GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"

Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"

Tarix: 1-12-2015, 15:04 Bölmə :Ölkə Baxış: 0
 Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"

"Azərbaycan xalqı məni sevir, onları qoyub gedə bilmərəm"

Xalq artisti Nazpəri Dostəliyeva bir neçə il idi ki, kanallar tərəfindən efirə buraxılmırdı.

Nazpəri xanım bir müddət öncə məsələ ilə bağlı mətbuat konfransı keçirərək kanallara öz iradını bildirmişdi. Bəs bu tədbirdən sonra nə dəyişdi?

Musavat.com saytnının müxbiri bu suala cavab tapmaq üçün xalq artisti ilə əlaqə saxlayıb. Nazpəri xanım saytımıza açıqlamasında bildirdi ki, mətbuat konfransından sonra müsbətə doğru dəyişiklər olub: "Təbii ki, bəzi kanalların mənə olan münasibəti dəyişib. Artıq məni verilişlərə dəvət edirlər, mən isə təkliflərini qəbul etmirəm. Çünki klip çəkilişinə başım qarışıb, studiyada yeni mahnılar yazdırıram, layihə üzərində işləyirəm, sənətimlə məşğulam. İşlərim hazır olandan sonra verilişlərə çıxacağam və layihələrimi təqdim edəcəyəm".
"Allah məni müdafiə elədi"

- Bu qadağalar sizə necə təsir edir?

- Mən robot deyiləm, həssas insanam. Bilirsiniz ki, sənət adamları həssas olur. Haqsız qadağalar, məhkəmələr məni incidir. 3 il ərzində mənə övladlarım, yaxınlarım dəstək oldu. Əkbər oğlumun Kərim balası dünyaya gəldi, ona baxanda bütün dünyanı unuduram. Allah məni müdafiə elədi. Mən yıxılan adam deyiləm, Allah məni qoruyur. Allah qoruyanı bəndə yıxa bilməz. Bəzən ruh düşkünlüyü yaşadım. Lakin vaxtımı sənətimə, övladlarıma həsr etdim.

- Qadağalarla bağlı niyə heç kimə müraciət etməmisiniz? Sizi susmağa nə vadar edib?

- Qadağalara görə heç kimə müraciət etməmişəm. Müraciət etmək günahkar olduğumu qəbul etməkdir. Mənim nə ifamda, nə hərəkətimdə, nə də danışığımda mənfi hallar olub, xalqıma qarşı “suçlu” deyiləm. Heç bir quruma, idarəyə, televiziya rəhbərinə müraciət etməmişəm, çünki günahım yoxdur, haqlıyam. Hamı soruşur ki, Nazpəri xanım, niyə susmusunuz? Haqsızlıqların qarşısında nə danışım? Mən onların yalanlarını, ikiüzlülüklərini vicdanlarına buraxdım. Bizim ağzımızdan çıxan hər söz Allahın çiynimizdə yaşatdığı mələklər tərəfindən qeydə alınır. Mənə haqsızlıq edənlər o biri dünyada cavab verəcəklər.

- Nazpəri xanım, 2013-cü ilin aprelində Müsavatın sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasimində iştirak etmişdiniz. Qadağalara səbəb bu hadisə ola bilərmi?

- Bu məsələdə kiminsə adını çəkmək mənə yaraşmaz. Mənim hər hansı qüsurum olmayıb. Bir çox müğənnilər kimi azərbaycanlı balasının toyunda iştirak etmişdim və qonorar almışdım. Bu azərbaycanlı balasının toyu idi. Bu işi siyasiləşdirmək lazım deyildi. Mən müğənniyəm, toyda oxumaq borcumdur. Bu məsələ xalq artistinə qadağa qoymağa əsas deyil.
"Məni “Azərbaycanın Ajda Pekkanı”, “Azərbaycanın Sibel Canı” adlandırırdılar"

 Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"


Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"


BÖLÜM: Müsahibə
YAYIM TARİXİ: 1 Dekabr 2015 13:33
Кремль сделал ДИКОЕ заявление! Мир шокирован словами...
Начало сбываться ЖУТКОЕ пророчество Мессинга! К концу 2015 Россия ОТДАСТ...
Это стало ШОКОМ даже для родных Фриске! ЛЮБОВНИКОМ дочери был сам...
Nazpəri Dostəliyeva:

"Azərbaycan xalqı məni sevir, onları qoyub gedə bilmərəm"

Xalq artisti Nazpəri Dostəliyeva bir neçə il idi ki, kanallar tərəfindən efirə buraxılmırdı.

Nazpəri xanım bir müddət öncə məsələ ilə bağlı mətbuat konfransı keçirərək kanallara öz iradını bildirmişdi. Bəs bu tədbirdən sonra nə dəyişdi?

Musavat.com saytnının müxbiri bu suala cavab tapmaq üçün xalq artisti ilə əlaqə saxlayıb. Nazpəri xanım saytımıza açıqlamasında bildirdi ki, mətbuat konfransından sonra müsbətə doğru dəyişiklər olub: "Təbii ki, bəzi kanalların mənə olan münasibəti dəyişib. Artıq məni verilişlərə dəvət edirlər, mən isə təkliflərini qəbul etmirəm. Çünki klip çəkilişinə başım qarışıb, studiyada yeni mahnılar yazdırıram, layihə üzərində işləyirəm, sənətimlə məşğulam. İşlərim hazır olandan sonra verilişlərə çıxacağam və layihələrimi təqdim edəcəyəm".
"Allah məni müdafiə elədi"

- Bu qadağalar sizə necə təsir edir?

- Mən robot deyiləm, həssas insanam. Bilirsiniz ki, sənət adamları həssas olur. Haqsız qadağalar, məhkəmələr məni incidir. 3 il ərzində mənə övladlarım, yaxınlarım dəstək oldu. Əkbər oğlumun Kərim balası dünyaya gəldi, ona baxanda bütün dünyanı unuduram. Allah məni müdafiə elədi. Mən yıxılan adam deyiləm, Allah məni qoruyur. Allah qoruyanı bəndə yıxa bilməz. Bəzən ruh düşkünlüyü yaşadım. Lakin vaxtımı sənətimə, övladlarıma həsr etdim.



- Qadağalarla bağlı niyə heç kimə müraciət etməmisiniz? Sizi susmağa nə vadar edib?

- Qadağalara görə heç kimə müraciət etməmişəm. Müraciət etmək günahkar olduğumu qəbul etməkdir. Mənim nə ifamda, nə hərəkətimdə, nə də danışığımda mənfi hallar olub, xalqıma qarşı “suçlu” deyiləm. Heç bir quruma, idarəyə, televiziya rəhbərinə müraciət etməmişəm, çünki günahım yoxdur, haqlıyam. Hamı soruşur ki, Nazpəri xanım, niyə susmusunuz? Haqsızlıqların qarşısında nə danışım? Mən onların yalanlarını, ikiüzlülüklərini vicdanlarına buraxdım. Bizim ağzımızdan çıxan hər söz Allahın çiynimizdə yaşatdığı mələklər tərəfindən qeydə alınır. Mənə haqsızlıq edənlər o biri dünyada cavab verəcəklər.

- Nazpəri xanım, 2013-cü ilin aprelində Müsavatın sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasimində iştirak etmişdiniz. Qadağalara səbəb bu hadisə ola bilərmi?

- Bu məsələdə kiminsə adını çəkmək mənə yaraşmaz. Mənim hər hansı qüsurum olmayıb. Bir çox müğənnilər kimi azərbaycanlı balasının toyunda iştirak etmişdim və qonorar almışdım. Bu azərbaycanlı balasının toyu idi. Bu işi siyasiləşdirmək lazım deyildi. Mən müğənniyəm, toyda oxumaq borcumdur. Bu məsələ xalq artistinə qadağa qoymağa əsas deyil.
"Məni “Azərbaycanın Ajda Pekkanı”, “Azərbaycanın Sibel Canı” adlandırırdılar"



- Televiziyadan uzaq olduğunuz üç ili necə keçirdiniz?

- Çox gözəl. Daha pozitiv ovqatda olmuşam, övladlarıma daha çox vaxt ayırmışam. Allah mənə yeni nəvə verib, Əkbər balamdan 3 il idi ki, övlad gözləyirdim. Tanrı bizə Kərimi verdi. Şükürlər olsun ki, çox xoşbəxtəm.

- Bir az da yaradıcılıq işlərinizdən danışaq. Türkiyədə yeni layihə hazırlayacaqsınız. Məqsədiniz Türkiyə şou-biznesinə qatılmaqdır?

- Bəli, böyük bir layihə hazırlayıram. Türkiyədən təklif gəldi, biz də qəbul etdik. Məqsədim Türkiyə şou-biznesinə qatılmaq deyil. Bunu etmək istəsəydim, 2001-ci ildə edərdim. 2003-cü ildə İbrahim Tatlısəsin dəvəti ilə studiyasında oldum. 2006-cı ildə qardaş ölkədə konsert verdim. Mənə Türkiyədən müxtəlif təkliflər gəlib, onlar söyləyirdilər ki, mənim ifa tərzim onlara çox yaxındır. Mənim səsimi Kibariyənin, İbrahim Tatlısəsin səsi ilə müqayisə edirdilər. Məni “Azərbaycanın Ajda Pekkanı”, “Azərbaycanın Sibel Canı” adlandırırdılar. Xahiş edirdim ki, mənə müxtəlif adlar qoymasınlar. Mən valideynlərimin qoyduğu adla fəxr edirəm. Bildirirdilər ki, "Qəribə qadınsınız, heç nəyi qəbul etmirsiniz". Onlara cavab verdim ki, mən mənə yaraşanı, ölkəmə xələl gətirməyəni qəbul edirəm.

 Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"

- Azərbaycanda haqsızlıqlarla qarşılaşanda Türkiyədə fəaliyyət göstərmədiyinizə görə peşman olmusunuz?

- Qətiyyən peşman deyiləm. Peşman olsaydım, çoxdan qaçıb gedərdim. O vaxt Özcan Dəniz məni ofisinə aparıb “Haziran gecəsi” serialının rejissoru ilə görüşdürdü, serialda çəkilməyi təklif etdi. Amma razılaşmadım. Özcanla hazırda da dostam, Bakıya gələndə mənimlə əlaqə saxlayır. Türkiyə türkləri həqiqəti deyəni sevirlər, bizdə isə başından vururlar. Çox şeylər var ki, açıb deyə bilmirəm. Azərbaycan xalqı məni sevir, onları qoyub gedə bilmərəm. Başqa ölkədə yad kimi yaşamaq istəmirəm.

- Gənc, sənətə yeni gələn müğənniləri izləyirsinizmi?

- İstedadı, mədəniyyəti olanları izləyirəm. Sənəti olmayan ifaçılara baxmıram, əsəblərim pozulur. İstedadlı sənətçilərimiz isə çoxdur.

- Azərbaycanda da artıq dünyaca məşhur səs yarışması başlayıb. “Səs Azərbaycan”ı izləmisinizmi? İfaçıların xarici mahnılar oxuması sosial şəbəkələrdə tənqid olunur. Xalq artisti olaraq münasibətiniz maraqlıdır.

- Əksəriyyəti xarici mahnılar ifa edir, amma onları tənqid edə bilmərəm. İncəsənət Universitetində pedaqoqam. Biz tələbələrimizə beş Azərbaycan mahnısını öyrədəndə, iki xarici bəstə aşılayırıq. Xarici mahnıların əleyhinə deyiləm, gənclərimizin musiqi dünyası genişlənir, səhnə mədəniyyəti inkişaf edir. “Səs Azərbaycan”da əvvəldən axıra kimi xarici musiqi ifa edilməsi ifaçıların gələcəyi üçün zərərdir. Yalnız bunu deyə bilərəm.

 Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"

- Son zamanlar sənətkarlar gənc ifaçılara mahnılarını oxumağı qadağan edirlər. Bildirirlər ki, mahnılarını gənclər gözdən salır.

- Sənəti olan sənətkar heç vaxt yaxşı ifaçıya deyə bilməz ki, ifa etdiyi mahnını oxumasın. Sənəti olmayan qorxur ki, gənc ifaçı mahnısını ondan yaxşı səsləndirər. Zeynəb Xanlarovanın mahnılarını gənc müğənnilərin əksəriyyəti ifa edir. O çıxıb demir ki, mahnımı oxumasınlar. Çünki ifasına, sənətinə, qoyduğu möhürünə arxayındır. Zeynəb xanım nüfuzunu aşağı salıb gənc müğənniyə heç nə deməz.

Könül İbrahim

 Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"
 Nazpəri Dostəliyeva: "Mən yıxılan adam deyiləm"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazpəri Dostəliyeva efir qadağasını necə “sındırdı”?

    Nazpəri Dostəliyeva efir qadağasını necə ...

    28-09-2016, 22:43

  • 
  • Nazpəri: “Allah sevdiyi insanı sınağa çəkər”

    Nazpəri: “Allah sevdiyi insanı sınağa çəkər” ...

    23-03-2021, 21:52

  • 
  • “Nazpəri başıma pul qoyub” – Video

    “Nazpəri başıma pul qoyub” – Video ...

    18-07-2013, 11:11

  • 
  • Nazpəri: "Yasda iştirak etməyəcəm"

    Nazpəri: "Yasda iştirak etməyəcəm" ...

    25-02-2016, 15:04

  • 
  • İlhamə məhkəmədə Nazpəriyə qalib gəldi

    İlhamə məhkəmədə Nazpəriyə qalib gəldi ...

    2-07-2013, 17:51


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu