Gundemxeber.az » Ölkə » Azərbaycanda bu sektorda sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək
"Vergitutma bazasının genişləndirilməsi məqsədilə növbəti ildən aksizə cəlb olunan malların siyahısının artırılması da nəzərdə tutulur. Vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi istiqamətində vətəndaşlarımız üçün maraqlı ola biləcək yeni bir yanaşma vardır. Dəyişikliklər layihəsində ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur".
Gundemxebertv.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O.Nəzərli bildirib ki, hazırda ƏDV ödəyicilərindən alınan mal və xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi tətbiq olunur:
"Gələn ildən isə ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərindən alınan mal və xidmətlərə görə nağdsız qaydada ödənilmiş məbləğin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması təklif olunur. Vergi nəzarətinin effektivliyinin artırılması istiqamətində nəzərdə tutulan mühüm yeniliklərdən biri yanacağın markalanması və izlənilməsi mexanizminin tətbiqi ilə bağlıdır. Dövlət Vergi Xidməti tərəfindən uzun müddətdir ki, bu sahədə beynəlxalq təcrübə və mümkün tətbiq mexanizmləri araşdırılır. Aparılmış təhlillər və hazırlıq işləri nəticəsində artıq bu mexanizmin praktik tətbiqinə keçid üçün imkanlar formalaşıb. Beləliklə, daxili istehsal və idxal olunan yanacaq məhsullarına tədarük, daşınma və satış mərhələlərində vergitutma və dövriyyə üzrə zəncirboyu nəzarətin təmin edilməsi məqsədilə, beynəlxalq təcrübəyə uyğun olaraq yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizminin tətbiqi nəzərdə tutulur".
Xidmət rəisi qeyd edib ki, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində də bəzi mühüm yeniliklər var: "Bunlardan biri yükdaşıma sektorunda sadələşdirilmiş vergi rejiminin tətbiqidir. Sahibkarlıq subyektləri ilə aparılan müzakirələrin nəticəsi olaraq bu təklif irəli sürülüb. Belə ki, ölkədaxili yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə gəlirlərin vergiyə cəlb edilməsində 5 il müddətinə alternativ olaraq 8% dərəcə ilə sadələşdirilmiş verginin tətbiqi hüququnun verilməsi təklif olunur. Kapital bazarlarının inkişafının dəstəklənməsi cari ildə də vergi siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Bu istiqamətdə səhm və istiqraz bazarlarının inkişafını stimullaşdıran vergi təşviqlərinin tətbiqi siyasəti davam etdirilcək".
Bu gün, 12:30
11-03-2026, 20:31
Bu gün, 11:53
3-12-2021, 12:18
9-06-2016, 16:42
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?