inkişaf etdiyi vurğulanıb. Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsində təhsil sahəsində həyata keçirilən təşəbbüslərin əhəmiyyəti qeyd olunaraq, Kamerun vətəndaşlarının ölkəmizin beynəlxalq təhsil qrantı proqramlarından faydalanması məsələsinə toxunulub.

Həmçinin, Azərbaycan Respublikasının Prokurorluq orqanları ilə Kamerunun Milli Korrupsiyaya Qarşı Mübarizə Komissiyası arasında əməkdaşlığın inkişaf etdirilməsi, korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması və birgə təşəbbüslərin həyata keçirilməsi imkanları müzakirə olunub.

Banqladeşin Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının sədri Castis Akm Əsədüzzaman ilə görüşdə isə korrupsiyaya qarşı mübarizə sahəsində ikitərəfli institusional əlaqələrin genişləndirilməsi məsələlərinə diqqət yetirilib. 

Baş prokuror müasir dövrdə korrupsiya cinayətlərinin müxtəlif formalarda və transmilli xarakter daşımaqla təzahür etdiyini qeyd edərək, onların qarşısının alınması və aşkar edilməsi üzrə fəaliyyətin səmərəliliyinin artırılması üçün qabaqcıl təcrübənin öyrənilməsi, operativ məlumat mübadiləsi və qarşılıqlı hüquqi əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. Bu baxımdan, Azərbaycanın Prokurorluq orqanları ilə Banqladeşin Korrupsiyaya Qarşı Mübarizə Komissiyası arasında əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin təşviq edilməsi məsələləri diqqətə çatdırılıb.

Hər iki qonaq İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün yüksək səviyyədə təşkil olunmasına və uğurla keçirilməsinə, eləcə də onlara göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirərək, ölkəmizi bu mühüm beynəlxalq tədbirin uğurla keçirilməsi münasibətilə təbrik ediblər. Onlar korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsinin və müvafiq qurumlar arasında institusional əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşlərdə, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Kamerunun və Banqladeşin müvafiq qurumları arasında maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı təmasların bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunub.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Misir Ərəb Respublikasının nümayəndə heyəti Bakıda

    Misir Ərəb Respublikasının nümayəndə heyəti Bakıda ...

    26-05-2016, 22:06

  • 
  • Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edildi

    Korrupsiyaya qarşı Əməkdaşlıq üzrə Bakı ...

    7-06-2017, 14:08

  • 
  • Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq  davam etdirilir

    Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq ...

    1-06-2016, 00:05

  • 
  • Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq edəcəklər

    Azərbaycan və İran korrupsiyaya qarşı mübarizədə ...

    18-06-2018, 10:04

  • 
  • Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində tədbir keçirib

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə ...

    18-05-2016, 19:25


Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

Oktyabr 2026 (978)
Sentyabr 2026 (1101)
Avqust 2026 (1256)
İyul 2026 (463)
İyun 2026 (419)
May 2026 (422)
Aprel 2026 (396)
Mart 2026 (361)
Fevral 2026 (419)
Yanvar 2026 (318)
Dekabr 2025 (500)
Noyabr 2025 (419)
Oktyabr 2025 (514)
Sentyabr 2025 (555)
Avqust 2025 (559)
İyul 2025 (578)
İyun 2025 (427)
May 2025 (452)
Aprel 2025 (548)
Mart 2025 (346)
Fevral 2025 (518)
Yanvar 2025 (523)
Dekabr 2024 (568)
Noyabr 2024 (572)
Oktyabr 2024 (690)
Sentyabr 2024 (594)
Avqust 2024 (652)
İyul 2024 (677)
İyun 2024 (509)
May 2024 (620)
Aprel 2024 (571)
Mart 2024 (449)
Fevral 2024 (566)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (578)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (611)
Yanvar 2023 (497)
Dekabr 2022 (634)
Noyabr 2022 (515)
Oktyabr 2022 (423)
Sentyabr 2022 (517)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (765)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (279)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu