Gundemxeber.az » Ölkə » Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
"Bakı Metropliteni" QSC-də 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində iş rejimi dəyişdiriləcək.
Bu barədə Gundemxebertv.com-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək; "İçərişəhər", "Sahil" və "28 May" stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, nəzarət gücləndiriləcək; "İçərişəhər–Həzi Aslanov" və əksinə istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə aralığında olacaq; ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
"Bənövşəyi" xətdə hərəkət bazar günü qrafikinə uyğun təşkil ediləcək, "Yaşıl" xətdə isə mövcud qrafik saxlanılacaq.
13-09-2017, 22:46
26-12-2018, 12:24
25-08-2026, 11:27
11-09-2018, 11:00
13-10-2026, 14:02
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?