Gundemxeber.az » Ölkə » Mədəniyyət və Turizm sistemində korrupsiya Tuğyan edir

"Kütləvi informasiya vastələrində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində şahidi olduğum korrupsiya halları barədə yazılarım getdikdən sonra 31.07.2014-cü il tarixdə Ş.Hümbətova və ƏDİRƏF MMC nin sahibi Fəridə Allahverdiyeva mənim yanıma gələrək əvvəlcə mənə yumuşaq tərzdə birdə belə şeylər yazma, onsuzda baxan olmayacaq dedilər. Əgər birdə şikayət etməsəm barəmdə verilmiş Əmrin ləğv edilməsində mənə köməklik edəcəklərini bildirdilər. Mən isə öz növbəmdə tutduğum düzgün bildiyim yoldan dönməyəcəyimi qeyd etdim. Mən dövlətimə inanıram. Bilirəm ki, axır-əvvəl cənab İlham Əliyev bu məsələdən xəbər tutacaq və mənə kömək edəcək. Belə olduqda Ş.Hümbətova məni qohumlarımın yanında təhdid etməyə başladı. Sənin başına oyun açacam, oğlanlarım və yoldaşım səni "başa salacaq", sən hələ bilmirsən kiminlə mübarizə aparırsan, məhkəmədə işçiləri sənin üzünə qoyduracam, səni tutduracam kimi sözlərlə məni təhdid etdi. Mən isə DİN-ə bu məsələ ilə bağlı rəsmi şikayət etdim. Göygöl rayon Polis şöbəsinin əməkdaşı Namiq müəllim məndən bu işlə bağlı izahat aldı. Ancaq çox təəsüüflər olsun ki, hələdə təhdid edilməyimlə bağlı heç bir tədbir görülməyib. Məni ailə üzvlərimin yanında təhdid etmə curəti tapan Ş.Hümbətova barəsində heç bir tədbir görülməyib.17-08-2014, 10:14
30-03-2016, 01:04
2-05-2014, 09:47
12-05-2020, 11:01
27-01-2016, 13:35
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?