GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » SSRİ kriminalının atası Vasya Brilyantın həyat hekayəsi

SSRİ kriminalının atası Vasya Brilyantın həyat hekayəsi

Tarix: 20-12-2014, 23:10 Bölmə :Ölkə Baxış: 0
SSRİ kriminalının atası Vasya Brilyantın həyat hekayəsi

“Onlar gəlirlərinin 10 faizini cinayətkar birliyə verəcəklərinə söz verirlər”SSRİ kriminalının atası Vasya Brilyantın həyat hekayəsi
Rəsmi adı Vladimir Petroviç Babuşkin olan Vasya Brilyant SSRİ-dəki kriminal dünyanın Allahı kimi qəbul olunub.

Vasya Brilyantın taclandırdıqları arasında azərbaycanlı kriminal avtoritet Bəxtiyar Ağababaoğlu Kərimov (Lotu Bəxtiyar) da olub.

Müxtəlif məhkəmələrdə üst-üstə haqqında 90 il hökm oxunan Vladimir Petroviç Babuşkin 19 mart 1928-ci ildə Həştərxanda dünyaya göz açıb.

SSRİ kriminalının atası Vasya Brilyantın həyat hekayəsi

İkinci Dünya Müharibəsi başa çatandan sonra Həştərxanda bir tikə çörək tapmaq məqsədi ilə vağzal və bazarlarda var gəl edən ac-yalavac avaraların arasında Vasya Brilyant da olub. Bu ac sakinləri QULAQ dəyirmanından çıxmış qoca və təcrübəli cinayətkarlar öz himayəsinə götürürdü. “Starik”lər bu, cavanlara kriminal aləmin qaydalarını öyrədirdilər. O zamanlar cibgirlər kriminal aləmin “aristokratlar”ı sayılırdı. Təbii ki, Vasya da istisna deyildi. O böyüklərin danışdıqlarını süngər kimi içinə çəkirdi. Vasyaya kriminal aləmlə bağlılığı olan hər şey maraqlı idi.

40-cı illərin sonunda Vasya cibgirliyə görə Volskda tutulub. 1949-cu ilin noyabrında Volskdakı “SİZO-2” təcridxanasına gətirilib.

1950-ci ildə Saratov məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Həbsi isə 28 oktyabr 1949-cu ildən hesablanıb. Qazaxıstan məhkəməsi 1951-ci ildə Vasyanı 25 il azadlıqdan məhrum edib. Daha sonra Vasya yenə də Qazaxıstan məhkəməsi tərəfindən 25 il azadlıqdan məhrum olunub.

1965-ci ildə banditizmə görə 15 il, 1971-ci ildə Sverdlovskda daha 15 il azadlıqdan məhrum edilib.

Vasya Brilyant 1969-cu ildə Maxarbek Petroviç Karqayevi (Ruslan), 1970-ci ildə Eduard Pavloviç Krasnovu (Edik Krasnıy), 1978-ci ildə Georgi Qriqoryeviç Nijaradzeni (Jora Şahmatist), 1981-ci ildə Fərid Kəbiroviç Həbibullini (Fərid Rezanıy Kazanskiy) 1982-ci ildə Zima Vasyanı, Arkadiy Qriqoryeviç Çandekovu (Arkan), Oleq Viktoroviç Surkovu (Flyaqa), 1984-cü ildə Valeriy Əsgəroviç Beştapovu (Valera Tatarin) taclandırılıb. Vasya Brilyant ümumilikdə 30-a yaxın qanuni oğrunu taclandırıb.

O, hökm üzrə ona oxunmuş cəzaları heç vaxt axıra qədər çəkməyib. Həyatının 40 ilini həbsxanalarda keçirən Vasya Brilyant 3 dəfə həbsxanadan qaçıb.

1982-ci ildə azərbaycanlı kriminal avtoritet Bəxtiyar Kərimov (Lotu Bəxtiyar) Moskva ətrafındakı Vladimir həbsxanasında Vasya Brilyant tərəfindən taclandırılıb.

Vasya Brilyant digər əslən rus olan avtoritetlər kimi, ənənəvi oğru qanunlarını müdafiə edərək siyasətə qarışmayıb. Bu fikri Lent.az-a açıqlamasında yazıçı Bəhram Çələbi bildirdi: “Onlar hər şeydə sərt qayda-qanunun tərəfdarı idilər. Bu qəbildən olan oğruların ən parlaq siması Vasya Brilyant idi. Vasya çox oğruları taclandırıb. Taclandırma bir qayda olaraq, həbsxanaların xəstəxanalarında keçirilib. Bəxtiyarı da Vasya taclandırmışdı. Əsasən, “sxodka”larda qərar verilirmiş ki, filan türmədə, məsələn Vladimir türməsində belə uşaqlar var, onları taclandırmaq lazımdır. Taclandırma mərasimini təşkil etmək üçün kiçik bir cinayət törədib türməyə giriblər, yaxud da yatdıqları türmədən o birinə “perevod” alıblar”.

Bəhram Çələbi Vasya Brilyantın qətlində ancaq hökumətin maraqlı ola biləcəyini dedi: “Hökumət Vasya Brilyantı çoxdan aradan götürmək istəyirdi. Çünki əsas ideya verən, yol göstərən o, idi. Onu Permdə “Belıy lebed”də boğub öldürüblər. “Belıy lebed”i xüsusi olaraq kriminal avtoritetləri sındırmaq üçün tikmişdilər. Həmin həbsxana indi də qalır. 70-ci illərdən ta 90-cı illərə kimi, özünə “vor zakon” deyənləri “Belıy lebed”ə aparırdılar. Orda onlara işgəncə verirdilər, tanınmaz hala salırdılar.

Vasya bir dəfə müsahibəsində belə bir nümunə göstərir ki, Çində sərçələr taxıl zəmilərini məhv edirmiş. Deyiblər ki, kim nə qədər çox sərçə öldürüb gətirsə onlara mükafat veriləcək. Hamı da sərçələri qırmağa başlayıb. İki ildən sonra görüblər ki, taxıl zəmilərini sərçələrdən daha çox çəyirtkələr məhv edir. Təzədən sərçələri taxıl zəmilərinə buraxmağa başlayıblar. Vasya da deyib ki, bəs, bizdə də Sovet hökuməti dağılandan sonra belə olacaq. Həmin sərçələri, yəni “vor zakonları” özünüz axtaracaqsınız. Vasya Brilyantı muzdlu qatil boğaraq qətlə yetirib. Amma onun ölümü intihar kimi qələmə verilib”.

Vasya Brilyant oğru dünyasının bütün qayda-qanunlarına sidq ürəkdən riayət edib. Bir dəfə kamera yoldaşlarından kimsə Vasyaya belə sualla müraciət edib:

- Vasya, döşəməni süpürmək “padlo”dur?

Vasyanın yuxarıdakı suala cavabı belə olub:

- Əgər mən uçmağı bacarsaydım, o zaman döşəməni süpürməzdim. Ancaq mən bu döşəmənin üzərində gəzirəmsə deməli, oranı təmizləməliyəm.

Hökumət 50-ci illərdən başlayaraq qanuni oğrulara onlarla əməkdaşlıq etməyi təklif edib. İlk növbədə avtoritetləri yola gətirmək üçün yüngül söhbətlər aparılıb. Söhbət baş tutmayan zaman isə işgəncəyə əl atılıb. Zlatoustda Vasyanı elə döyürlər ki, o, böyrəklərini tutub yerə yıxılır. Ağzının içinə sarı hərflərlə üstündə “nizam-intizam və qaydalar seksiyası” yazılmış qırmızı əski basırlar, üstünə isə süpürgə qoyurlar.

Hətta, Vasyanın adından müraciət də yazılmışdı. Hökumət istəyirdi ki, Vasya onların hazırladığı müraciətə imza atsın. Amma Vasya oğru namusuna sadiq qalaraq müraciətə qol çəkmir. Vasya üçün oğru əqidəsi müqəddəs olub. Deyilənə görə, Vasya əqidəsindən imtina etmiş 3 nəfər avtoriteti öldürüb.

1979-cu ildə Kislovodskda keçirilən “sxodka”da qanuni oğrular və “sexovşik”lərin arasında razılaşma bağlanır. Əldə olunmuş razılıq əsasında onlar gəlirlərinin 10 faizini cinayətkar birliyə verəcəklərinə söz verirlər.

1982-ci ildə Tiflisdə daha bir vacib görüş keçirilir. Əsas mövzu hökumətlə əlaqə qurub-qurmamaq olur. Artıq bu məsələnin vaxtı yetişmişdi. Və bu fikrin əleyhinə ən hörmətli oğrulardan biri Vasya Brilyant çıxış edir. O, köhnə qaydalarla gedərək bildirir ki, hökumətlə heç bir razılıqdan söhbət gedə bilməz.

Vasya Brilyant heç nəyə baxmadan, nə adından, nə də klanından imtina edir. Bütün ömrü boyu o bir gün belə hökumətə işləməyib. Ural və Saxalində bir neçə “zon” onun kurasiyasında olub.

Ömrünün son illərində Vasyanı kamerada tək saxlayıblar. Həmçinin, Vasyanın yeri də gizli saxlanılıb. Demək olar ki, onun kamerasına oğruların yolu qapadılıb.

1986-cı il yanvarın 30-da SSRİ-nin Daxili İşlər Nazirliyinin mərkəzi aparatının işçilərindən biri Vasya ilə görüşür. Amma görüş bir neçə dəqiqə davam edir. Bu görüşdən sonra isə Vasya çox yaşamır. Çox güman ki, onu muzdlu qatil boğub öldürüb.

Ölümündən 7 il sonra qəzetlər onun sonuncu müsahibəsini dərc edir. Vasya bu müsahibədə dövlətin ünvanına bir sıra ittihamlar səsləndirir: “Bütün cinayətləri oğruların ayağına yazmayın. Biz öz oğru həyatımızın təmizlik xaçını daşıyırıq. Bu ad sizin böyük dövlət adlı tövlənizdən təmizdir. Bu gün siz bizi ölümə sürükləyirsiniz, amma unutmayın ki, sabah biz gedəndən sonra ilmə sizin boğazınızda daralacaq. Mən boş yerə tək adamlıq kamerada yatmıram. Mən hamını bir yerə (“sxodka”ya) yığmaq istəyirdim. Bratva bilməlidir ki, bizi çürümə gözləyir. Bizi bir-birimizlə vuruşdurmaq istəyirlər. Görünür bu külək Qərbdən əsir. Yəqin bizim fikir birliyimizdən çəkindikləri üçün birliyimizi dağıtmaq istəyirlər. Vladimirda “çentral”da Bukovski ilə görüşmüşdüm. O bizləri siyasətə qoşmaq istəyirdi. Deyirdi ki, kriminal aləm dissidentlərə dəstək olsun. Lakin Qərb ölkələrindən fərqli olaraq bizim sahibimiz yoxdur. Bizim mövqe onların zövqünə uyğun gəlmədi”.

Çoxları məhz Vasyanın həyatının bu müsahibədə səsləndirdiyi fikirlərin güdazına getdiyini düşünür. Ola bilsin, bəlkə də bu sözlər onun həyatına son qoyub.

“Belıy lebed”də dəfnetmə ritualı eynidir. Əvvəlcə mərhum dustağın cənazəsi türmənin maşını ilə qəbiristanlığa gətirilib. Mərhum türmə paltarında olub, baş daşının əvəzinə üstündə yalnız məhbusun nömrəsi yazılmış taxta basdırılıb. Taxtanın üzərində nə ad, nə soyad yazılıb. Qəbiristanlıqda bütün məzarlar bir-birini təkrarlayır. Ancaq bircə qəbir, Vasya Brilyantın məzarı memoriala, oğru dünyasının müqəddəs ziyarətgahına çevrilib
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mafiyanın yeni lideri: “1 nömrəli vor zakon” postuna namizəd müəyyən olundu

    Mafiyanın yeni lideri: “1 nömrəli vor zakon” ...

    6-11-2017, 19:00

  • 
  • Kriminal dünyası yeni müharibə ərəfəsində - Oğru dünyasının yeni "kralı "Şişkan" oldu

    Kriminal dünyası yeni müharibə ərəfəsində - Oğru ...

    28-03-2018, 13:40

  • 
  • Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında atışma -yaralanan var

    Gəncədə kriminal aləmin nüfuzlu şəxsləri arasında ...

    26-10-2017, 11:48

  • 
  • “Kriminal generallar” son 15 ilin ən böyük toplantısını keçirəcəklər – “Şakro”

    “Kriminal generallar” son 15 ilin ən böyük ...

    20-11-2014, 01:23

  • 
  • “Lotu Qoca”nın nəşini qarşılayanlar saxlanılıb

    “Lotu Qoca”nın nəşini qarşılayanlar saxlanılıb ...

    22-08-2013, 11:38


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu