Gundemxeber.az » Ölkə » AzTU YTİ direktoru NDU-da mühazirə oxuyub
Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun (YTİ) direktoru Aynurə İsmayılova Naxçıvan Dövlət Universitetinin (NDU) magistrant və doktorantlarına “Magistr dissertasiyası: layihə kimi” mövzusunda mühazirə deyib.
Gundemxebertv.com xəbər verir ki, mühazirədə AzTU təcrübəsi əsasında magistratura və doktorantura təhsilinin təşkili, tədqiqat fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi və elmi potensialın inkişafı məsələlərinə toxunulub. Dissertasiya işlərinin sənaye problemlərinin həllinə yönəldilməsi, layihə idarəetməsi yanaşmasının tətbiqi və elmi nəticələrin praktikaya inteqrasiyasının əhəmiyyəti vurğulanıb.
Praktiki hissədə Naxçıvanın Darıdağ arsenli mineral suyu real tədqiqat nümunəsi kimi təqdim olunub. İştirakçılar tədqiqatın mərhələləri, resursların müəyyənləşdirilməsi və layihə planının hazırlanmasını müzakirə ediblər.
Sonda magistrant və doktorantların sualları ətraflı cavablandırılıb.
2-09-2026, 17:27
14-09-2026, 21:20
29-03-2022, 13:10
8-10-2026, 12:06
15-10-2026, 10:44
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?