GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Deputatımızın oğlu 2 qadına 8 güllə atdı

Deputatımızın oğlu 2 qadına 8 güllə atdı

Tarix: 6-03-2014, 21:28 Bölmə :Ölkə Baxış: 793
Deputatımızın oğlu 2 qadına 8 güllə atdı
Ayaz Orucovun övladının atəş açdığı qadından dəhşətli açıqlamalar; İsmayıl Orucov iki qadının olduğu maşını təqib edərək avtomobilə səkkiz güllə atıb; Aynurə Cəfərova: “Ramilə Süleymanova pul alıb onlarla razılaşdı, mən isə deputatın qudurğan oğlunun cəzalandırılmasını tələb edirəm”
Bir neçə gün əvvəl deputat Ayaz Orucovun oğlunun Bakıda bir maşını gülləyə tutması haqda xəbər yayıldı. Həmin xəbərdə deyilirdi ki, deputat oğlu bahalı “Mercedes” avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Məlumatda bildirilirdi ki, onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövsələdən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib.
Sonradan isə olay 30 min manat kompensasiya müqabilində həll edilib. Maraqlıdır ki, bu xəbər yayılandan sonra deputat yazılanları yalana çıxarmağa çalışdı, xəbəri “müxalifyönlü mətbuatın növbəti uydurması” adlandırdı. Lakin “Yeni Müsavat”ın müxbiri məsələni araşdırıb və hadisənin təfərrüatlarını üzə çıxarıb.
Məlum oldu ki, ötən il, noyabrın 13-dən 14-nə keçən gecə deputat Ayaz Orucovun oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb.
Həmin vaxt “Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub.
Ailəli olan xanımların güllə atəşinə tutmasının səbəbini sonradan deputat oğlu “kefinin köklüyü” ilə izah edib.
A.Cəfərova olayın baş verməsini və sonrakı prosesləri “Yeni Müsavat”a danışmağa razı olub: “Həmin hadisədən əvvəl anam rəhmətə getmişdi. Evdə darıxırdım, ürəyim sıxılırdı. Rəfiqəm Ramiləyə zəng elədim ki, maşınla gəl, məni bir qədər havaya çıxar, sıxılıram. Sağ olsun, gəldi və biz buradan, ”Olimp" mağazasının yanından üzü Azadlıq prospektinə tərəf getdik. Prospektə az qalmış ağ rəngli, “Mercedes Galenvagen” bizim olduğumuz “Nissan Juke”un arxasınca düşdü. O maşından əcaib səslər çıxırdı, polis maşınlarında olduğu kimi işıqları vardı. Əvvəlcə elə bildik ki, “QAİ” maşınıdır. Sağımıza, solumuza keçirdi. Biz biləndə ki, polis deyil, onlara fikir verməməyə başladıq. Onlar bizdən əl çəkmədilər. Binəqədini bir neçə dəfə fırlandıq ki, bizdən əl çəksinlər. Özlərində deyildilər. Maşının şüşəsini aşağı salmışdılar, az qalırdılar maşından özlərini maşınımızın üstünə atsınlar. Gülürdülər, səslərini atmışdılar başlarına. Bu adamlar spirtli içkinin təsiri altında olana oxşamırdı. Gözləri hədəqədən çıxmışdı. Hərəkətləri də normal insanın etdiyi hərəkətlər deyildi. Ramilə 4-cü mikrorayonda olur. O istədi ki, maşını evinin qabağına sürsün. Mən dedim ki, evin qabağında maşını saxlama, bunlar özlərində deyillər. Sür məhlələrin arasına, azdıraq onları. “Qızıltac” restoranının arxasında sanki bir tappıltı gəldi. Ramilədən soruşdum ki, bu nə səsdir? Dedi ki, deyəsən, maşına daş atırlar. Bizim heç ağlımıza gəlməzdi ki, maşına güllə atarlar. Sonradan bir də həmin səs gəldi. Onda mən dedim bizə silahdan atəş açırlar. Ramilə inanmırdı, istəyirdi maşını saxlasın. Ramiləyə dedim ki, o adamlar özlərində deyil, onlardan hər nə desən gözləmək olar, maşını saxlama. “Leyla” şadlıq evinin qarşısına çıxanda yenə iki atəş açıldı. Artıq mən dəqiq bilirdim ki, bizə güllə atırlar. Ramilə inanmırdı. Fikirləşirdik ki, yəni belə şey ola bilər? Belə qudurğanlıq olar? Bir az qabaqda svetofor qırmızı oldu. Ramilə ora yaxın yerdə yaşayır. İstəyirdi ki, məhləyə girsin. Mən qoymadım ki, bunlardan hər şey gözləmək olar. Adamın başına silah dirəyərlər. Svetoforda sonradan İsmayıl Orucov olduğunu bildiyimiz şəxs əlini pəncərədən çıxarıb bizim olduğumuz maşının şüşəsinə yumruq vurub tələb edirdi ki, şüşəni açaq. Qışqırırdı, deyirdi ki, pəncərəni aç. Yaşıl yananda Ramilə sürdü. Gəlib qoşa “Lukoyl” “zapravka”sınının yanına çatıb dönəndə arxadan maşına daha iki atəş açıldı. Ramilənin maşınının arxa şüşəsi dağılıb töküldü. Bundan sonra qaçıb getdilər".
A.Cəfərova deyir ki, maşını saxlayan R.Süleymanova polisə zəng vurub: “Düşüb ”102" xidmətinə zəng elədik. Ora Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsindən gəldilər. Müəyyən elədilər ki, həmin maşın kimindir. Bizi səhəri gün Binəqədi polisinə çağırdılar. Orada çox cəhdlər oldu ki, biz şikayətimizi geri götürək. Deputatın oğlu və yanında olan da orada oturub gülürdülər. Açıq şəkildə dedilər ki, kefimiz əla olub eləmişik. Yəni ki, kefimiz yaxşı olanda nə istəyirik onu da eləyə bilərik. Biz şikayətimizi geri götürməyəndə işi verdilər müstəntiqə".
A.Cəfərova hər iki şəxsin cəzalandırılmasını tələb edir: “Ramilə İsmayılova pul alıb çəkildi kənara. Mən pul istəmirəm. Bu cinayətin araşdırılmasını tələb edirəm. Bu adam bizim həyatımıza qəsd edib. Həmin məqamda Ramilə maşını divara vura bilərdi, aşırardı. Atılan güllə bizi öldürə bilərdi. Bu adamlar şəhərdə əli silahlı gəzirlər. Keflərinin kök vaxtında kimi istəsələr güllələyəcəklər. Bizi Allah qoruyub. Biz bu işin Binəqədidən alınıb Baş Prokurorluqda araşdırılmasını tələb edirik”.
A.Cəfərova bildirdi ki, hadisədən təxminən 15 gün sonra deputatın adından onlarla Miryaqub adlı şəxs danışığa gəlib: “Görüş Ramilənin evində oldu. Ramilə pul alıb onlarla razılaşdı. Mən ora yoldaşımla getmişdim. Miryaqub bizi hədələdi ki, bilirsiz heç o adam kimdir, kimin oğludur?! Mən də dedim ki, o kimin oğludur, kimdir heç fərq eləmir. Biz cənab prezidentə arxayınıq. Kim olursa-olsun, qudurğanlıq edirsə, qanunsuzluq edirsə, dərhal cəzalandırılmalıdır. Nəyə görə deputatın oğlu küçənin ortasında tanımadığı, bilmədiyi bir vətəndaşa güllə atmalıdır? Bunu araşdırmaqdansa üstəlik mənə hədə-qorxu gəlirlər!!! Yəni ölkədə bu qədər özbaşınalıqdır? Mənə maraqlı deyil o kimin oğludur. Bu adamın cəzalandırılmasını tələb edirəm. Bu ölkədə hər məsələyə prezident qarışmalıdır ki, qudurğanlığın qarşısı alınsın?”
A.Cəfərovanın atası Novruz Cəfərov deyir ki, deputat belə bir hadisənin baş verməsini inkar etsə də, faktiki olay baş verib: “Ayaz Orucov düz demir. Faktiki olaraq belə bir hadisə olub. O deyir ki, oğlum cinayət edibsə, qoy onu həbs etsinlər. Mən də deyirəm ki, onun oğlu cinayət edib. Onun oğlu İsmayıl 4 ay əvvəl, 2 qadının olduğu maşına tapançadan 8 dəfə atəş açanda həbs edilməliydi. Biz ”102 xidməti"nə, Baş Prokurorluğa müraciət etmişik. Amma İsmayıl Orucova “gözün üstə qaşın var” deyən yoxdur. Deputat oğluna qudurğanlıq etməyə kim icazə verib? Prezident çıxış edir, deyir ki, qudurğanlıq edən məmur övladları həbs olunmalı, valideynləri barədə də ölçü götürülməlidir. Dörd aydır ki, biz mətbuata açıqlama verməyərək gözləyirdik ki, bir ölçü götürülər. Mən bir ata kimi prezident İlham Əliyevə müraciət edirəm. Mənim qızıma atəş açıblar. Bu hadisə meşədə, dağda baş verməyib. Bakının ortasında olub. Deputatın oğlu bir maşını gülləbaran edib. Bu adam cəmiyyət üçün təhlükəlidir. Sabah o, başqalarının da qızına, gəlininə güllə atacaq. Bizim tək istəyimiz və tələbimiz bu adamın barəsində lazımi tədbirin görülməsidir. Bizim Ayaz Orucov və onun ətrafı ilə heç bir ədavətimiz yoxdur. Bu hadisə baş verməsəydi, biz heç onu tanımayacaqdıq da".
N.Cəfərovdan bu hadisənin baş verməsinin səbəbini soruşduq. Cavabı belə oldu: “Sadəcə, qudurğanlıqdan, harınlıqdan, özbaşınalıqdan baş verib bu hadisə. Bizim ailəmizdə hər kəs başını aşağı salıb öz işi ilə məşğul olur. Bu adamlar o qədər qudurub ki, kimə istəyirlər atəş açırlar”.
N.Cəfərov prezidentdən kömək istədiklərini dedi və məsələnin araşdırılmasını öz nəzarətinə götürməsini xahiş etdi.
Onu da qeyd edək ki, gunxeber.com saytı bu hadisədən bir neçə gün sonra A.Orucovun oğlunu ölkədən çıxarması haqda məlumat yayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
E.MƏMMƏDƏLİYEV
Deputatımızın oğlu 2 qadına 8 güllə atdı
Deputatımızın oğlu 2 qadına 8 güllə atdı
Deputatımızın oğlu 2 qadına 8 güllə atdı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda deputat oğlu ilə bağlı ŞOK məlumat: o, kimin maşınını atəşə tutdu?

    Bakıda deputat oğlu ilə bağlı ŞOK məlumat: o, ...

    1-03-2014, 11:13

  • 
  • ŞOK: Deputat oğluna ölkədən çıxış yasaqlandı

    ŞOK: Deputat oğluna ölkədən çıxış yasaqlandı ...

    7-03-2014, 18:17

  • 
  • Deputatın qardaşı oğlu icra başçısına güllə atdı -  ŞOK

    Deputatın qardaşı oğlu icra başçısına güllə atdı ...

    12-07-2016, 22:36

  • 
  • Deputatın obyektlərini sökürlər

    Deputatın obyektlərini sökürlər ...

    2-12-2013, 17:00

  • 
  • ŞOK: Dörd biznesmen deputatın “qələmi qırılıb”

    ŞOK: Dörd biznesmen deputatın “qələmi qırılıb” ...

    1-04-2014, 10:28


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu