Gundemxeber.az » Ölkə » ASA “QS Stars” audit qiymətləndirməsində 5 ulduza layiq görülüb
Azərbaycan İdman Akademiyası (ASA) dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds (QS)” tərəfindən həyata keçirilən “QS Stars” beynəlxalq audit qiymətləndirməsində ən yüksək nəticə hesab edilən 5 ulduza (“mükəmməl”) layiq görülüb.
Gundemxebertv.com xəbər verir ki, ASA audit çərçivəsində 9 kateqoriya üzrə qiymətləndirilib, onlardan 5-də 5 ulduz (“mükəmməl”), digər 4-də isə 4 ulduz ("çox yaxşı") nəticəsi əldə edib. Akademiyanın tədris, infrastruktur, məzunların məşğulluğu, müxtəliflik və inklüzivlik və səmərəli idarəetmə kateqoriyaları üzrə nəticəsi 5 ulduzdur (“mükəmməl”).
Qeyd edək ki, ASA dünyada bu nəticəni əldə edə edən ilk idman profilli ali təhsil müəssisəsidir.
ASA-nın 5 ulduza layiq görülməsi Azərbaycanda idman təhsilinin beynəlxalq səviyyədə tanınması və Akademiyanın qlobal ali təhsil məkanında mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm nailiyyətdir. Bu uğur ASA-nın beynəlxalq keyfiyyət standartlarına uyğun inkişafının və ali idman təhsili sahəsində artan nüfuzunun göstəricisidir.
“QS Stars” ali təhsil müəssisələrinin fəaliyyətini beynəlxalq səviyyədə qiymətləndirən nüfuzlu sistemlərdən biridir. Bu sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən edərək onların dünya miqyasında tanınmasına töhfə verir.
28-05-2018, 19:17
4-02-2016, 22:32
30-08-2026, 17:04
1-08-2013, 17:54
16-06-2015, 09:43
Sorğu
Yeni dizaynımız necədir?